1918-ci il 19 noyabr – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edir.
1918-ci il 7 dekabr – M.Ə.Rəsulzadə Azərbaycan Parlamentinin açılışında ilk çıxışı edir. Məşhur tarixi sözlərini də ilk dəfə burada səsləndirir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Parlamentdə ən güclü sayılan “Müsavat” fraksiyasına başçılıq edir. O, həmçinin Parlamentdə iki komissiyada – “Müəssislər Məclisini çağırmaq” və “Maliyyə büdcə” komissiyasında təmsil olunur.
1919-cu il 14 aprel –M.Ə.Rəsulzadə Azərbaycan Parlamentinin 29-cu iclasında çıxış edib, ermənilərin iddialarını rədd edir. Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir.
1919-cu il 15 noyabr – M.Ə.Rəsulzadənin təşəbbüsü və Parlamentdə bir neçə dəfə çıxışındakı tələbi əsasında Bakı Dövlət Universiteti təsis edilir və o, burada tarix-filologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuyur.
1919-cu il 2-12 dekabr –Bakıda “Müsavat” Partiyasının II qurultayı keçirilir. M.Ə.Rəsulzadə Partiyanın sədri seçilir.