1918-ci il 23 sentyabr – İstanbulda nəşr edilən “Vakit” qəzetində M.Ə.Rəsulzadənin Almaniya və Sovet Rusiyası arasında neft qarşılıqlı anlaşmasına və Bakının Azərbaycana aid olmadığına etiraz olaraq, Almaniya səfir vəkili Konta (Valdeburqa) bir nota verdiyini bildirən “Azərbaycanın Almaniya hökumətinə notası” adlı yazısı çap edilir.
1918-ci il oktyabrın sonu –M.Ə.Rəsulzadə İstanbuldan Bakıya qayıdır.
1918-ci il 16 noyabr – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şuranın Bakıda ilk toplantısı keçirilir və Azərbaycan xalqına müraciət qəbul edilir.