Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə138/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   134   135   136   137   138   139   140   141   ...   175
sında gizlənmiş kədəri, qəzəbinizin arxasında gizlənmiş sevgini, bir 

də sükutunuzun səbəbini dərk eləyən adamlara inanmaq lazımdı. 

  İndi  taleyin  bəxşişi  olan  bu  qadından  başqa  dayağı  yox 

idi...

***


 Qərara gəldilər ki, heç kəs, hətta, ən yaxın qonşular belə 

onun qayıtdığını bilməyəcək, uşaqlar da atalarının evdə ol-

duğunu kimsəyə deməyəcəklər.

 Bilqeyis xanım əlaltdan qayınanasına, bacılarına, qardaşla-

rına, dayısına xəbər göndərmişdi ki, gəlib məsləhət versinlər, 

yol  göstərsinlər,  bundan  sonra  necə  yaşayacaqlarını  götür-

qoy eləsinlər. Nəbi ağa, Fərhad və Vəlibəy də məsələni qəti 

qoydular:  Yusif  Vəzirin  evdə  olduğundan  bu  üç  kişi,  dörd 

qadın, üç uşaqdan başqa kimsənin xəbəri olmayacaq, Bilqeyis 

uşaqları daim nəzarətdə saxlayacaq ki, ağızlarından söz çıxar-

masınlar; Dunya da bir müddət gəlib-getməsin, dilini də ağ-

zında  möhkəm  saxlasın;  Yusif  Vəzirsə  vəziyyətlə  razılaşıb 




505

müəyyən müddətə evdən çıxmasın, kitab oxusun, yazı-pozu-

suyla məşğul olsun, naqolay vəziyyət yarananda yataq ota-

ğındakı qapısı güzgülü divar şkafında gizlənsin.

 “Yəqin, bu olub-keçənlər illərlə davam eləməz, bir vaxt hər 

şey öz yerini alacaq, – Nəbi ağa məşvərətə yekun vurdu. – Biz 

hərdən gəlib-gedər, səni darıxmağa qoymarıq”.

 “Yaman günün ömrü az olar, – Fərhad da ürək-dirək verdi, 

bayramdan sonra, yəqin, bu tuthatut yatışar”.

 ...Amma baş verənlər bunun əksini göstərirdi. Bəd xəbərlər 

bir-bir payız küləyilə pəncərədən içəri dolurdu.

 

Yejovun tap-



şırığıyla Bakıya SSRİ Daxili İşlər Komis sarlığından respubli-

ka  rəhbərliyinin  əks-inqilabla  mübarizəsinin  zəif  təşkilini, 

Mir  Cəfər  Bağırovun  əksinqilabçıları  himayə  elədiyini  üzə 

çıxarmaq  üçün  böyük  komissiya  gəlmişdi.  Nəticədə  xalq 

daxili işlər komissarı Yuvelian Sumbatov-Topuridze vəzifə-

sindən kənarlaşdırı lıb yerinə Stepan Yemelyanov təyin olun-

muş, bundan sonra proses sürətlənmişdi... 

 Elə o vaxtlar Fariz və Qalib Vəkilovlar həbs edildilər; Qalib 

hərbçi  olduğundan  dərhal  güllələndi,  Farizin  “istintaqı”sa 

davam  eləyirdi;  sentyabrın  28-də  Mədinə  xanım  Qiyasbəyli 

haqqında ölüm hökmü çıxarıldı, elə həmin gecə də yerinə ye-

tirildi; oktyabırın səkkizində Kiçikxanımın qonşusu Salman 

Mümtaz  evindən  aparıldı;  oktyabrın  onunda  Ömər  Faiq 

Nemanzadənin güllələnməsi barədə xəbər yayıldı; oktyabrın 

on birində Balabəy Həsənbəyov, on ikisində Əhməd Cavad 

haqqında çıxarılan ölüm hökmü yerinə yetirildi; deyilənlərə 

görə, oktyabrın on üçündə Bəkir Çobanzadə və Hənəfi Zey-

nalının haqqında çıxarılan ölüm hökmünə əməl olunmuşdu; 

həmin  gün  də

  iradəsi  sındırılan,  Ruhulla Axundov,  Hənəfi 

Zeynallı və Bəkir Çobanzadə əleyhinə ifadə alıb, müdafiə, itti-

hamçı və şahid olmadan 10 il iş kəsmişdilər; 

elə o günlərdə 

qardaşı Əliabbas Müznibin əleyhinə ifadə verməyə məcbur 

edilən Əmin Abid qətlə yetirildi; eyni vaxtda da Sultan Məcid 

Qənizadənin həyatına son qoyuldu...




506

  Danışırdılar,  Qəzənfər  Musabəyova  o  qədər  işgəncə 

veriblərmiş ki, hər dəfə qapı döyüləndə binəva qaçıb çarpayı-

nın altına girir, qorxusundan tir-tir əsirmiş. Yejovun adamları 

Xalq  Komissarları  Sovetinin  sədri  Hüseyn  Rəhmanova  belə 

rəhm eləməmişdilər. Deyilənə görə, Mir Cəfər Bağırov onun 

həbsinə  mane  olmaq  istəyibmiş,  istintaq  qrupu  Moskvaya 

şikayət eləyib, nəticədə “respublikanın ağası”nın siyasi keç-

mişini  araşdırmaq,  özünü  həbsə  almaq  fikirləri  də  varmış, 

hətta,  on  gün  ev  dustaqlığında  da  qalıbmış,  güman  ki,  bu 

təhlükə köhnə dostu Beriyanın köməyilə sovuşub... 

  Kiyevdən  tanıdığı,  bu  quruluşa  xidmət  eləyən,  sanballı 

vəzifələr tutan adamlar – Mustafa Quliyev, Ağahüseyn Ka-

zımov,  Abbas  Sultanov,  Möhsün  İsrafilbəyov,  Bahadur 

Vəlibəyov,  Firuz  Ordubadski...  “qurbanlar”  siyahsındaydı-

lar...


 Üzeyir bəy “Koroğlu”ylamı, “Arşın mal alan”lamı, axır ki, 

təhlükədən qurtardı; deyirdilər, siyahıda onun da adı varmış, 

“Ellər atası” nə vaxsa Tiflisdə operettaya baxdığını xatırlayıb, 

bəstəkarla maraqlanıb, nəticədə “qurban”ı “SSRİ xalq artisti” 

olub,  Lenin  ordeni  alıb,  üstəlik,  ona  qəttəzə  “M-1”  maşını 

veriblər.  Zülfüqar  bəysə  həmişə  öz  həyatını  yaşamışdı,  gü-

man ki, bu çalxantılar ona toxunmayacaqdı....

  Bir  də  köhnə  dostu  Hüseyn  Mirzəcamalov  hələ  univer-

sitetdə dərs deyirdi, yəqin, səksəkə içindəydi, bu fəlakətin nə 

vaxtsa onun da başının üstünü kəsdirəcəyini düşünürdü...

  Hərdən  baş  çəkən,  olub-keçənləri  ehtiyatla  çatdıran, 

ailəsinin güzəranını yoluna qoyan qayınanasının, Nəbi ağa-

nın,  Fərhadın,  Vəlibəyin,  Aftabın,  Nəcibənin  eşidib-

bildiklərindən  xəbər  tutduqca  iyirmi  dörd  kvadratmetrlik 

mənzil ondan ötrü ölüm kamerasına çevrilir, çəkdiyi mənəvi 

işgəncənin şiddətindən bağırmaq istəyirdi. Cahangir Qayıbo-

vun  Tiflisdə  doğrandığını  da  Nəbi  ağa  xəbər  vermişdi; 

dediyinə görə, yazığın heç nəşi də ələ gəlməyib. 




507

 Bir qədər yazıb-pozmaq, mütaliə eləmək köməyinə çatırdı, 

amma o cür ruhi vəziyyətdə yazdıqlarının axırını bir tərəfə 

çıxara bilmir, ya cırır, ya da divar sobasına atırdı... 

 Noyabrın iyirmi biri gecəsi Mustafa Vəkilovun evində ax-

tarış  aparmış,  özünü  də  həbsə  almışdılar.  Üstəlik,  bibisi 

Badisəba xanım əri Firudin bəy Köçərlinin min bir əziyyətlə 

topladığı folklor materiallarını Mustafaya etibar eləmişdi, on-

ları  da  yığışdırıb  aparmışdılar.  Neft  İnstitutunun  direktor 

müavini, bir neçə müəllimi də həbs olunmuşdu. Bütün bunla-

rı  Bilqeyis  xanıma  danışan  Aslanın  rəngi  qaçmışdı,  elə  bil, 

bəlanın ona da yaxın olduğunu hiss eləyirdi. 

 Elə o xəbəri alan axşam da İstanbuldan, Parisdən gətirdiyi 

məktubları,  açıqcaları,  fotoları,  kitabları,  əlyazmaları  bir-bir 

sobaya atmağa başladı. O cansız kağız parçalarının hər birilə 

bağlı acılı-şirinli xatirələri vardı...

 Bu tələbə vaxtı Kiyevdə çəkdirdiyi şəkillər. Burma bığı var, 

birində  təkdi,  digərində  dostlarının  əhatəsindədi;  üçüncü-

sündə şərqli geyimindədi, tamaşada oynayırdı, o günlərdən 

xatirədi. Bunlar yəqin, qorxulu olmaz...

 Bu Bilqeyis xanımla, yazı masasının arxasında, qohumla-

rıyla birgə, qulluqçu da arxada dayanıb... Güman ki, bir məna 

verməzlər...

 Bu səfir olan vaxt iş otağında çəkdirdiyi şəkli. Təhlükəlidi...

 Bu Ceyhun bəylə Lüksemburq bağındakı şəkli. Saxlamaq 

olmaz....

 Bu Hans Günterlə Klişidəki şəkli. Qorxuludu.

 Bu İstanbulda gəzəri fotoqrafa çəkdirdiyi şəkil. Nə qara, 

gur  saçı  qalıb,  nə  eşmə  bığı.  Açıq  rəngli,  nimdaş,  amma 

səliqəli  kostyum  geyinib,  sağ  əli  şalvarının  cibindədi,  sol 

əlinin barmaqları arasında siqaret tüstülənir. Harda çəkildiyi 

bilinmir, saxlamaq olar...

 Bu Konstantiniyyədə və Parisdə nəşr olunan kitabları...

  Bu  romanlarının  əlyazmaları  –  Allah  bilir,  alman  dilinə 

tərcüməsi indi hardadı...



508

 Gözlərində iki damla yaş vardı. Bilqeyis xanım rəngi ağar-

mış halda durub sobada yanan kağızlara baxırdı.

 “Bir vaxt gələcək, bunların qiyməti olmayacaq, Bulqu, – 

dönüb arvadının üzünə baxdı, – amma indi yandırmağa məc-

buram. – Bu vaxt Orxanın yanında dayandığını sezib üzünü 

ona tutdu. – Sən dərslərinlə məşğul ol, oğlum. Əminəm ki, siz 

böyüyəndə belə şeylər olmayacaq”.

  ...Aradabir  ruhi  müvazinət  tapdığı,  sevindiyi  anlar  da 

olurdu. Bilqeyis xanım Abdulla Şaiqlə küçədə rastlaşdığını, 

dostunun onu, uşaqları soruşduğunu deyirdi, Yusif Vəzirin 

sifəti dərhal işıqlanırdı:

 “Şaiq Əfəndi etibarlı insandı, Bulqu, – deyirdi, – mənə elə 

gəlir,  evdə  olduğumu  da  bilir,  camaatı  şübhəyə  salmamaq 

üçün gəlmir”.

  Doğrudan  da,  arabir  axşamlar  Şahzadə  xanım  Kamalla 

gəlir, yenə əlinə keçəndən gətirirdi. Yusif Vəzir yataq otağın-

da qadınların, uşaqların söhbətini eşidə-eşidə dinməzcə otu-

rur, özünü bir vaxt asudə günlərin qayıdacağına inandırmağa 

çalışırdı...

  Qəfəsinə  –  yataq  otağına  çəkilməyə  məcbur  olduğu 

məqamlarda müsahibi Dostoyevskinin, Zolyanın, Russonun, 

Dümanın, Floberin, Tınyanovun, Tarlenin, Dikkensin, Meter-

linqin, Molyerin, Sinkler Luisin əsərləri olurdu. Plexanovun 

“Marksizmin əsas məsələləri”, Stalinin “Leninizm məsələləri” 

kitablarını da oxumağa çalışırdı ki, bəlkə, müəyyən məqamda 

lazım  oldu,  “yenidənqurulduğunu”  sübut  eləmək  məcburiy-

yətində  qaldı.  Mütaliə  elədiyi  müəlliflərin  acı  taleyi,  son 

aqibəti haqqında qeydlər də aparırdı: “1. Anaqrean (qreq) V m. 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin