Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə33/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   ...   29   30   31   32   33   34   35   36   ...   54
1919-1920-ci illər – M.Ə.Rəsulzadə Azərbaycan Parlamentində fəal çıxış edir, problemlərə münasibətini bildirir. Bütövlükdə isə 114 iclas­dan 80-də çıxış edir.

1920-ci il – Bakıda “Azərbaycan” qəzetinin hökumət mətbəəsində M.Ə.Rəsulzadənin “Azərbaycan təşəkkülündə Müsavat” kitabı nəşr edi­lir.

1920-ci il 27 aprel – M.Ə.Rəsulzadə Parlamentin son iclasında çıxış edərək, bolşeviklərin təslimçilik xarakteri daşıyan ultimatumunu rədd edir. Elə həmin gecə onun məsləhəti ilə “Müsavat” Partiyasının “Gizli Mərkəzi” yaradılır.

1920-ci il may – Bolşeviklərin Azərbaycanı işğalından sonra M.Ə.Rəsulzadə təqib olunur, əvvəl Bakıda – Ramanada gizlənir, sonra isə Lahıca gedib orada qalır, özünün məşhur “Əsrimizin Səyavuşu” əsərini ya­zır.

1920-ci il 17 avqust – Göyçay qəzasının Qaraməryəm kəndində bolşeviklər onu həbs edib Bakıya gətirir.

1920-ci il noyabr – İ.V.Stalin Bakıya gəlir və M.Ə.Rəsulzadəni həbsdən azad edib özü ilə Moskvaya aparır.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin