1917-ci il 22 oktyabr – Bakı Şəhər Sovetinə keçirilən seçkilərdə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyası 25 min seçicidən 10 min nəfərinin səsini alıb böyük nüfuzunun olduğunu göstərir.
1917-ci il 26 oktyabr – Bakı Dövlət Dumasına seçki kampaniyası aparılır. “Müsəlman İctimai – Siyasi Təşkilatları Komitəsi”nin təşkil etdiyi 40 nəfərlik siyahıda Ə.M.Topçubaşov, F.Xoyski və digərləri ilə birgə M.Ə.Rəsulzadənin də adı verilir. Onun adı “Açıq söz” qəzetinin jurnalisti olaraq qeyd edilir. Onlara 12 saylı siyahıda səs verilməsi göstərilir.