XXXIII FƏSİL
TALEDƏN QAÇMAQ CƏHDİ
Muhamməd Əsəd bəy
Vyana, Lokarno, Florensia, Roma
Yanvar-iyun 1938-ci il
Bəzən Erikanı unutmaq istəyir, onsuz da o itkini geri qay-
tara bilməyəcəyini dərk eləyirdi, üstəlik, hələ də sevdiyi qa-
dın öz israrını ortaya qoymaqla unudulmasına imkan ver-
mirdi.
Bəzən də qəzet-jurnallar boşanma qalmaqalıyla onun
Mussolininin bioqrafı olmaq istəyini birləşdirib eyni xəbərdə
oxuculara çatdırırdılar. Noyabrın əvvəllərində fransız qəzet-
lərindən biri hətta bu xəbərləri başlığa çıxarmışdı: “Avstriyada
kübar qalmaqalı: Vyana cəmiyyəti bütövlükdə Mussolininin bioqra-
fının iştirak elədiyi sensasiyalı məhkəmə prosesini gərginliklə
izləyir”.
“Mussolininin bioqrafı!” Hələ ortada Leo Əsəd bəyin dostla-
rının verdiyi vəddən başqa bir şey yox idi, amma qəzetlər ar-
tıq onu “Mussolininin bioqrafı” elan eləmişdilər!
Leo Əsəd bəyin “vyanalı xeyirxahı”nın Düçenin katibliyinə
göndərdiyi məktubdan da xəbəri yox idi, o kitabının artıq
511
bağlandığını bilmirdi. Bilmirdi ki, o xeyirxahı təkcə
“azərbaycanlı maskası altında gizlənən yəhudi”ni ifşa eləməklə
kifayətlənməyib, ona qarşı daha böyük ittihamlar irəli sürüb:
“Şərqli Lev”, əslində, nəhəng yəhudi sui-qəsdinin yalnız kiçik
bir hissəsidi, həmin sui-qəsdsə islam aləmi üçün, Qərb sivili-
zasiyası üçün, tərəqqi üçün, bütün Avropa üçün təhlükə
törədir, məqsədləri dünyanın başını qatmaq, diqqəti
həmtayfalarının Fələstində dövlət qurmaq səylərindən yayın-
dırmaqdı...
“Vyanalı xeyirxah” bütün bunları hardan bilirdi? Leopold
Veysin – Məhəmməd Əsədin fəaliyyətindən xəbərdar idimi?
Doktor Veysmanın tapşırdığı missiyanın şayiə olub-olmadı-
ğını necə dəqiqləşdirmişdi?
Leo Əsəd bəy artıq kitabları haqqında söylənən-yazılan
rəylərə o qədər də maraq göstərmir, “Qızılbuynuzlu qız” ro-
manının əlyazması üzərində əvvəlki kimi həvəslə işləmirdi.
Bunun da bir neçə səbəbi vardı.
Əvvəla, Londonun Hatçinson nəşriyyatına məktub gön-
dərib Qalust Gülbəngyan haqqında kitab yazmaq arzusunu
bildirmişdi. Amma Gülbəngyanı “təhlükəli şəxs” sayıb arzusu-
nu gerçəkləşməyə imkan verməmişdilər. Fikrincə, bu ağır
zərbəydi, əgər baş tutsaydı, “Cənab beş faiz” onun haqqını
səxavətlə ödəyərdi...
İkincisi, gec-tez Vyanadan çıxıb getməli olacağını duyur,
sığınmaq istədiyi ölkədənsə heç cür cavab ala bilmirdi...
Üçüncüsü, dostu Ömər-Rolfla Elfrida arasındakı müna-
sibətlərin o qədər də səmimi olmadığını hiss eləmişdi. Milad
günlərindən birində Lixtenau qəsrinə gedəndə ər-arvadı
gərgin susqunluq içində gördü. Deyəsən, atışıb ara vermiş,
hələ tamam sakitləşməmişdilər. O axşam söhbətləri də baş
tutmadı, Əsəd bəy Lixtenaudan anlaşılmaz narahatlıq içində
qayıtdı.
Məsələ bir neçə gün sonra Ömər-Rolfla “Herenhof”
kafesində görüş vaxtı aydın oldu: dostu Elfridanın ölçüsüz-
512
biçisiz, tör-töküntülü, mənasız həyat keçirməsindən bezib,
arvadının nəylə məşğul olduğu aydın deyil:
“İqtisadçıdımı? Yox! Yazıçıdımı? Yox! Mən o romanları Elf-
ridanın yazdığına şübhə eləyirəm, Azərbaycan haqqında bili-
yi olmayan, orda yaşamayan adam bu cür əsər yaza bilməz!
Eləcə də İstanbulda yaşamamış adam “Qızılbuynuzlu qız”ı
yaza bilərmi? İndi də Platon nəzəriyyəsilə maraqlanır, adam-
ların talelərini riyazi hesablamalarla müəyyən eləməyə çalı-
şır! – Ömər Rolf qəzəbini cilovlaya bilmirdi. – Bu cür yaşa-
maqdan bezdim!”
“Bəs neyləmək fikrindəsən?” – Leo Əsəd bəy onun dedik-
lərindən çox təsirlənmişdi, vəziyyətin bu qədər ciddi olduğu-
nu heç təsəvvürünə gətirməzdi.
“Fürerin nəfəsi artıq bu ölkənin üzərində duyulur, Leo, –
Ömər-Rolf kədərlə köksünü ötürdü. – Vyanadan mümkün
qədər tez çıxmaq lazımdı, sonra gec olacaq. Elfridasa məni
heç cür başa düşmək istəmir”.
“Yaxşı, hara getmək fikrindəsən?” – Əsəd bəy daha bir
dostunu itirəcəyindən kədərlənə-kədərlənə soruşdu.
