1906-cı il 19 iyul – Bakıda nəşr edilən “Dəvət-Qoç” qəzetində “Mərəzimizin çarəsi” adlı yazısı çap olunur. Bu yazısında erməni-müsəlman qırğınına mənfi münasibət bəsləyir. Mövcud bürokratik rejimi tənqid edərək yazır: “İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər”.
1906-cı il 20 iyul –“Dəvət” qəzetində “Bəlayi-əzim” adlı məqaləsi çap edilir. Bu yazısında o, Rusiyanı əhatə edən bəlalardan, təcavüzlərdən, zülmlərdən bəhs edir, çar məmurlarını kəskin tənqid atəşinə tutur: “Bəsdir, bəsdir içdiyiniz insan qanları, bəsdir iki milləti bir-biri ilə çalışdırıb, sonra hər ikisini də badi-fənaya verdiniz!”