NƏSİHƏTLƏR (on dörd mə`sumun (Ə) buyurduqlari və Mİn bir hiKMƏTLİ SÖZ)



Yüklə 2,52 Mb.
səhifə25/47
tarix04.01.2017
ölçüsü2,52 Mb.
#4499
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

ÜÇÜNCÜ FƏSİL

Şiələrin Əmirəl-mö`minindən (ə) nəql etdikləri hədislər


◘Dinin möhkəm qalması dörd kəsdən asılıdır: Öz elminə əməl edən dilli-dilavər alim, öz var-dövlətindən qohum-əqrəbasına paylayan dövlətli, öz axirətini dünyasına satmayan fəqir və elm öyrənməkdən ötrü təkəbbür etməyən cahil. Bəs elə isə alim öz elmini yaymasa, dövlətli xəsislik etsə, fəqir axirətini dünyasına satsa və cahil də elm öyrənməyə təkəbbür etsə dünya geri dönər (yə`ni, cahiliyyət dövrü yenidən başlayar). Həmin zaman məscidlərin çoxluğuna və orada olan qəlbləri bir-birindən uzaq olan insan kütlələrinə aldanmayın.

Soruşdular: “Ya Əli! Həmin dövrdə necə yaşayaq?” Buyurdu: “Zahirdə camaata qarışın, batində isə müxalif olun. Eyni zamanda Ali-Məhəmmədin (s) fərəcinin də intizarında olun.


◘Allah dörd şeyi dörd şeydə gizlədib: 1. Öz rizasını Ona edilən itaətlərdə. Heç bir itaəti yüngül tutmayın. Çünki, ola bilər ki, Allahın razılığı məhz həmin itaətdə olsun. 2. Öz qəzəbini günahlarda. Heç bir günahı kiçik bilməyin. Mümkündür məhz həmin günah Allahın qəzəbinə səbəb olsun. 3. İsticabəti (bəndələrinə cavab verməyi) dualarda. Heç bir duanı faydasız bilməyin. Mümkündür məhz həmin dua müstəcab olsun. 4. Öz dostlarını da bəndələrinin arasında. Heç bir bəndəyə e`tinasız yanaşmayın, çünki ola bilər ki, məhz həmin bəndə Allahın dostu olsun və sadəcə siz onu tanımamış olasınız.
◘Duanın dörd şərti var: Hüzuri-qəlb, ixlas, Allahı tanımaq və duada istədiyi şey barəsində insaf (yə`ni, puç və bihudə (ağıla uyğun olmayan şeylər istəməsin.)
◘Həzrət Musaya (ə) vəhy olundu ki, ey Musa, dörd şey barəsində Mənim tapşırığımı yadında saxla! 1. Günahlarının bağışlandığını bilməyincə başqalarının eyblərinə baş qoşma. 2. Nə qədər ki, Allahın xəzinələrinin boşaldığını bilmirsən ruzidən ötrü qəm yemə. 3. Nə qədər ki, Mənim hakimiyyət və səltənətimin aradan getdiyini bilmirsən başqasına ümid bağlama. 4. Nə qədər ki, şeytanın öldüyünü görməmisən məkrindən amanda qalma.
◘İşlərin ən çətini dörddür: Qəzəbli halda əfv etmək, az miqdarda olan maldan bəxşiş vermək, xəlvətdə iffətli olmaq və qorxduğun və ya qorxmadığın hər bir kəsin qarşısında haqq söz danışmaq.
Bir gün Əli (ə) evdən bayıra çıxdı. Salman onunla rastlaşdı. Həzrət (ə) soruşdu: “Halın necədir?” Salman cavab verdi: “Bir haldayam ki, dörd qəmim var; ailəm çörək və sair ehtiyaclarını istəyir, Allah itaət istəyir, şeytan günah etməyimi istəyir, ölüm mələyi isə canımı istəyir.” Həzrət buyurdu: “Ey Salman, bu dörd qəmin hər birinə görə Allah yanında bir dərəcən var.”
◘Həzrət Əlidən (ə) soruşdular: “Elm nədir?” Buyurdu: “Elm budur ki, Allaha ibadəti ehtiyacın olan qədər edəsən, günahı cəhənnəm atəşinə dözəcəyin qədər edəsən, çalışmağını ömrün boyu davam etdirəsən və axirət xoşbəxliyi qədər də əməl sahibi olasan.”
◘Dörd şeyin qədrini dörd kəs qədər heç kəs bilməz: Cavanlığın qədrini qoca, rahatlıq və asayişin qədrini giriftarçılığa mübtəla olan, sağlamlığın qədrini xəstə və həyatın qədrini ölü.
◘İmam Həsən Müctəbaya (ə) buyurub: “Ruzi dalınca gedəni məzəmmət etmə. Çünki hər kim yemək tapmasa günahı çoxalar. Oğul! Fəqirin dəyəri yoxdur. Sözünə qulaq asmazlar, qədrini bilməzlər, düz söz desə yalançı adlandırarlar, əgər zahid olsa onu cahil bilərlər. Oğul! Fəqirliyə giriftar olan şəxs dörd müsibətə düçar olar; yəqinində süstlük əmələ gələr, əqli məhdudlaşar), dini zəifləyər və həyası azalar. Fəqirlikdən Allaha pənah!”
◘Yenə də oğlu İmam Həsənə (ə) buyurub: “Oğul! Əgər sənə çətinlik üz verdi, dostlarınla məsləhətləş, çünki bunun dörd nəticəsi var; ya işi öz öhdələrinə alarlar, ya sənə kömək edərlər, ya yol göstərərlər, yaxud da səndən ötrü dua edərlər, həmin dua da müstəcab olar.”
◘“Oğul! Dörd şeyi və bundan əlavə də dörd şeyi məndən yadigar saxla və heç vaxt unutma.” Ərz etdi: “Onlar hansılardır?” Buyurdu: “Ən böyük və ən üstün sərvət əqldir, ən böyük yoxsulluq axmaqlıq, ən şiddətli dəhşət özünübəyənmə və ən gözəl əsil-nəcabət xoş xasiyyət.” Ərz etdi: “Atacan, bu birinci dörd şey, bəs ikincisi nədir?” Buyurdu: “O biri dörd şey bunlardır: Axmaqla dostluq etməkdən çəkin, çünki, sənə bir yaxşılıq etmək istəsə ziyan verər. Yalançı ilə də dostluq etmə. Çünki, o, öz yalanları ilə uzağı sənin üçün yaxın, yaxını isə uzaq göstərər. Xəsislə də dostluq etmə. Çünki o, ən çətin anlarında öz köməyini səndən əsirgəyər. Bir də dinsiz insandan uzaq gəz. O, da səni nifaqı ucbatından satar.”
◘“Oğul! İstəyirsənmi sənə dörd əməl öyrədim, sən də bunlara əməl etməklə heç vaxt həkimə möhtac olmayasan?” Ərz etdi: “ Bəli.” Buyurdu: “Acmamış süfrə kənarında oturma, doymamış yeməkdən əl çək, yeməyi yaxşı-yaxşı çeynə və həmişə yatmazdan qabaq ayaqyoluna gedib özünü boşalt. Əgər bu dörd şeyə əməl etsən həkimə ehtiyacın olmayacaqdır.”
◘Bir nəfər Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: “Dörd sual soruşmaq istəyirəm.” Əli (ə) buyurdu: “İstəyirsən qırx sual soruş.” Dedi: “Vacib nədir, daha vacib olan nədir? Yaxın nədir, daha yaxın nədir? Təəccüblü nədir, daha təəccüblü olan nədir? Çətin nədir, daha çətin olan nədir? Buyurdu: “Vacib Allaha itaətdir, daha vacib olan şey günahdan çəkinməkdir. Yaxın Qiyamətdir, ondan da yaxın ölüm. Təəccüblü dünyadır, ondan da təccüblü onu sevmək, çətin qəbirdir, ondan da çətini ora azuqəsiz getmək.”
◘Hər kəsin dəyər və qiyməti onun sə`y və çalışqanlığı qədər, doğru danışmaqlığı comərdliyi qədər, şücaəti mənlik və heysiyyəti qədər, həyası isə qeyrəti qədər.
◘Hər kəs bir əməli öz öhdəsinə alsa mən dörd şeydə onun üçün zaminəm: Daim sileyi-rəhm etməyi öhdəsinə alan şəxsə söz verirəm ki, qohumları onu sevər, var-dövləti çox, ömrü uzun olar və Allahın behiştinə varid olar. (Üsuli əqidəsi düz olan halda.)
◘Ya alim ol, ya tələbə, ya onlara qulaq asan, ya da bu dəstə insanları sevən biri. Bunların beşincisi olsan həlak olacaqsan.
◘Müəllif deyir: “Beşincisi dedikdə elm əhlinin düşməni nəzərdə tutulur. Çünki başqa bir hədisdə həzrət (ə) buyurur: “Nə qədər bacarırsan alim ol, yaxud elm öyrən, yaxud onları sev, əgər bunların heç biri olmasan heç olmazsa onların düşməni olma.
◘Tövratı, İncili, Zəburu və Qur`anı oxudum və hər birindən bir cümlə seçdim: Tövratdan “hər kim sükut etsə nicat tapar”, İncildən “Qənaət edən tox olar”, Zəburdan “Meyillərini tərk edən bəlalardan amanda olar”, Qur`andan isə “Hər kəs Allaha təvəkkül etsə Allah ona bəs edər” cümlələrini.
◘İnsanlar bir-birindən fərqlənən dörd qrupdan ibarətdir və onların hər birinin xüsusiyyətləri aşkardır: Dünyası yaxşı olmayanların gözəl axirəti var, dünyası sevinc və şadlıq içində olanların axirətdə payı yoxdur, bir qrupu hər ikisinə yiyələnib, dördüncü dəstə də bunların hər ikisini zay edib, nə dünyaları var, nə də axirətləri.
◘İnsanların xəlq olunmasında məqsəd onların xoş xasiyyət və gözəl əxlaqa yiyələnməsidir. İnsan öz əməllərinə əsasən ya rəğbət qazanır ya da töhmət: İnsanı ucaldan şey dörd xüsusiyyətdir: Səbir, elm, ehsan və bağışlamaq.
◘Riyakar və ikiüzlünün dörd xüsusiyyəti var: Təklikdə tənbəl və süstdür. Camaat arasında zirək, təriflənən zaman daha fəal olur, təriflənməyən zaman da əməldən bezər.
◘Hədisdə var ki, dörd xristian rahibi Həzrət Əlini (ə) yoxlamaqdan ötrü onun yanına gəldilər. Öz aralarında qərara aldılar ki, bir sualı hər biri ayrı-ayrılıqda ondan soruşsunlar, əgər hamımıza bir cavab versə deməli elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu:

−Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək?

Buyurdu:

−Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.

Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu:

− Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi tərəfindən qorunmağa möhtacdır.

Sonra üçüncüsü daxil olub həmin sualı soruşdu. Həzrət (ə) cavab verdi:

−Elm öyrənmək. Çünki, elm cəm edənin təvazökarlığını, mal isə təkəbbürünü artır.

Daha sonra isə dördüncüsü daxil olub, yenə də həmin sualı verdi. Həzrət (ə) onun cavabında belə buyurdu:

−Elm cəm etmək yaxşıdır. Çünki, elm cəm edənin dostu, mal cəm edəninsə düşməni çoxalar.


◘Dörd şey bədəni qüvvətləndirər: Cinsi yaxınlıq olmadan alınan qüsül, ətir iyləmək, ət yemək və kətan paltar geyinmək. Dörd şey də bədəni arıqladar; dolu qarınla hamama getmək, qurumuş ət yemək, şor xörək yemək və ac qarına su içmək.

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin