Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə25/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
1918-ci il 23 fevral – Tiflisdə Zaqafqaziya Seyminin ilk toplantısı ke­çirilir və M.Ə.Rəsulzadə “Müsavat” fraksiyasının (30 nəfərlə) lideri təs­diq edilir.

1918-ci il mart - “Açıq söz” qəzetinin 700-cü sayında bildirilir ki, M.Ə.Rəsulzadə hazırda Trabzonda Sülh heyətinin tərkibindədir və Seym üzvü olaraq qalır.

1918-ci il 1 aprel – Ermənilərin Bakıda törətdiyi 31 mart soyqırımı ilə bağlı M.Ə.Rəsulzadə Zaqafqaziya Seymində sərt çıxış edərək ciddi münasibət bildirilməsini tələb edir.

1918-ci il 14-15 may – Zaqafqaziya nümayəndə heyətinin tərkibində Batuma gedir və regionun siyasi gələcəyi ilə bağlı Almaniya və Türkiyə hökuməti təmsilçiləri ilə çox mürəkkəb danışıqlar aparır.

1918-ci il 27 may – Gürcüstanın paytaxtı Tiflisdə artıq fəaliyyəti dayanmış Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. M.Ə.Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev sədr müavini, Mustafa Mahmudov katib, aşağıdakılar isə üzv seçilirlər: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusif­bəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nəriman­bəyov, Heybətqulu Məm­mədbəyli, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Məm­məd Yusif Cəfərov, Hidayət bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Hə­mid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüs­təmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məmməd Mə­hər­rə­mov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin