1914-cü il – “İqbal” qəzetinin Baş redaktoru olur.
1914-cü il 12 aprel – “Bəsirət” qəzetinin ilk sayında məqaləsi çap edilir.
1914-cü il 10 may – Bədəlbəy Bədəlbəyovun nəzarətində olan, ümumi müdiri Soltanməcid Qənizadə olan “Altıncı rus-müsəlman məktəbi”ndə keçirilən ədəbi və mənəvi bir ziyafətə dəvət edilir, məktəb şagirdlərinin bəzilərinin türkcə, bəzilərinin isə rusca oxuduğu nəğməli, şeirli və lətifəli bir ədəbiyyat gününün iştirakçısına çevrilir. Bu haqda “İqbal” qəzetinin 11 may 1914-cü il sayında “Əbədi bir gün” adlı məqalə də nəşr etdirir.
1914-cü il 16 sentyabr –“Dirilik nədir?”, “Milli dirilik” başlıqlı yazıları “Dirilik” jurnalında çap edilir.