“Avropadan mümkün qədər uzaqlara, Hindistana. Ordakı
məbədləri tədqiq eləyəcəyəm. Mədrəs universitetilə əlaqə ya-
ratmışam, dərs demək təklifi də var. Sən də gedək mənimlə,
kitablarını orda da yaza bilərsən. Elfridanısa razı sala
bilmirəm”.
Təklif cəlbediciydi, Muhamməd Əsədin axırıncı məktu-
bunu Heydərabaddan almışdı, “İslam mədəniyyəti” jurnalı
buraxırdı, gedib onunla işləmək olardı. Amma Leo Əsəd bəy
bu addımı ata bilməzdi: qoca atası, dayəsi, Düçedən xeyir-
dua almaq ümidi, nəşriyyatlarla bağladığı müqavilələr vardı.
“Təəssüf ki, yeganə gedə biləcəyim yer İtaliyadı, – kədərlə
köksünü ötürdü. – Hələ buna çox böyük ümidim var”.
“Onda vidalaşaq, əziz dost, – Ömər-Rolf, deyəsən, artıq
hər şeyi ölçüb-biçmiş, qəti qərara gəlmişdi. – Mən burdan
gedəcəyəm. Oturub Fürerin gəlişini gözləyə bilmərəm”.
513
...Ömər-Rolf fon Ehrenfels dediyini elədi. Milad bayramın-
dan az sonra Lixtenauya gələn Leo Əsəd bəy baronessanı atıl-
mış, ruhdan düşmüş, elə bil, qısa müddət ərzində bir ömür
yaşamış vəziyyətdə tapdı.
“O getdi, Leo, – Elfrida kədərlə uzun müştüyə keçirilmiş
papirosundan dərin qullab alıb tüstünü pəncərənin açıq
nəfəsliyinə doğru buraxdı. – Hindistana yola düşməyə hazır-
laşır. Mən tamam tək qaldım”.
“Bilirəm, – Leo Əsəd bəy təskinlik vermək üçün onun
əlindən tutdu, – amma tamam tək deyilsiniz, mən yanınızda-
yam”.
“Siz də gedəcəksiniz, – Baronessa kədərlə gülümsədi, – si-
zin də öz yolunuz var...”
Ömər-Rolf, deyəsən, haqlıydı, Elfridanın nizamsız həya-
tına alışmaq çətiniydi: qəsrdə səliqəsizlik, pərakəndəlik,
baxımsızlıq hökm sürürdü.
“Ümidvaram ki, gedənəcən romanın əlyazmasını mənə
verəcəksiniz, – Baronessa üstü dağınıq halda cürbəcür kağız-
larala dolu olan masanın yanına qayıtdı. – Son vaxtlar Lüsinin
işi o qədər də yaxşı getmir, ona görə də Herta Pauliyə tapşır-
dım ki, mənə nəşriyyat tapsın. O da “Sinnen-ferlaq” nəşr evilə
danışıb. Yəqin, əlyazmanı fevrala qədər təhvil verərik.
Zəhmət haqqınız da, şübhəsiz, hesabınıza köçürüləcək”.
“Əlbəttə, əlbəttə,” – Leo Əsəd bəy Vyanadakı vaxtının da-
raldığını bir daha açıq-aşkar hiss eləyib narahat oldu...
***
Xəbər yayılmışdı ki, ingilislər Fürerin könlünü almaq üçün
Avstriyanı ona güzəştə getməyə razılıq veriblər. Bundan son-
ra “Herenhof” kafesindəki dost-tanışları bir-bir yoxa çıxmağa
başlamışdılar.
Deyilənə görə, Herta Pauli kooperativ nəşriyyatını bağla-
yıb Fransaya viza ala bilmişdi, yəqin, indi Parisdəydi; belə
çıxırdı ki, artıq Valter Merinq də özünü Parisə çatdırmağı ba-
514
carıb; Vyanada olsaydı, mütləq “Herenhofa” baş çəkərdi; bir
tanışdan xəbər tutdu ki, Ömər-Rolf fon Ehrenfels qəzetlərdə
nasistlərin əleyhinə məqalələr çap etdirdiyinə görə adının
“ölüm siyahısı”na salındığı barədə Maks Brodun vaxtında
xəbərdarlığıyla Vyanadan çıxa bilib; bu həqiqət idisə, indi,
yəqin, Hindistana üz tutmuşdu; Rolf Passer nəşr evini öz
köməkçisi Tereza Kirşner Myöqleyə verib, əvvəlcə Praqaya,
sonrasa Londona getmişdi, ordan da güman ki, Parisə yolla-
nacaqdı – Paris artıq Avropa yəhudilərinin mərkəzinə
çevrilməyə başlayırdı; professor Volfhanq fon Vayzl vaxtında
aradan çıxıb Fələstinə yollanmışdı...
Dairə get-gedə daralırdı...
Leo Əsəd bəy Covanni Centileyə təcili məktub yazdı, yal-
vardı ki, Mussolininin bioqrafiyasını yazmağa başlaması, ma-
terial toplamaq məqsədilə İtaliyaya gəlməsi üçün viza almağa
kömək eləsin. Centiledənsə səs-soraq çıxmırdı. Bu məsələnin
artıq əleyhinə həll olunduğundan Əsəd bəyin xəbəri yox idi...
Şərtləşdikləri kimi, əlyazmanı elə o cür ruhi sarsıntılar
içində tamamlayıb baronessaya verdi. Düzdü, əsərə xeyli əl
gəzdirmişdi, Avstriya, Amerika, Şərqlə bağlı səhifələr artır-
mışdı, xüsusilə, xəlifə Müaviyənin arvadının dilindən “Vətən
Dostları ilə paylaş: |