Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə24/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
1917-ci il 22 dekabr – “Şirvanşahlar” sarayının müsəlmanların idarəçiliyinə (Müsəlman Arxeologiya Cəmiyyətinə) verilməsi münasibəti ilə “İsmailiyyə” binasında təntənəli toplantı olur. Tədbirə ictimaiyyət böyük maraq göstərir. Qeyd edilir ki, bu saray XIV əsrdə Xəlilulla xan tərəfindən tikilib. Toplantını Mir Məhəmməd Kərim açır. Sonra “Müsavat” Partiyası adından çıxış edən M.Ə.Rəsulzadəni toplantı iştirakçıları böyük maraqla dinləyir.

1918-ci il 2 fevral – M.Ə.Rəsulzadənin bu dövrdəki çıxışlarında qaldırdığı “Azərbaycan ideyası” və “Azərbaycana muxtariyyət” şüarı İranda böyük narazılığa səbəb olur. Başda Məliküşşüəra Bahar olmaqla (1881-1951) Tehran paniranistləri “Novbahar” qəzetində ona etiraz edir. M.Ə.Rəsulzadə onlara cavab məqsədi ilə “Açıq söz” qəzetində məqalə yazır (N 671, 1918-ci il). “Rəfi-İştibah” (“Səhvin düzəldilməsi”) adlı mə­qa­ləsində o, bildirirdi: “Bu ləkə ilə bərabər təkrar edirəm ki, Azər­baycan yüz on il bundan qabaq həvadisi-ruzgardan təslim olundu və Araz ça­yı­nın şimal tərəfində olan qitələri ruslar aldıqdan sonra Azərbaycan adını gö­türüb Zaqafqaziya adlandırdılar ki, Mavərayi-Qafqaz olsun”.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin