1929-cu il 1 mart – M.Ə.Rəsulzadənin Baş redaktorluğu ilə İstanbulda “Odlu Yurd” jurnalı nəşr edilir.
1929-cu il 27 dekabr – M. Ə. Rəsulzadənin ümumi rəhbərliyi ilə “Odlu Yurd” adlı bülleten nəşr edilməyə başlayır. Bülleteni nəşr etməkdə əsas məqsəd bu idi: “Odlu Yurd” dərgisinin məşğul olduğu sahə və hadisələr haqqında ictimaiyyətə daha tez və müntəzəm informasiya vermək”. Bülletenin sonuncu – 54-cü sayı 1930-cu ilin martın 17-də nəşr edilib. Gündəlik yayın orqanı olaraq çap edilən bülletenin sahibi Abbasqulu Kazımzadə, məsul müdiri isə Kamal idi.
1929-cu il –Polşada – Varşavada, Polşanın Xüsusi Xidmət İdarəsi SSRİ-yə qarşı kəşfiyyat fəaliyyəti aparmaq üçün 2 saylı Ekspozituranı – Polşa Baş Qərargahının II Şöbəsinin kəşfiyyat bölməsini yaradır və M.Ə.Rəsulzadə Varşava qrupunun rəhbəri olur. Bu bölmə əsasən SSRİ-nin dağılması, Qafqazın, eləcə də Azərbaycanın azad edilməsi üçün mühacirlərin məsləhətlərindən faydalanır.