509
O günlərdə Miri də tez-tez yadına düşürdü. Hərdən gözləri
yol çəkir sifəti kölgələnir:
“Miri sağ olsaydı, qoymazdı ki, çətinlik çəkək”, – deyirdi.
Noyabr günlərinin birində Aftabın gətirdiyi “Kommunist”
qəzetində Məmməd Rahimin “Xalq düşməninə” şerini oxuyub
iztirablı təbəssümlə başını buladı, qəzeti büküb sobanın odlu-
ğuna atdı:
“Yəqin, bu cür şeri mənim haqqımda da yazan tapılacaq”.
“Sən, elə bil, özünü indidən həbs olunmağa hazırlayıbsan,
– Bilqeyis xanım məzəmmətlə dilləndi. – Allaha şükür, hələ
dəyib-dolaşan yoxdu, toxtaq ol”.
“Bu qeyri-müəyyənlik məni üzür, – Yusif Vəzir papiros
yandırıb yarıaçıq nəfəsliyin qarşısında dayandı. – Bu cür halı
bir dəfə də o vaxt, aprelin iyirmi səkkizindən sonra keçirmiş-
dim. Düz səkkiz ay bu cür sıxıntı içində olmuşdum”.
“Bu dəfə də ötər, – Bilqeyis xanım gülümsədi. – Halətin
uşaqlara da keçər, onların yanında olub-keçənləri unutmağa
çalış...”