1917-ci il 18 noyabr – Bolşeviklər M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat”ın Bakı Şəhər Sovetinə olan seçkilərdəki qələbəsini ləğv edir.
1917-ci il 24 noyabr – Müəssislər Məclisinə seçki kampaniyası aparılır. 15 nəfərlik namizədlər siyahısında Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşovla birgə M.Ə.Rəsulzadənin də adı göstərilir. Vətəndaşlardan onların adı olan 10 saylı siyahıya səs verməsi xahiş edilir.
1917-ci il 26 - 28 noyabr –Zaqafqaziyada Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyası müstəqil demokratik qrupla birgə (Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və b.) seçkidə Zaqafqaziya üzrə 615.816 (26, 9%) səslə ikinci yeri tutur. Birinci yeri 1% səs çoxluğu ilə gürcü menşevikləri qazanır.