heç bir bənzəyişi yoxdur. Muğam oxumağı heyvanların səsi ilə necə
müqayisə eləmək olar?’’
Üstəlik, Bakı Dövlət Darülfünunun “Müsavat partiyasının
qalığı” kimi bağlanması barədə göstəriş verilmişdi. Adamlar
susurdular, narazılıqlarını dalda-bucaqda dilə gətirirdilər.
Darülfünun bağlanmasıyla Yusif Vəzir işini itirdi, Tibb İnsti-
tutuna keçmək məcburiyyətində qaldı.
Dərslər başlayanda onu xalq maarif komissarı və
“Azərnəşr”in direktoru Ruhulla Axundov çağırdı. Ruhulla-
nın başına gələni eşitmişdi: yayda Moskva-Xarkov qatarının
restoranında pərdəni çəkmək barədə əmrini yerinə
yetirmədiyinə görə bir sərnişini döymüş, akt tərtib olunanda
Mərkəzi İcraiyyə Komitəsinin üzvü vəsiqəsini göstərmişdi.
Bu əhvalat da dərhal ölkəyə yayılmış, Vladimir Mayakovski
onu “Günəş kralı” ləqəbli Fransa kralı XV Lüdovikin məşuqəsi
olan, “Məndən sonra qoy lap Nuh tufanı olsun” deyən marki-
za dö Pompadura oxşadıb “Pompadur” adlı şeir yazmışdı; o
şeir, az qala, Ruhullanın karyerasının üstündən xətt çəkəcəkdi.
Amma onu yalnız MİK üzvlüyündən çıxarmışdılar. Bəlkə, elə
bu səbəbdən görüşləri bir qədər naqolay oldu, ancaq iş barədə
danışdılar.
371
“Planımızda ikicildlik rusca-türkcə lüğət var, – Ruhulla
daha çox masasının üstündəki kağızlara baxa-baxa dedi. –
Heyətə sizi də daxil eləmişik. Yoldaşlarla əlaqə saxlayın. Çox
məsuliyyətli işdi, gərək qısa müddətdə və yüksək səviyyədə
yerinə yetirək”.
“Öhdəmə düşəni eləyərəm, – dedi, narahat olmayın”.
Lüğətin tərtibçilərindən birinin də Mustafa Vəkilov oldu-
ğunu öyrənəndə sevindi: hər halda, işlə əlaqədar da olsa, tez-
tez görüşəcəkdilər...
...O ilin oktyabrında oğlu dünyaya gəldi. Sevincini dostla-
rıyla bölüşdü, körpəsinin adını Orxan qoydu. Orxanın qığıl-
danmasına, iməkləməsinə, dil açıb yeriməsinə fərəhlənə-
fərəhlənə ayların necə ötüb-keçdiyini hiss eləmədi...
O ilin yadda qalan sevinclərindən biri də Fariz Vəkilovun
gözaydınlığı vermək üçün Mustafanın bələdçiliyilə qapısını
açması oldu. Dil-ağız elədi ki, Parisdən bir neçə aydı qayıdıb,
göndərildiyi zavodda işlərini yoluna qoymaq xeyli vaxtını al-
dığından görüşə bir az gec gəlib. Ötən günləri, Mirini xatırla-
dılar, həyatın gözlənilməzliklərinə, Vətəndə olmağın
xoşbəxtliyinə duyğulandılar...
İlin axırında səksəkəsi özünü bir də büruzə verdi: Pedaqo-
ji Texnikum da bağlanmış, orda tuthatut başlanmışdı.
Deyilənə görə, texnikumun bir qrup tələbəsi yığışıb “Gənc
Azər” adlı təşkilat yaradıblarmış, antisovet fəaliyyətlə məşğul
olurlarmış. Sonra Mirzoyanın təzyiqi nəticəsində respublika-
dan qaçan Mir Cəfər Bağırovdan sonra daha “etibarlı” əllərə
keçmiş Dövlət Siyasi İdarəsində başlanan 969 saylı cinayət
işilə dekabrdan sonrakı ilin aprelinəcən Xalq Maarif Komis-
sarlığının strukturlarında çalışan 54 müəllim həbs olundu...
Yusif Vəzir artıq pedaqoji işdən çəkinməyə başlamışdı,
amma gedəcək yeri yox idi...
1929-cu ilin yanvarında Aslan Mirzə Muxtarın ölüm
xəbərini gətirdi. Səksən səkkiz il ömür sürmüşdü, səhnəyə
görə teatrdan əl çəkmişdi, saysız-hesabsız rollar oynamışdı.
372
Hər dəfə “Leyli və Məcnun” tamaşası oynananda Üzeyir bəy
arvadı Mələk xanımla teatra gələr, Mirzə Muxtarın ifasında
Məcnunun atasının ariyasına qulaq asandan sonra çıxıb
gedərmiş. Axır vaxtlar daha çox muğamla, musiqi nəzəriy-
yəsilə məşğul olurmuş.
Yay girəndə yaxın qohumu Ağalar Əliverdibəyov Kislo-
vodska dincəlməyə getməyi təklif elədi. Deyəsən, bu qadın-
larn – Bilqeyis xanımla Məhbubə xanımın da ürəyindən idi.
İyulun əvvəllərində yığışıb yola düşdülər. Dunyanı da apar-
mışdılar ki, hələ bir yaşı tamam olmamış Orxana baxsın. Ağa-
ların uşaqları Nazimlə Nüşabə körpədən əl çəkmək
istəmirdilər. Yusif Vəzir ömrünün ilk ailəvi istirahətini son-
suz xoşbəxtlik içində keçirdi.
O ilin payızında daha bir oğlunun dünyaya gəlməsi həyatla
bağlı səksəkəsini bir qədər ovutdu. Körpənin adını Fikrət
qoydu...
“Cənnətin qəbzi” və “Arvadlarımızın halı” kitablarını Azər-
nəşr çap elədi, bu mənəvi təskinlik tapmaqla yanaşı maddi
vəziyyətinə də bir qədər təsir elədi...
Həmin il dekabrın son günlərindəsə Şuşadan Kərim bəy
Mehmandarovun ölüm xəbəri gəldi. Görünür, oğlu Ədil
bəyin başına gələnlər onu bərk sarsıdıbmış. Həmişə qayğı və
xeyirxahlıq gördüyü insanın yasına gedə bilməməyin ağrısını
yaşaya-yaşaya dərdini içində çəkməli oldu...
O illərdə ən çox arzuladığı Bilqeyisə pianino almaq idi:
onun bu qabiliyyətindən bir gün təsadüfən Abdulla Şaiqin
evində xəbər tutmuşdu. Bilqeyis bir neçə not çalmış, sonra
hamının xahişilə pianinonun arxasında oturmalı olmuşdu.
Onda elə bilirdi ki, hər şey arxada qalıb, əlindən yanıqlı
olduğu həyat onun da üzünə gülməyə başlayıb...
|