Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə134/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   130   131   132   133   134   135   136   137   ...   175
müxtəlifdilər;  bəziləri  sükutumuzu,  bəziləri  sözümüzü,  bəzilərisə 

yalnız onların həyatında olmağımızı qiymətləndirirlər. Jö də Əsəd 

bəyi bioqrafiyasının bir faktı kimi qəbul eləyirdi. Toskana pa-

yızının gözəlliyi, Jönün dəniz kənarındakı Qasa Savinadakı 

rahat evi, artıq izah-filan tələb eləməyən təbii münasibətləri 

onun ruhi müvazinətini xeyli düzəltdi. Genuyadan Nyu-Yor-

ka  yola  çıxan  gəmiyə  minəndə  Jönü  unuda  bilməyəcəyini 

fikirləşirdi,  deməli,  Erikadan  intiqamının  bir  qismini  almış, 

onu unutmağa başlamışdı. 




492

  Gəmidə  də  fikirləşdiyi  kitabdan  nəsə  yaza  bilmədi. 

Günlərini nə vaxtsa yadına düşən qızılla bağlı qeydlərini oxu-

yub, düzəldib, nizama salmaqla, Ənn-Marinin “Sabah hər şey 



daha  yaxşı  olacaq”  adlı  növbəti  əlyazmasına  “əl  gəzdirmək”lə 

keçirdi...

  Erika  məhkəməyə  gəlmədi,  onun  əvəzində  vəkili  və  ata 

anasıyla üzləşməli oldu. Bundan qəzəblənib keçmiş arvadı-

nın  məsuliyyətə  cəlb  olunması  üçün  məhkəməyə  müraciət 

eləsə  də,  məntiqi  Erikaya  yaxın  düşməsinə  imkan  vermədi: 

ağlını başına toplasın, bununla vəziyyətini daha da pisləşdirər. 

Hətta, çətinliklə də olsa, mətbuatın diqqətindən yayına bildi. 

Nəhayət, hər şey bitdi, onu Erikayla bağlayan son bağ da 

qop du. Amma birgə ömür yaşamış, ortaq xatirələri olan adamlar 



ne cə bir-birinə yad ola bilərlər axı – hələ bunu dərk eləyə bilmirdi.

 Corc Silvestr Vireklə də münasibətlərində çat yarandı: Vi-

rek onun həmmüəllifliyə iddiasını qəbul eləmirdi; Əsəd bəy 

uzaqbaşı verdiyi materialları nizama salıb əl gəzdirmişdi, ki-

tabdakı şərhlər və istinadlar özünəməxsus idi; redaktorunun 

çəkdiyi zəhmətin haqqını vermiş, üstəlik, təşəkkür yazmışdı; 

Əsəd bəysə bunun əksini düşünür.

 Dil tapa bilmədilər, elə bu ovqatla da ayrıldılar.

 Dekabrın ortalarında Vyanaya qayıdanda yolüstü Parisdə 

dayandı.  “Allahü-Əkbər”in  fransız  nəşri  çapdan  çıxmışdı. 

Düzdü,  bu  dəfə  kitabın  müəllifi  yalnız  Əsəd  bəy  idi,  titul 

vərəqində  “Məşhur  Avstriya  şərqşünası,  dostum  professor  Vol-



fqanq  fon  Vayzla  əməkdaşlığına  görə  dərin  minnətdarlığımı 

bildirirəm” yazılmışdı. Səbəbini də naşir çox anlaşıqlı sözlərlə 

ifadə  eləmişdi:  oxucu  yalnız  Əsəd  bəyin  imzasına  maraq 

göstərir.

  Vyanaya  pis  əhval-ruhiyyəylə  qayıtdı.  Çəkdiyi  mənəvi 

üzüntülərdən yorulur, hər şeydən təcrid olunmaq istəyirdi. 

Bəzən  günlərlə  evdən  çıxmır,  divanda  uzanıb  yaddaşını 

vərəqləyir, ya da narahat halda otaqda var-gəl eləyirdi. “He-

renhof” kafesindəki səs-küydən bezəndə şəhərin küçələrində 

heydən düşənəcən gəzirdi...



493

***


...Baronessa  fon  Bodmershof  hələ  mətbəə  qoxusu  verən, 

açıq-mavi cildinə “Qurban Səid”, “Əli və Nino” yazılmış kitabı 

ona göstərəndə Əsəd bəy bərk həyəcanlandı: bu kitab ondan 

ötrü çox doğmaydı, əli və nəfəsi dəydiyindən, ruhu və yadda-

şı qarışdığından daha da doğma olmuşdu. Bir anlığa kövrəldi, 

səbəbini də bilmədən doluxsundu:

  “Birnəfəsə  oxunur,  –  Ömər-Rolf  fon  Ehrenfels  bir  qədər 

çaşqın görünürdü. – Düzü, Elfridanın belə bir şey yazacağı 

heç ağlıma gəlməzdi. Sənin də məharətli əl izlərin dərhal özü-

nü göstərir”.

 “Ümidvaram ki, tezliklə daha bir müştərək işimiz olacaq”, 

–  Elfrida  məmnunluqla  gülümsəyə-gülümsəyə  Leo  Əsəd 

bəyə baxırdı.

 “Yoxsa başqa əlyazma da var?” – Leo Əsəd bəy nəzərlərini 

maraq və həyəcanla onun üzünə dikdi.

 “Əlbəttə, var, – baronessa dolabdan çıxardığı qovluğu ona 

uzatdı, – “Qızılbuynuzlu qız...”

 “Qızılbuynuz? – Leo Əsəd bəyin gözləri böyüdü. – Kons-

tantinopola gələndə ilk gördüyüm yer Qızılbuynuz olub, ora 

Xalic  də  deyirlər.  Tamaşasından  doymurdum.  Beş  il  əvvəl 

gedəndə  də  Qızılbuynuz  mənzərələrindən  doymadım. 

Bənzərsiz yerlərdi”.

 “Həyatdan yapışmaq üçün bu da bir fürsətdi, Leo, – Evə 

qayıdanda beynindən keçirirdi, – Amerikaya gedə bilməzsən, 

Erikanın  cismən  yaxınlığı  axırına  çıxar;  İtaliyada  yaşamaq 

üçün  Düçedən  zəmanət  almalısan; Avstriyada  yaşamaq  za-

manın da daralıb, Fürer addım-addım Vyanaya yaxınlaşır. Bu 

gen dünyada özünə rahat bir yer tapa bilmədin, Leo. Bəlkə, 

adi adam olsaydın, tapardın. Amma bu ad-sanla, bu şöhrətlə 

sənə çətin olacaq, hara getsən, göz qabağında olacaqsan. Bun-

dan sonra səni nələr gözləyir?”

 Hələ bilmirdi ki, artıq Mussolinin bioqrafı olmağa ümid 

eləməyə  dəyməz:  Romada  onu  ətraflı  öyrənmək  qərarına 



494

gəlmiş,  bundan  ötrü  Vyanada  agent  tutmuşdular:  həmin 

agent hər addımı barədə məlumat toplayırdı. “Zati-aliləri, – 

agent məlumatlarının birində yazırdı, – xəbər verməyi özümə 



borc bilirəm ki, Lev Nussimbaum təxəllüslü Əsəd bəyin əsərləri Al-

maniyada qadağan olunub. Buna görə də o əsərlərini yeni ad altında 

ölkəyə gətirməyə çalışıb. Amma bu fırıldağının üstü açılıb, Əsəd bəy 

məqsədinə çatmayıb...”

 1937-ci ilin qışı başlayırdı...

 Leo Əsəd bəyə elə gəlirdi ki, Vyananın bu qışı digər qışlara 

oxşamayacaq...

 Elə bil, soyuq qarlı qış havasından dönüşü olmayan ayrılıq 

qoxusu duyurdu...




495


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin