Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə141/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   137   138   139   140   141   142   143   144   ...   175
üçün darıxmışam, heç bir şah səltənəti məndən ötrü onun yerini 

verməz” sözlərini oxuyanda, qəhrəmanların Nyu-York küçə-

lərində nə vaxsa Bakıda eşitdiyi “Aman-aman, oy/ Qaşı kaman, 



oy” mahnısını oxuduqlarını təsvir eləyəndə çox təsirlənmişdi: 

görünür, bunları yazan qürbət ağrıları çəkibmiş...

 Əlyazmanı verdi, sözünə əməl elədi, daha kitabın taleyi, 

“Əli  və  Nino”  romanının  çex  və  polyak  dillərində  də  çapa 

hazırlanması  barədə  Elfridanın  dedikləri  onu  maraqlandır-

mırdı, indi yeganə arzusu bu Vyana çıxılmazlığından qurtul-

maq idi...

  Qəzetlər  yazırdılar  ki,  fevralın  on  ikisində  kansler  Kurt 

fon  Şuşniqi  Fürerin  Berhteshadendəki  qərargahına  çağırıb 

ultimatum veriblər: ya deyilənlərə əməl elə, ya da səkkizinci 




515

ordumuz dərhal hücuma başlayacaq. O da məcbur qalıb yer-

li  nasional-sosialistlərin  başçısı  Artur  Zeyss-İnkvartı  daxili 

işlər  naziri  və  gizli  polisin  rəhbəri  təyin  eləyib,  nasional-

sosialistlər üçün yeni siyasi əfv imzalayıb, Avstriya nasional-

sosialist partiyasının Vətənpərvərlər İttifaqına daxil olması-

na razılıq verib.

 Martın doqquzunda fon Şuşniq dörd gün sonraya Avstri-

yanın  taleyi  barədə  referendum  təyin  eləyəndəsə  vəziyyət 

dözülməz həddə çatdı. Danışırdılar ki, Fürer artıq səkkizinci 

ordunun hücuma hazır olması barədə əmr verib, elə səhəri 

gün German Görinq vasitəsilə Zeyss-İnkvarta daha bir ulti-

matum göndərib ki, kansler ağlını başına yığsın.

  Sonrakı  gün  axşamüstü  dükandan  qayıdan  frau  Şulte 

kanslerin  istefaya  getdiyi,  hakimiyyəti  daxili  işlər  nazirinə 

verdiyi,  orduya  müqavimət  göstərmədən  geri  çəkilmək 

barədə əmr göndərdiyi barədə xəbər gətirəndə Leo artıq bü-

tün bunları bilirdi, Abram Nussimbaum radiodan eşidib da-

nışmışdı.  Düzdü,  prezident  Miklas  Zeyss-İnkvarta  yeni 

hökumət  qurmağa  tapşırmaqdan  boyun  qaçırmışdı,  amma 

gecə təslim olmuş, Fürerin əmri, German Görinqin göstərişilə 

yeni hökumət adından alman qoşunu ölkəyə dəvət olunmuş-

du, səhərsə artıq Henrix Himmler, Valter Şellenberq və Ru-

dolf Gess Vyanadaydılar, fon Şuşniqin həbs olunduğu Mort-

sinplasda yerləşmişdilər, Ernst Kaltenbrünnersə təhlükəsizlik 

naziri təyin olunmuşdu.

 O biri günün axşamı Fürer ordusunun baş qərargah rəisi 

Vilhelm Keytelin müşayiətilə gəlib çıxmışdı. Səhəri gün radi-

oyla Avstriyanın Almaniyayla  birləşdirilməsi  barədə  qanun 

elan olundu, sonrakı günsə Fürer Hofburq sarayı qarşısında-

kı Heldenplas meydanına toplaşan tərəfdarlarına təntənəylə 

deyirdi:


 “Alman xalqı qarşısında elan eləyə bilərəm ki, həyatımın 

ən böyük missiyasını yerinə yetirdim!”




516

  Artıq  gestaponun  xəfiyyələri  “yəhudi  və  kommunist 

ovu”na çıxmışdılar, “anşlüs”ün – birləşmənin əleyhinə olan-

larla yanaşı, onları da üzə çıxarmağa çalışırdılar.

 Kitablarının nəşr olunduğu ölkəyə viza ala bilməməyi Leo 

Əsəd bəyi, az qala, dəli eləyirdi. Lap bu yaxınlara qədər İtali-

yaya  rahatca  gedib-gəlirdi.  Görünür,  Pima  Andrea  da 

məsələni çözə bilmir, ya da məktubları ona çatmır.

 “Herenhof” kafesi, demək olar, boşalmış əvvəlki cazibəsini 

itirmişdi.  Seyrək  gələnlərin  sifətində  də  qorxu,  narahatlıq, 

çaşqınlıq sezilirdi.

  Ələ  keçsəydi,  Nansen  pasportu  çətin  ki,  Leo  Əsəd  bəyi 

xilas  eləyəydi.  Daha  Fürer  üçün  Millətlər  Liqasının  elə  bir 

dəyəri qalmamışdı ki, bu cür sənədlərə inansın. Anşlüs günü 

dözə bilmədi, atasına evdən çıxmamağı bərk-bərk tapşırdı, 

frau  Şultedən  sayıq  olmağı  xahiş  eləyib  Lixtenau  qəsrinə 

getdi.

 Küçələrdə qələbəlik idi. Anşlüs tərəfdarları, yerli nasional-



sosialistlər qələbələrini bayram eləyirdilər. Leo-Əsəd bəy on-

ların görkəmindəki təcavüzkarlığı görüb paltosuna daha da 

bərk-bərk  büründü,  xəfiyyələrdən  yayınmağa  çalışa-çalışa 

Lixtenauya doğru uzanan yola çıxdı.

  Qəsrin  də,  baronessa  Elfridanın  görkəmi  də  kədərliydi, 

yaxşı heç nə vəd eləmirdi. Qırx üç yaşını təzəcə ötmüş Elfrida, 

elə bil, qısa müddət ərzində qocalmışdı, səliqəsiz geyimi, na-

rahat ovqatı bu duyğunu daha da qatılaşdırırdı.

 “Hamı qaçır, Leo, – o fikri dağınıq halda masanın üstündəki 

kağızlara baxa-baxa dilləndi. – Sizin hələ burda olmağınıza 

təəccüblənirəm.  Lüsi  Tal  Parisdən,  “Metro-Qoldvin  Mayer” 

kinoşirkətinin Avropa təmsilçisindən şifrəli teleqram alıb, nə 

yollasa viza qoparmağa nail olub, özünü qatara güclə çatdı-

rıb, nəşriyyatı da doktor Alfred İbaxa tapşırıb. Yoxsa gestapo-

çuların  caynağına  keçəcəkmiş.  Bütün  sənədləri  də  vəkili 

Luiyə veribmiş, o bədbəxt də ələ keçib, güllələnib, sənədlərsə 

yandırılıb. Mən əlyazmanı çap etdirmək üçün Herta Pauliylə 



517

müqavilə bağladım, o da “Zinnen-Verlaq” nəşriyyatıyla razı-

lığa gəlib, gəlirin on faizini, hər min nüsxədən üç nüsxə, hər 

sonrakı kitabdan da ilk gəliri alacaq. Bundan sonra nə olaca-

ğınısa bilmirəm.

  “İtaliyadan  ümid  elədiyim  vizanı  ala  bilmədim,  –  Leo-

Əsəd bəy paltosunu soyunmadan masanın böyründəki kres-

loya çökdü. – Mən də bundan sonra neyləyəcəyimi bilmirəm. 

Siz nə qərara gəldiniz?”

 “Hələ ki, qəti bir fikrim yoxdu, – baronessa vüqarla başını 

dik tutub dilləndi. – Ari irqə mənsubam, baronessayam, hər 

halda, əminəm ki, bunu nəzərə alacaqlar. Əgər Vyanada qal-

sanız, mənim yanımda yaşaya bilərsiniz, sizi himayə eləməyə 

gücüm çatar”.

 Bu son çıxış yoluydu, Vyanadan gedə bilməsə, baronessa-

nın himayəsinə sığına bilərdi. Amma açıq-aşkar yəhudi olan 

qoca Abram Nussimbaumu necə xilas eləyəcəkdi?

 “Minnətdaram, – Leo-Əsəd bəy şlyapasını əlində fırlada-

fırlada  bir  anlığa  susdu,  –  İtaliyaya  getməyə  cəhd  göstərə-

cəyəm. Əgər çətinliyə düşsəm, sizin köməyinizə bel bağlaya 

bilərəm”.

 “Müqavilələrinizlə bağlı narahatlığınız olmasın, ünvanını-

xəbər verərsiniz, zəhmət haqqınızı göndərərəm”.

 “Sizə inanıram, – Əsəd bəy kreslodan dikəldi. – Ümidva-

ram  ki,  naşirlərlə  münasibətləri  yoluna  qoyacaq,  məni  də 

unutmayacaqsınız.  Amma  bundan  sonra  görüşüb-

görüşməyəcəyimizi bilmirəm. Gəlin vidalaşaq”.

 Vidalaşdılar. Qəsrdən çıxanda özünü də bir qədər yüngül-

lük duydu: bəlkə də hələ hər şey itirilməyib...

***


  Bir  neçə  gün  evdən  çıxmadı.  Daha  “Herenhof”  kafesinə 

getmək mənasız, üstəlik, təhlükəliydi: gestapoçular artıq tut-

hatuta başlamışdılar. Belə vaxtda atasıyla baronessaya sığın-

maq  riskli  olardı;  özünün  “Əsəd  bəy”  adı  vardı,  bəlkə  də 




518

birtəhər müdafiə oluna bilərdi, amma atasını da aparıb baro-

nessanı  çətin  vəziyyətdə  qoya  bilməzdi,  onsuz  getməksə, 

iyrənc hərəkət olardı.

 Artıq qapılarına dirənmiş gestapoçulardan canlarını qur-

tarmaq  istəyən  yəhudilər  pəncərələrdən  atılıb  həyatlarına 

qəsd eləyirdilər; ələ keçənlərisə, dəmir barmaqlıqlı maşınlara 

doldurub xüsusi gettolara aparırdılar.

 Leo-Əsəd bəy qəfəsə salınmış pələng kimi otağında çırpı-

nır, çıxış yolu axtarırdı, atasını və dayəsini özüylə götürsəydi, 

şübhəsiz, tez ələ keçərdi; təkcə atasını aparsaydı, yenə eyni 

aqibətlə üzləşərdi; bu şəhərdən tək-tək çıxmaq daha məqbul 

variant  idi:  Leo  mümkün  yollarla  İtaliyaya  çatar,  sonra 

əlaqələrini işə salıb qocalar üçün viza ala bilərdi. Başqa çıxış 

yolu görünmürdü. 

 Üstəlik, son vaxtlar sol ayağında kəskin ağrılar başlamışdı. 

Bunu əsəb gərginliyindən yaranan sinir xəstəliyinə yozurdu. 

Lap belə olmasa da, həkimə getmək, yaxud həkim çağırmaq 

artıq təhlükəliydi, kim bilir, üz tutduğu adam hansı yuvanın 

quşu  çıxacaqdı.  Tezliklə  Vyana  cəhənnəmindən  qurtulmaq 

lazım idi. 

 Qərarını qocalara söylədi: Abram Nussimbaum qətiyyən 

evdən  bayıra  çıxmayacaq,  frau  Şulte  onu  etibarlı  surətdə 

gizləyəcəkdi,  Leo  İtaliyaya  çatıb  viza  məsələsini  həll 

eləyəcənəcən özlərini qoruyacaqdılar; Leo frau Şultenin adı-

na sənədlər göndərəcək, rahatca İtaliyaya yola düşəcəkdilər.

  Özüylə  bir  neçə  kitab,  əlyazmalarını,  şəkillərini,  qeyd 

dəftərlərini, bir də “şərqli paltarı”nı götürdü – hər halda, dar 

məqamda  lazım  ola  bilərdi.  Üzünü  tərtəmiz  qırxmış,  yeni 

dəbli kostyum geyinmiş, başına almanların sevdiyi fetr şlya-

pa qoymuşdu...

 Hər ehtimala qarşı vağzala frau Şulteylə getdi, onun alman 

paspotru vardı, xəfiyyələr rast gəlsə, birtəhər əllərindən qur-

tara  bilərdilər.  Bileti  də  frau  Şulte  aldı,  onu  ikinci  dərəcəli 

vaqona mindirib qatar tərpənənə qədər yanından aralanmadı.



519

 Qatar İsveçrə sərhədinə doğru gedirdi. Leo Əsəd bəy bun-

dan  sonra  başına  nə  gələcəyini  bilmirdi:  hər  halda,  İsveçrə 

neytral ölkədi, Nansen pasportuna etinasız yanaşmazlar, on-

dan sonra İtaliya keçmək barədə fikirləşər. Tez yatmaq bütün 

olub-keçənləri unutmaq, İtaliyaya mümkün qədər tez keçmək 

lazımdı.  Amma  artıq  əsəblərinin  tab  gətirmədiyini  hiss 

eləyirdi.  Son  on  beş  ildə  yaşadıqları,  deyəsən,  izsiz 

ötüşməmişdi...

 

***



 ...Feldkirkdə qatardan düşdü, sərhəddə də elə bir çək-çevir 

yaşamadı. Bir neçə saatdan sonra artıq Lokarnoya gedən qa-

tara əyləşmişdi...

 Görünür, əsəb sarsıntısından sonra sevinc duymaq asan 

deyildi, sifətində dəyişikliklər baş verirdi, Lokarnoya yaxınla-

şandasa bələdçi narahatlığını bildirdi:

 “Cənab, deyəsən, əhvalınız yaxşı deyil, həkimə ehtiyacınız 

varmı?


 “Həkim? Hə, həkim? – Leo Əsəd bəy qəfildən bağırdı. – 

Cəhənnəm  ol  həkiminlə!  Mən  xoşbəxtəm,  görmürsən, 

xoşbəxtəm!”

  Bələdçi  diksindi,  qorxudan  gözləri  böyüdü,  kupedəki 

digər sərnişinsə çaşqın halda ona baxıb dillənmədi.

 “Belə ha, – Leo qəhqəhə çəkdi, – bir bunun cənab deməyinə 

bax!”

 Amma Lokarnoda qatar dayanan kimi, kupeyə iki ağxalat-



lı kişinin girdiyini görüb çaşdı, dinməzcə onların yanına düş-

dü.  Görünür,  bələdçi  vaxtında  tədbir  görməyi  özünə  borc 

saymışdı.

 Barmaqlıqlı maşın onu mənzilə çatdıranacan hara getdik-

lərini soruşmadı, elə bil, bunun ondan ötrü istisi-soyuğu yox 

idi. Yalnız qapıdan içəri girəndə dedilər ki, deyəsən, əsəbləri 

pozulub,  yerli  hakimiyyətin  göstərişilə  müalicə  olunacaq; 

əlbəttə,  Əsəd  bəyin  adını  eşidiblər,  kitab  yazdığını  bilirlər; 

Əsəd bəyin bir arzusu varmı?



520

 Qəfildən özünü elə tənha hiss elədi ki, ağrıdan bağırmaq 

istədi. Bu halında onu frau Şultenin şəfqətindən başqa heç nə 

xilas eləyə bilməzdi: artıq hər şey, hətta, Erika, Elfrida, Pima 

belə uzaq ilğımdan başqa bir şey deyildilər.

 “Vyanaya, frau Alisa Şulteyə teleqram göndərin, – Leo ün-

vanı söylədi, – yazın ki, ona ehtiyacım var”.

 “Göndərərik, narahat olmayın, – həkim onu arxayın elədi, 

–  sizin  əsəbləriniz  qaydasında  deyil,  bir  müddət  müalicə 

olunmalısınız”.

 ...Bir-birinə oxşayan neçə gün keçdi? Üç, dörd, beş? Bəlkə 

də az, ya da çox. Daha ondan ötrü günlərin zaman ölçüsü yox 

idi, elə bil, boşluğa düşmüşdü...

 Vəfalı dayə qəfildən xilaskar mələk kimi göydən enib qa-

nadlarını onun üzərinə gərdi. Frau Şulte Leonu belə görəndə 

ağladı,  amma  tez  də  göz  yaşlarını  gizlədib  özünə  toxtaqlıq 

verdi:

 “Mən yanındayam, Leo, hər şey yaxşı olacaq, oğlum”.



 “Oğlum!” Leo az qaldı hönkürsün, ancaq hisslərin bollu-

ğundan yalnız köksünü ötürə bildi.

 “Bəs atam? Onun halı necə olacaq?” – Leonun gözlərində 

yaş gilələndi.

 “Allahın pənahındadı, oğlum, – frau Şulte əlacsız görkəmlə 

dilləndi, – qismətimizdə nə varsa, o olacaq”.

 “Müsəlmanlar deyirlər, alın yazısından qaçmaq olmaz, – 

Leo kədərlə gülümsədi, sonra ağrıdan üz-gözünü bürüşdür-

dü. – Ayağımda ağrı var”.

  “Həkimə  deyərəm,  baxar”,  –  frau  Şulte  cəld  əl-ayağa 

düşdü.

 Həkim ayağına baxdı, narahatlığına rəğmən onda Reyno 



xəstəliyinin əlamətləri tapmadığını dedi, ağrıkəsici iynə vur-

du. Amma  həmin  gecə  də  ağrı  təzədən  başladı,  dayə  yenə 

həkim çağırmaq məcburiyyətində qaldı.

 Bir dəfə də əsəb tutması ağır oldu. Leo yatağından qalxıb 

intihar eləmək üçün iti bir şey axtardığı vaxt qoca dayə özünü 

yetirdi. Sonra həkim gəlib yenə sakitləşdirici iynə vurdu.




521

 ...Müalicəsi, bir qədər də dincəlib özünə gəlməsi iki aydan 

yaxın çəkdi. Frau Şulte yaxınlıqda mənzil kirayələmişdi, bü-

tün gününü onun yanında keçirir, ancaq axşamlar yatmağa 

gedirdi.

 İki dəfə də Abram Nussimbaumdan Peter Şulte adı altında 

məktub almışdılar. Çox güman, bunu ona tədbirli dayə başa 

salmışdı ki, şübhə doğurmasın. Abram üstüörtülü Vyanada 

vəziyyətin daha da pisləşdiyini, frau Şultenin tapdığı qulluq-

çu qadının hər gün qorxulu xəbərlər gətirdiyini yazırdı. “An-




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin