Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə133/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   129   130   131   132   133   134   135   136   ...   175
sı Əlahəzrət Benito Mussoliniyə ən dərin hörmətlə, Əsəd bəy” yaz-

dığı bir parça kağızın hər şeyi dəyişəcəyinə inanırdı. Amma 

görünür, yanılmışdı.

 Əsəd bəy Düçenin katibliyinə vizit kartını iyulun üçündə 

təqdim  eləmişdi.  Bir  gün  əvvəlsə  elə  həmin  katibliyə  onun 

haqqında ətraflı məktub çatmışdı. Müəllif bu yaxınlarda “Fla-

telli  Trevers”  nəşriyyatında  tanış  olduğu  bir  dostundan 

nəzərdə tutulan layihə barədə eşidib aşağıdakıları çatdırmağı 




489

özünə borc bilmişdi: “Düçeyə mütləq məlum olmalıdı ki, özünün 



Azərbaycan mənşəli, guya atasının müsəlman, anasının isə rus ni-

hilisti olduğuna hamını inandırmağa çalışan bu cənab, əslində, Lev 

Nussimbaumdan başqa bir kəs deyil, atasının adısa Abramdı”.

 Əsəd bəyin taleyilə oynayan bu adam kim ola bilərdi? Bü-

tün  imkanlardan  istifadə  eləyib  boşanmağa  çalışan  Erika 

Lyövendalmı? Erikanın Əsəd bəyə elə başdan nifrət bəsləyən, 

arxasınca detektiv salan atası Valter Lyövendalmı? “Düçenin 

şəxsi  bioqrafı”  olmaq  şərəfini  ona  vermək  istəməyən 

rəqiblərindən birimi?

 Hər halda, zərbə vaxtında, həm də amansızcasına endiril-

mişdi,  bundan  sonra  Əsəd  bəyin  müsbət  nəticəyə  ümid 

bəsləməsinə əsas yox idi. Amma bundan hələ xəbəri yox idi, 

Covanni  Centilenin  vədləri,  Pima  Andreanın  nikbinliyi 

nəyəsə ümid bəsləməyə imkan verirdi...

  Erikasa  inadından  əl  çəkmirdi,  qəzet-jurnallara 

müsahibələr verir, Leo Əsəd bəylə həyatından maraqlı, əcaib, 

qəribə şeylər danışır, boşanmaqda israr eləyirdi. Bütün bun-

ların lənətə gəlmiş pulgir atasının əməli olduğuna inanırdı, 

yoxsa Erika Leonun onu necə sevdiyini bilir, öz istəyilə belə 

şeylərə əl atmaz.

  Lyövendallar  Rene  Fülen-Millerlə  birgə  Kaliforniyaya 

köçüblər, Valter Lyövendal Hollivud layihələrinə pul qoyma-

ğa başlayıb, Rene artıq məşhur Klark Qeybl üçün ssenarı yaz-

mağa macal tapıb, Erika dəbdəbə içində gözqamaşdırıcı həyat 

sürür, daha “ərəb şeyxi”nə, “məşhur yazıçı”ya ehtiyacı yoxdu! 

Görün vaxtilə yatağına girmək üçün hər şeyə hazır olan adam 

barədə qəzet-jurnallara nələr deyir! Guya, Əsəd bəy lüt-üryan 

halda onun yataq otağına soxulub, qapını bağlayıb, qışqırıb 

ki, səni burdan sağ buraxmayacağam! Guya, tanış olanda ona 

deyibmiş ki, adlı-sanlı ərəb nəslindəndi, yalnız toydan sonra 

bilib ki, Lev Nussimbaumdan başqa bir kəs deyil!

 Əlbəttə, Amerika qəzetlərinin bu ucuz sensasiyalarına fikir 

verməyə  dəyməzdi,  amma  Erikanın  cürbəcür  fotolarını  ve-



490

rirlər, onu şairə kimi təqdim eləyirlər: sən demə, bu şairə xa-

nım ərinin evə bir neçə arvad da gətirməsinə normal yanaşır-

mış, amma ona cürbəcür dəhşətlərlə dolu olan hekayələrini 

danışanda tab gətirməyib, Amerikaya qaçıb, dərhal da boşan-

maq  üçün  ərizə  verib;  sən  demə,  çoxlu  inqilablardan, 

əksinqilablardan,  başına  gələn  cürbəcür  təhlükələrdən  qur-

tarmış  bu  “fəsli  müsəlman”  qadınlara,  sevgi  məsələlərinə 

münasibətdə ağlagəlməz, orijinal ideyalar tərəfdarıymış.

  Erika  artıq  cazibədar,  qarasaçlı,  mehriban  çex  şairəsidi, 

atasının  var-dövləti  saya  gəlmir;  Əsəd  bəysə  yaraşıqlı,  bir 

qədər  sirli,  qəddar  rus  monarxlarının  birinin  bioqrafı  olan 

vyanalı ədəbiyyatçıdı! Erikanın boşanma prosesinə başladığı 

ərisə həm rusdu, həm də Əsəd bəy adlı müsəlmandı! Hətta, 

əri  hərəmxana  saxlamaq  istəsəydi  belə,  Erika  buna  etiraz 

eləməz, romantik münasibətlərinə son qoyulmazmış, amma 

cürbəcür  səfehləmələrindən  vəcdə  gəlib  vurulandan  sonra 

onu tanıyıb pərişan olubmuş!

 Fransanın, Avstriyanın bulvar qəzetləri də boş durmurlar, 

hey Əsəd bəylə Erikanın boşanma məsələsindən yazırlar, elə 

bil, başqa mövzuları yoxdu. Guya Vyanada yaşayan Əsəd bəy 

daim şikayətlənirmiş ki, arvadını məşhur yazıçı Rene Fülöp-

Miller aparıb. Erika deyib ki, daim ərinin ipə-sapa yatmayan 

qəzəb tutmalarından qorunmalı olurmuş, üstəlik, Əsəd bəy 

insana verilən ən dəhşətli işgəncələri təsvir eləməkdən zövq 

alırmış;  guya  qəzəbi  tutanda  əri  revolverə  əl  atırmış,  silahı 

əlindən  almaqsa,  çox  çətin  məsələymiş,  həm  də  buna  cəhd 

göstərəndə  həyatı  üçün  ciddi  təhlükə  yaranırmış!  Üstəlik, 

onun adını da ələ salmışdı: bəs, “bəy” irsən keçən çindi, Əsəd 

bəy belə bir ada iddia eləyə bilməz. O, sadəcə, Lev Nussimba-

um kimi anadan olub, anası da qırmızı inqilab zamanı intihar 

eləyib!


 Düzdü, vəkili Ernst Konstantin Vederer bu iddiaların ca-

vabını verib, müdafiə elədiyi şəxsdə dəlilik əlamətlərinin ol-

madığını söyləyib: evlənənə qədər Erika Əsəd bəyin katibə-



491

makinaçısı olub, evlənəndən sonra da bir müddət bu vəzifəni 

yerinə yetirib, yazıçı da terror və işgəncəylə bağlı əsərini diktə 

eləyəndə  hissə  qapılıb  həmin  səhnələri  canlandırırmış, 

vəssalam! 

  Avqustda  Erika  Los-Anceles  Ali  Məhkəməsinə  Nussi-

mbaum-Əsəd bəy soyadından imtina eləyib, Lyövendal soya-

dını  qaytarmaq  xahişilə  müraciət  eləmişdi.  Belə  görünürdü 

ki, Reneylə evlənmək fikri qətidi.

  ...Əsəbləri  tab  gətirmədi,  oktyabr  ayında  Amerikaya 

getməyi  qət  elədi:  Erikadan  canını  qurtarmasaydı,  bütün 

həyatını zəhərə döndərəcəkdi. Əlbəttə, səfəri mənəvi sarsıntı-

larla, “Sevgidən bixəbər kişi”ni yazmaq cəhdilə müşayiət olu-

nurdu. Artıq qəzetlər xəbər veriblər ki, kitab çap olunur, hətta 

Ənn-Mari Selinkonun “Mən çirkin qız idim” romanının so-

nunda anons da çap olunmuşdu: əsərdə güclü, fərdi şəxsiyyətə 

malik olan gənc şərqli özünün elmə və avropalı qadına həsr 

elədiyi həyatını qələmə alıb, üstün cəhətisə Şərqə və Qərbə 

özünəməxsus yanaşmadı. Amma müəllif hələ özünü ələ ala, 

hardan  başlayıb,  harda  qurtaracağını  müyyənləşdirməyib. 

Görünür, bunun səbəbi Erikanın yanında olmamasıdı. Nolar, 

bu kitabı yazmaqla Erikadan, ümumiyyətlə, bütün qadınlar-

dan intiqamını alacaq. 

 Yolüstü İtaliyada bir qədər ləngiməli oldu: Jö Lederer nə 

vaxt idi ki, Marina di Massa kurort şəhərciyində məskən sal-

mışdı,  məktub  yazıb  yanına  çağırırdı.  İndi  bu  fürsətdən 

istifadə  eləmək  heç  də  pis  olmazdı.  Fikrincə,  adamlar  çox 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin