1918-ci il 22 iyul – İstanbulda nəşr edilən “Vakit” qəzetində “Kafkasya işləri: Rəsulzadə Mehmet Emin Bəyin Bəyanatı” başlıqlı yazı çap edilir.
1918-ci il avqust – İstanbulda olarkən, İran Konsulluğuna Azərbaycanın müstəqilliyi haqqında bəyannamə göndərir. Konsulluq əməkdaşları isə Azərbaycan adlı dövləti tanımadıqları haqqında olan məktubu geri qaytarır.
1918-ci il 3 sentyabr –İstanbulda nəşr edilən “Vakit” qəzetində M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan Nümayəndə Heyətinin fəallığı ilə keçirilən tədbir haqqında “Azərbaycan Haqqında Konfrans” başlıqlı yazı çap edilir.