1917-ci il 28 iyun – “Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi”nin axşam saat 19:00-da Ə.M.Topçubaşovun sədrliyi ilə keçirilən iclasında M.Ə.Rəsulzadə çıxış edir. Çıxışında bildirir ki, Bakı şəhər Dumasına vicdanlı adamlar seçilməlidir. Qeyd edir ki, Duma kasıb əhali haqqında çox düşünməli, xalqdan az vergi alınmalı, qiymətlər aşağı olmalıdır.
1917-ci il 5 oktyabr –“İsmailiyyə” binasının böyük zalında axşam saat 20.00-da “Müsavat” Partiyasının bürosu “siyasi söhbət” təşkil edir. M.Ə.Rəsulzadə orada “Mərkəzçilik və qeyri mərkəzçilik” mövzusunda çıxış edir. Digər müsavatçılar isə bu mövzuda məruzə edirlər: 1) Q.Ağazadə: “Millətçilik və beynəlmiləlçilik”; 2) S.İbrahimov: “Türkçülər və islamçılar”.