NƏSİHƏTLƏR (on dörd mə`sumun (Ə) buyurduqlari və Mİn bir hiKMƏTLİ SÖZ)



Yüklə 2,52 Mb.
səhifə28/47
tarix04.01.2017
ölçüsü2,52 Mb.
#4499
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

YEDDİNCİ FƏSİL

Naməlum şəxslər tərəfindən söylənilən nəsihətlər


◘Ərəblə əcəm dörd şey barəsində müttəfiqdirlər; ürək tab gətirmədiyi şeyi öz üzərinə alma, var-dövlətə görə məğrur olma, qadına arxayın olma və bir də bihudə iş görmə.
◘Alimlər dörd kitabdan dörd cümlə seçiblər; Tövratdan “Qənaətcil adam tox olar”, Zəburdan “Sükut edən salamat qalar”, İncildən “Çəkilib bir küncdə oturan nicat tapar”, Qur`andan “Allaha tərəf gedən hər bir kəs hidayət olub.”
◘Allah-təala həzrət Davuda (ə) vəhy edib buyurdu: “Ağıllı insan gücünü dörd hissəyə bölməlidir; bir hissəsini Allahla münacata, bir hissəsini öz haqq-hesabını çəkməyə, bir hissəsini eyiblərini ona göstərməkdən ötrü dostlarla görüşə və digər hissəsini də rahatlıq və halal ləzzətlərə.”
◘Qəlbin nuraniliyi dörd vasitə ilə əmələ gəlir; ac qarından, saleh dostdan, keçmiş günahları xatırlamaqdan və arzuların azaldılmasından.
◘Düz danışmaq dörd növdür; vacib, haram, məkruh, müstəhəb. Vacib şahidlik edən zamandır. Haram söz gəzdirən zaman, məkruh camaatı üzünə tərifləmək, müstəhəb isə dalca tərifləmək.
◘Dörd xüsusiyyət pisdir, onun dörd şəxsdə olması lap pisdir; simiclik varlıda, həyasızlıq qadında, qəzəb alimdə və yalan qazidə.
◘Ağıllı adamın dörd xüsusiyyəti var; nadanlara qarşı helm, batildən üz çevirmək, lazım olan yerdə xərcləmək və mal sərf etmək, bir də dostu düşməndən seçə bilmək.
◘Beytül-Müqəddəsin dağlarında bir daş tapmışdılar, onun üzərində yazılmışdı; günahkar səksəkəlidir, sözə baxan arxayındır, qane olan əzizdir, həris isə zəlil.
◘Cə`fər ibn Yəhyanın məktublarının birində dörd cümləni qızılla yazdığını gördülər: 1. Ruzi müəyyən olunub. 2. Həris məhrumdur. 3. Simic üzü danlaqlıdır. 4. Paxıl da qəmgindir.”
◘Bir hədisi-qüdsidə Allah-təala buyurub: “Mən dörd şeyi dörd yerdə qərar vermişəm, lakin camaat onu başqa yerdə axtarır və tapmır: Elmi aclıq və qürbətdə qərar vermişəm, camaatsa onu başqa yerdə axtarır. İzzəti Mənə bəndəlikdə qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Varlılığı qənaətdə qərar vermişəm, camaat isə onu çoxlu mal-dövlətdə axtarır, əldə edə bilmirlər. Rahatlığı behiştdə yaratmışam camaatsa onu dünyada axtarır.”

SƏKKİZİNCİ FƏSİL

Fars filosoflarının hikmətli sözləri


◘Dörd şey dörd şey almamış yoluna düşməz; səltənət ədalət olmazsa davamlı olmaz, dost olmadan düşməni məhv etmək olmaz, camaatın sevgisini qazanmaq təvazödən başqa bir şeylə müyəssər olmaz, hədəflərə çatmaq da səbirdən başqa bir şeylə mümkün olmaz.
◘Dörd iş görmək heç kəsə layiq deyil; xahişi qəbul etməyəndən xahiş, yaxşılıq bilməyənə yaxşılıq, mühüm işlərdə tələsmək və bir də günah.
◘Dörd kəsə qarşı nəzakətli olmaq lazımdır; zülümkar padşaha, xəstəyə, nadanlıq girdabına qərq olmuş məstə və xoşrəftar və xeyirxah dosta qarşı.
◘Dörd şey xoşbəxtliyə dəlalət edir; pak nəsil, pak qəlb, pak əl və düzgün rə`y.
◘Dörd şeyə heç bir kəs arxayın olmasın; padşaha yaxınlaşmağa, uşaqlarının dindarlığına, paxılların nəsihətinə və qadınların dostluğuna.
◘Dörd işə hər kəs bulaşsa uçuruma yuvarlanar: 1. Təkəbbür və özünübəyənmə. 2. Camaatın eyiblərini danışıb, onlara töhmət vurana. 3. Malını simicliklə camaatdan əsirgəyənə. 4. Alçaqlardan təvəqqö etmək.
◘Dörd şey xoşbəxtlik əlamətidir; əhd-peymana vəfa etmək, təvazökarlıq, halal ruzidən ötrü çalışmaq, ləyaqətli, ağsaqqala ehtiram göstərmək.
◘Dörd şey bədbəxtlik əlamətlərindəndir; nadanlarla oturub durmaq, fasiq və günahkarlarla yoldaşlıq etmək, çoxdanışan adamların nəsihətlərinə qulaq asmaq və qadınların dediyinə əməl etmək.
◘Dörd şeydən uzaq gəzmək lazımdır; səbirsizlik və iş görməkdə tələsmək, qəzəb, simiclik, təkəbbür və xudpəsəndlikdən.
◘Dörd şey varlanmağa səbəb olar; dostlarla məşvərət, düşmənlərlə nəzakət, nəfs istəklərini tərk etmək və Allahın təqdiri müqabilində səbirli olmaq.
◘Dörd işin axırı dörd şeylə nəticələnər; qəzəbin axırı peşmançılıq, tərsliyin axırı rüsvayçılıq, pis sözün axırı düşmənçilik və tənbəllik və süstlüyün də axırı xarlıq.
◘Dörd şey dörd şey vasitəsi ilə kamil olar; elm əql vasitəsilə, itaət zahidlik və təqva ilə, əməl ixlas vasitəsi ilə və ne`mət şükr vasitəsi ilə.
◘Dörd şey dörd şeyə səbəb olar; sükut rahatlığa, boş-boş sözlər danlağa, səxavət kamal və tərəqqiyə, şükr isə ruzinin bolluğuna. Allah-təala buyurub: “Əgər şükr etsəniz sizə olan ne`mətlərimi artıraram.”
◘Dörd şey adamı zəiflədər; düşmənin çoxluğu, borcun çoxluğu, günahın çoxluğu və ailə üzvlərinin çoxluğu.
◘Dörd şey dörd şeyə gülər; təqdir tədbirə, ölüm arzuya, qəza və qədər ehtiyata, ruzi də həris adama.
◘Dörd şey ömrün qısalmasına və onun xarab olmasına səbəb olar; çox cinsi yaxınlıq etmək, isti suyun içində çox oturmaq, qurumuş ət yemək və qoca qadınla yaxınlıq etmək.
◘Dörd kəsin dörd şeyi yoxdur; yalançının mərdliyi, paxılın rahatlığı, simicin səadəti və bədəxasiyyətin uca məqamı.
◘Dörd şey hər iki dünyanın xoşbəxtliyinə səbəb olar; Allaha, Peyğəmbərə (s) və imamlara (ə) itaət etmək, ata-anaya itaət etmək, alimlərə xidmət etmək və camaata qarşı mehriban olmaq.
◘Dörd şey dörd şeyə möhtacdır; şərəf ədəbə, xoşluq əmniyyətə, qohumluq dostluğa, əql də təcrübəyə.

Beşinci bölmə

Beş tərkibli nəsihətlər

BİRİNCİ FƏSİL

Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər


◘Beş şey əməl tərəzisini qat-qat ağırlaşdırar: “Subhənallah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu Əkbər” və Allah xatirinə saleh övladın ölümünə səbr etmək.
◘İslamın əsası beş şeydən ibarətdir: “La ilahə illəllah”, namaz, zəkat, həcc və Ramazan ayının orucu.
◘Beş iş var ki, hər kəs onları yaxud, birini yerinə yetirsə cənnət əhlidir. (Bir şərtlə ki, e`tiqad və əməli tamam-kamal olsun); susuza su vermək, acı doyurmaq, çılpağa paltar geyindirmək, piyadanı mindirmək və qul azad etmək.
◘Tövratda beş cümlə var ki, qızıl su ilə yazılsa yenə azdır:

1. Evdə qəsbi bir daşın olması həmin evin xaraba qalmasına səbəb olar.

2. Zülmlə qalib gələn məğlubdur.

3. Günah vasitəsilə qələbə çalan qalib deyil.

4. Allahın haqqını yerinə yetirməyin ən az həddi odur ki, verdiyi ne`mətləri günah qazanma vasitəsi etməyəsən.

5. Sənin abrın donmuş su (buz) kimidir. Yalvarma və xahiş zamanı əriyər. Bax gör abır-heysiyyətini kimin yanında tökürsən.


◘İbn Abbas deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Adəmin Allahdan öyrəndiyi və tövbə etmə vasitəsi olan sözlər hansılardır?” Buyurdu: “Allahı Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) və Hüseynə (ə) and verdi, tövbəsi də qəbul oldu.”
◘Həyatımın sonuna qədər bu beş əməli əldən vermərəm; qullarla bir yerdə torpaq üzərində oturub yemək yemək, ulağa minmək (çünki, bu iş təvazökarlıq əlamətidir), keçini öz əli ilə sağmaq, yundan hazırlanan paltar geyinmək (o zamanlar yundan hazırlanan parça ən kobud parça idi) və uşaqlara salam vermək. (Mən bu işləri heç vaxt tərk etməyəcəyəm ki,) qoy, məndən sonra bunlar sünnə olsun.
◘Alış-verişlə məşğul olan kəs gərək beş şeydən uzaq olsun. Əks təqdirdə, alveri tərk etsin; riba almaq, and içmək, malın nöqsanını örtmək, satış zamanı malı tə`rifləmək, alış zamanı malı pisləmək.
◘Beş nəfərdən hər bir halda uzaq gəzmək lazımdır; xora xəstəliyinə tutulandan, natəmiz və çirkin adamdan, dəlidən, haramzadədən və ərəblərdən. (yə`ni, biyabanda həyat sürüb ictimai və dini ədəblərdən xəbəri olmayan bədəvilərdən).
◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən bu oğluma yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?” Həzrət buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş işdən başqa; kəfən satan, zərgərlik, qəssablıq, buğda satan və qul satan. Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar, halbuki, mənim ümmətimdə yeni doğulan körpə günəşdən və onun saçdığı bütün şeylərdən üstündür. Zərgər müamilə zamanı hiylə və fırıldaq işlədər, qəssab daşqəlbli olar, buğda satan möhtəkir1 olar. Qul alveri ilə məşğul olan adama gəldikdə isə, Cəbrail (ə) mənə xəbər verdi ki, insanların ən pisi Allahın qullarını satanlardır.”
◘Allah mənə üç üstün xüsusiyyət vermişdir ki, məndən öncə bunları heç kəsə verməmişdir; yer üzərini (torpağı) mənim üçün səcdəgah və paklayıcı qərar vermişdir, mənə düşmənlərimin qəlbində dəhşət və qorxu yaratmaqla daim kömək etmişdir, döyüş qənimətlərini mədən ötrü halal etdi, mənə mükəmməl, hərtərəfli nitq və bəlağət verdi və mənə şəfaət məqamı nəsib etdi.
◘Allah-təala beş xüsusiyyət mənə və beş xüsusiyyət də Əliyə (ə) verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə peyğəmbərlik, Əliyə (ə) isə imamlıq verib, mənə Kövsər hovuzunu, Əliyə (ə) isə Səlsəbili bəxş edib, mənə vəhy göndərib, Əliyə (ə) isə ilham, məni göyə apardı, Əlidən (ə) ötrü isə göyün qapılarını açıb gözləri önündən pərdələri götürdü.
◘Allahdan necə lazımdır utanın;

1.Əgər əməl etmək qərarınız varsa yatmayın.

2-3. Beyinə və onun fikirlərinə və qarına və onun möhtəvasına düzgün riayət edin. 4. Qəbiri və bədəninizi örtməyi yaddan çıxarmayın. 5. Axirəti istəyəndə dünya bər-bəzəyindən əl çəkin.
◘Hər kəs beş şeyi öz öhdəçiliyinə alsa, mən də behiştdən ötrü ona zamin olaram; Allaha, Peyğəmbərə (s), Qur`ana, Allahın dininə, İslam cəmiyyətinə qarşı xeyirxah və ürəyiyanan olsun.
◘Peyğəmbər (s) əmr verib ki, beş heyvanı öldürsünlər; qarğa, sağsağan, ilan, əqrəb və quduz it.
◘Beş şey fitri dindən irəli gəlir; dırnaq tutmaq, bığları azaltmaq, qoltuğun tüklərini və qarının aşağı hissəsindəki tükləri azaltmaq və sünnət etmək.
◘Həzrət Əliyə (ə) etdiyi nəsihətlərində belə buyurur: “Əbdül-Müttəlib cahiliyyət dövründə beş qanunu adət halına saldı ki, Allah-təala onları İslamda da saxladı:

1) Atanın arvadını oğula haram bildi. Bu barədə Allah-təala buyurub: “Atalarınızın evləndiyi qadınlarla evlənməyin.”

2) Xəzinə tapan şəxs beşdə birini sədəqə verməli idi. Allah da belə buyurub: “Bilin ki, döyüşdə ələ keçirdiyiniz qənimətlərin beşdə bir hissəsi Allahındır.”

3) Zəmzəm suyunun adına “Siqayətül-Həcc” yə`ni, “Hacılara verilən su” adını qoymuşdur.

4) Qan bahasını yüz dəvə qərar verdi.

5. Qüreyş nəzərində təvafın xüsusi miqdarı yox idi. Əbdülmüttəlib onun sayını yeddi qərar verdi. Bu hökm də İslamda olduğu kimi qaldı.”


◘Ey Əli! Əbdülmüttəlib nə qumar oynadı, nə bütə sitayiş etdi, nə də ki, bütlərdən ötrü kəsilən qurbanlıq heyvanların ətindən yedi. O, belə deyirdi: “Mən İbrahimin (ə) dinindəyəm.”
◘Beş münasibətdən başqa ziyafət verməyə lüzum yoxdur; toy, övlad dünyaya gələrkən, uşağı sünnət edərkən, Məkkədən qayıdarkən və ev alarkən.
◘Ey Əli! Mən sənin barəndə Allahdan beş şey istədim, hamısını da verdi:

1. Mən qəbirdən qalxacaq əvvəlinci kəs olum, Əli də mənimlə olsun.

2. İcazə versin əməllərin haqq-hesabı çəkilən yerdə ikimiz də olaq.

3. Qiyamət günü səni mənim bayraqdarım etsin.

4. Mənim ümmətimə sənin vasitənlə Kövsər hovuzundan su içirsin.

5. Behiştə gedən zaman səni ümmətin rəhbəri qərar versin. Allaha şükürlər olsun ki, bütün bunları qəbul etməklə mənim boynuma minnət qoydu.


◘Cümə günü günlərin ən üstünüdür və Allah yanında fitr və Quban bayramlarından da üstündür. Cümə gününün beş üstün xüsusiyyəti var:

1) Adəm bu gündə yaranıb.

2) Bu gündə də yerə enib.

3) Vəfatı da bu gündə olub.

4) Cümə günündə bir saat var ki, hər kəs Allahdan öz hacətini həmin saatda istəsə qəbul olunar. Bu şərtlə ki, haram bir şey istəməsin.

5) Müqərrəb mələklər, yer, göy, küləklər, dağlar, su, quru hamısı nigarandırlar ki, olmaya qiyamət günü də bu gündə olsun. (Yə`ni, çox ehtimal var ki, Qiyamət günü də bu gündə olsun.)


◘Yəzid ibni Sabitə buyurdu: “Evlənmisən?” Dedi: “Xeyr.”Buyurdu: “Evlən ki, pakdamən qalasan və heç vaxt “şəhirə”, “ləhirə”, “nəhirə”, “hidərə” və “ləfut”la evlənmə! Yəzid dedi: “Ya Rəsuləllah, mən bilmirəm sənin bu buyurduqların nə deməkdir.” Buyurdu: “Ərəb deyilsənmi? Şəhirə göy rəngli, acıdil və həyasızdır, “ləhirə” hündür boylu və arıqdır, “nəhirə” balaca boylu və pis görkəmlidir, “hidərə” yaşı keçmiş qocadır, “ləfut” isə başqa ərdən uşağı olan qadındır.”
◘İnsanların ən yaxşısı o kəslərdir ki, yaxşı iş görən zaman sevinər, pis iş görən zaman peşman olar və istiğfar edər, ne`mət zamanı şükür, bəla və müsibət zamanı isə səbir olar və bir də acığı tutanda güzəştə gedir.
◘Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib ki, məndən öncə heç bir ümmətə verilməyib:

1. Birinci gecədə Allah hamıya rəhmət nəzərilə baxar və hər kəsə ki, Allah rəhmət nəzəri ilə baxsa heç vaxt ona əzab verməz.

2. Ağızlarından gələn iy Allah yanında müşkdən də ətirlidir.

3. Mələklər gecə-gündüz onlardan ötrü istiğfar edər.

4. Allah behiştə əmr edər ki, özünü bəzəyib bəndələrimdən ötrü rəhmət diləsin. Çünki, tezliklə onlar dünyanın əzab-əziyyətindən xilas olub behiştə, mənim onları şərəfləndirəcəyim yerə daxil olacaqlar.

5. Ayın axırıncı gecəsi hamını bağışlayar.

Bu zaman bir nəfər soruşdu: “Qədr gecəsi bağışlayar, yoxsa axırıncı gecə? “ Həzrət buyurdu: “Məgər görməmisənmi ki, işçilərin maaşını işin axırında verirlər?”

(Zahirən bunlar o kəslərə aiddir ki, bu ayın orucunu üzürsüz sındırmır və günah etməklə həya pərdələrini yırtmırlar.)


◘Məaz deyir ki, bir gün Peyğəmbərə (s) ərz etdim: “ Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə atəşdən xilas olub cənnətə daxil olum.” Buyurdu: “Ey Məaz, böyük bir şey istədin, lakin, Allah hər kəs üçün istəsə işləri asanlaşdırar. Allaha itaət et və heç bir şeyi ona şərik qoşma, namaz qıl, zəkat ver, Ramazan ayının orcunu tut və bir də nə qədər bacardın Allah evinin ziyarətinə get.”
◘Beş xüsusiyyətə yiyələnməmiş heç bir bəndənin imanı kamil olmaz; Allaha təvəkkül, işləri ona tapşırmaq, fərmanına itaət etmək, təqdirinə razı olub, bəlalarına səbr etmək. Bir də hər kəsin dostluğu və düşmənçiliyi, verməyi və əsirgəməyi Allaha görə olsa imanı kamil olar.

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin