1917-ci il may – Bakıda M.Ə.Rəsulzadənin də “Redaksiya Heyəti"nə daxil olduğu “Qardaş köməyi” jurnalı çap edilir.
1917-ci il 17 iyun – “Müsavat”la “Türk-Ədəmi Mərkəziyyət” partiyaları birləşir. Yeni təşkilat “Türk-Ədəmi Mərkəziyyət Müsavat” Partiyası adlanır. M.Ə.Rəsulzadə Birləşmiş Partiyanın sədri seçilir. Partiyanın yaydığı bəyannamədə təşkilat özünü “əməkçi kütlələrə, habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli-mədəni istəklərinə arxalanan demokratik partiya” kimi təqdim edir. Partiyanın sosial tərkibi ziyalılardan, fəhlələrdən, qismən kəndlilərdən və burjuaziyanın nümayəndələrindən ibarət idi.