1904-cü il oktyabr-noyabr – RSDFP (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) – nin nəzdində yaradılan “Hümmət” (enerji, güc, qüvvət) Sosial-Demokrat Təşkilatının yaradıcılarından biri olur.Qeyd edək ki, bu həm də Zaqafqaziyada yaradılan ilk müsəlman sosial-demokrat qrupu idi. “Hümmət”in baniləri arasında ondan başqa N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski, eyni zamanda sonradan Müsavatın yaradıcılarından olan A.Kazımzadə və K.Mikayılzadə var idi.
1904-cü il –M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti çap edilir. M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Hümmət” Qafqazda türk (Azərbaycan) mətbuatı arasında partiya orqanı olmaq üzrə ilk qəzet olub. 1904-1905-ci illərdə bu qəzetin 5-6 sayı çap edilir. 1917-ci ilin iyulun 3-də isə qəzet N.Nərimanovun redaktorluğu ilə yenidən Bakıda nəşrə başlayır.
1905-ci il –“Hümmət” qəzetinin 3-cü sayında “Hümmətür-rical” (yəni, “Kişilərin hümməti (gücü) dağları qoparar”) adlı məqaləsi çap edilir. Və həmin yazıda birləşməyin, islama bağlılığın vacibliyini göstərir. M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı: “Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb (yaradıb) da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir və fellərimizdən bir-birimizi halı etməliyiz”.