496
Hüseyn həbs edildi: müsavat başçısı Məmməd Əmin Rəsulza-
dənin bacanağıdı, müsavat tör-töküntüsüdü, gizli təşkilatın
üzvüdü; iyulun iyirmi beşində Qəzənfər Musabəyovu Mosk-
vadakı evində həbs eləyib Tiflisə gətirdilər: yenə eyni ittiham-
lar; Avqustun iyirmi yeddisində Əmin Abidin qardaşı
Əliabbas Müznibi həbsə saldılar, yenə eyni ittihamlar!
Elə o vaxtlar şuşalı Haşım bəyin oğlu, keçmiş firqə yoldaşı,
Milli Hökumət vaxtı dövlət müfəttişi işləmiş, axır vaxtlar
vəkilliklə başını dolandıran Nəriman bəy Nərimanbəylinin
həbs olunduğunu eşitdi...
Sonralar məlum olacaqdı ki, avqustun 5-də SSRİ Xalq
Daxili İşlər Komissarlığı Yejov, Mikoyan və Stalininin imza-
sıyla fəhlə-kəndli hökuməti yaradılmasına mane ola biləcək
ziyalıların bir sinif kimi məhvi haqqında 00447 saylı qərar
qəbul eləyibmiş. Qərara görə, ziyalıların radikalları güllə-
lənəcək, digərləri sürgün olunacaq, bu proses də iki il ərzində
başa çatacaqmış.
Hələ ki, səksəkə və fəlakət dolu günlər bir-birini əvəz
eləyirdi...
Yayın bürkülü havasına qarışmış səksəkə Yusif Vəziri için-
için yeyib-dağıdırdı. Öz canından qorxmurdu, əlli il yaşamış-
dı, ağrı-acılar görmüşdü, tək canına qalsaydı, bu qədər iztirab
çəkməzdi. Amma başına bir iş gəlsə, Bilqeyis xanımın halı
necə olacaqdı, bir-birindən körpə olan üç balasını necə
böyüdəcəkdi? Özü heç, onların günahı nəydi, niyə əzab
çəkməliydilər?
Bu azmış kimi, bina tikilib hazır olduğu ərəfədə neçə ildən
bəri gözlədiyi üçotaqlı mənzildən əlini çəkməli oldu: Yazıçı-
lar İttifaqının İdarə Heyəti onun adını siyahıdan çıxarıb
mənzili “mübariz proletar yazıçılar”dan kiməsə vermişdi. Bu
daha bir amansız, məhvedici zərbəydi...
Qohumların, qonum-qonşunun ayağının evdən kəsildiyi,
vaxtda yalnız arvadının doğmalarının, bir-iki sədaqətli dostu-
nun, bir də etibarlı Dunyanın ailədən üz çevirməmələri, az da
497
olsa, qəlbinə təpər verirdi. Qayınanası Kiçikxanım, baldızları
Aftab, Nəcibə, qaynı Fərhad da onları tək qoymur, bu ağır
vaxtlarda olan-qalanlarını yarı bölürdülər..
Bir neçə dəfə Abdulla Şaiq Şahzadə xanımla birgə baş
çəkmişdi, hələ adı “tənqid”lərdə o qədər hallanmasa da qələm
dostunun da səksəkə içində olduğunu duyub daha da sarsıl-
mışdı. Baş verənlərdən danışmamışdılar ki, daşın-divarın da
qulağı vardı, bir-birinin mənalı baxışlarından hər şeyi sözsüz-
sovsuz oxumuşdular. Dostunu yola salanda, az qala, pıçıltyla
soruşmuşdu:
“Şaiq Əfəndi, hər ehtimala qarşı “xalq düşəmənləri”nə şeir
yazmısanmı?”
“Yazmışam”, – Abdulla Şaiq bığaltı gülümsünüb oxumuş-
du: “Dayan, dayan, cahil memar, bina, otaq əyridir, / Çünki o əl, o
Dostları ilə paylaş: