Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə38/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
1926-cı il 15 noyabr – M.Ə.Rəsulzadə Polşa Xarici İşlər Nazirli-yi­nin rəsmisi olan Tadeuş Qolubkoya məktub yazır və “Yeni Qafqasiya” jur­nalına dəstək göstərməsini xahiş edir.

1926-cı il Paris – İlk dəfə burada Beynəlxalq təşkilat olaraq “Pro­metey” hərəkatı yaradılır. Hərəkatın yaradılmasında M.Ə.Rəsulzadə də daxil olmaqla keçmiş Rusiya imperiyasının ayrı-ayrı xalqlarının liderləri fəallıq göstərir.

Prometeyçilərin başlıca vəzifəsi bu idi: 1) Öz xalqlarında siyasi şüu­ru oyatmaq və onları öz talelərini həll etməyə hazırlamaq; 2) Avropa və dünya ictimaiyyəti qarşısında Sovetlər Birliyində yaşayan rus olmayan xalq­ların problemlərini açıqlamaq; 3) Bolşevik diktaturasını ifşa etmək; 4) İlk vaxtlar isə müxtəlif xalqlarla birgə mübarizə aparmaq səylərini birləş­dirmək.

Qeyd edək ki, ilk yaradılan “Prometey” hərəkatına Azərbaycan, Gür­cüs­tan, Kareliya, Komi, Krım, Kuban, Povoljye, Şimali Qafqaz, Tür­küs­tan, Ukrayna, Ural nümayəndələri daxil idi.

1926-cı il – Parisdə, fransız dilində “Prometey” jurnalı nəşrə baş­la­yır. Jurnal “Müstəqil Qafqaz Komitəsi” (Azərbaycan, Gürcüstan, Şimali Qaf­qaz) tərəfindən çap edilir. M.Ə.Rəsulzadə jurnalın redaksiya heyə­tinin üzvü kimi fəaliyyət göstərir.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin