Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə5/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   2   3   4   5   6   7   8   9   ...   54
1906-cı il 5 yanvar – “İrşad” qəzeti ilə əməkdaşlığa başlayır, ora­da “Kənddə müsibət” məqaləsini çap etdirir. Bu məqaləsində o, erməni-müsəl­man qırğınından bəhs edir, insanların bir-birini öldürməyindən, ma­lını, əmlakını qarət etməsindən yazıb sonda bu fikri söyləyir: “Ey vətən­daş­lar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!..”

1906-cı il 16 fevral – “İrşad” qəzetində çap edilən “Qara pul” şerin­də ilk dəfə olaraq “Razi” təxəllüsünü işlədir:

Raziya, bəsdi məzəmmət elədin

qara pulu!

Ürəfalan (arif adamlar) kəsib... etməz dəxi ülfət



qara pul.

1906-cı il 20 fevral – “İrşad” qəzetində ilk dəfə olaraq İran haq­qın­da və buradakı proseslərdən yazır, “ədalətxana” məclisinə toxunur, mə­qa­ləsini bu sözlərlə bitirir: “Yaşasın İranda hürriyyət! Yaşasın İranda qa­nu­ni əsası!”

1906-cı il 3 mart – “İrşad” qəzetində “Çin müsəlmanları” adlı mə­qaləsini çap etdirir. Tehranda nəşr edilən qəzetlərin birinə istinadən bir doktorun Çinə səyahətində buradakı çoxlu bölgələrdə müsəlmanların yaşadığını, onların adət-ənənəsindən bəhs etdiyini yazır.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin