1918-ci il 4 iyun – Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk Dostluq Müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından M.Ə.Rəsulzadə və M.Hacınski imzalayır.
1918-ci il 17 iyun –M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası ilhaqçıların təsirini azaltmaq, Nuru Paşa ilə münasibətləri pozmamaq, Azərbaycanın istiqlaliyyətini qorumaq məqsədi ilə öz fəaliyyətini dayandırır.