1918-ci il 18 iyun – M.Ə.Rəsulzadənin başçılıq etdiyi diplomatik heyət (A.Səfikürdski və X.Xasməmmədov) Mərkəzi Avropa dövlətlərinin (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) yeni yaradılmış Qafqaz dövlətləri ilə əməkdaşlığı çərçivəsində keciriləcək konfransda iştirak üçün İstanbula gedir.
1918-ci il 26 iyun –Türkiyədə nəşr edilən “Təsviri-Əfkar” qəzetində “Azərbaycan Nümayəndə Heyəti” başlıqlı yazıda M.Ə.Rəsulzadə ilə geniş müsahibə verilir. Qəzetdə çap edilən fotonun altındakı yazıda isə M.Ə.Rəsulzadənin rəhbərliyində Xəlil Xasməmədov, Aslan bəy Səfikürdski və Əhməd bəydən ibarət Azərbaycan hökuməti nümayəndələrinin 25 iyunda İstanbula gəldiyi bildirilir. Qəzetdə verilən təqdimat yazısında M.Ə.Rəsulzadənin bir neçə il öncə İstanbulda olduğu və burada olarkən “Təsviri-Əfkar” qəzetinin “İslam aləmi üzrə müxbiri” olduğu da qeyd edilir.