1927-ci il 11 iyul – M.Ə.Rəsulzadə Polşa dövlətinin rəsmisi olan T. Qolubkoya yazdığı məktubda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi vacibliyini bildirir.
1928-ci il Varşava – Burada “Əzilən Rusiya Xalqları Liqası” adlı “Prometey” cəmiyyəti yaradılır. Cəmiyyətə Azərbaycan, Gürcüstan, Don, Kareliya, Komi, Krım, Kuban, Povoljye, Şimali Qafqaz, Türküstan, Ukrayna və Uralın nümayəndələri daxil olur. Bu antibolşevik ittifaq sovet təbliğatı üçün böyük təhlükə yaradır. Bu təşkilat Polşa Xarici İşlər Nazirliyi və Baş Qərargahı tərəfindən Marşal Pilsudskinin birbaşa dəstəyi ilə fəaliyyət göstərir.
Marşal Pilsudski SSRİ-yə qarşı mübarizə aparmaq üçün bütün mühacirlərin birləşdirilməsini və onların gücündən faydalanmağı vacib sayır.
“Prometeyçilik” termininin müəllifi isə polyak polkovniki T.Şetselin olduğu bildirilir. O, 1924-1926-cı illərdə Polşanın Türkiyədəki hərbi attaşesi olub. Bu ideya – yəni antibolşevik cəbhənin yaradılması isə Polşa dövlətinin başçısı M.Pilsudski tərəfindən müdafiə edilib.
1928-ci il – M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə “Azəri-Türk” jurnalı nəşr edilir.
1928-ci il – M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Milliyyət və bolşevizm” məcmuəsi və yazdığı “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” kitabı çap edilir.
Dostları ilə paylaş: |