1909-cu il 18 mart – Çar Rusiyası tərəfindən təqib edilir. “Tərəqqi” qəzetinin müxbiri olaraq, həm də İran inqilabçılarına dəstək üçün İrana – Rəştə gedir. O, İrana “Russkoye Slovo” qəzetinin (bu qəzet 1895-1917-ci illərdə Moskvada gündəlik olaraq nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbrizdə, Ərdəbildə, Mərənddə, Tehranda olur. “Tərəqqi” qəzetində “İran məktubları” yazısını çap etdirir.
1909-cu il 28 may –Təbrizdə dünya şöhrətli milli qəhrəman Səttarxanla görüşür, onunla maraqlı söhbət edir, verdiyi müxtəlif sualları “Sərdari-Milli” cavablandırır. M.Ə.Rəsulzadə bu görüşdən bəhs edən “Təbriz. Səttarxanla mülaqat” məqaləsini “Tərəqqi” qəzetində nəşr etdirir.