1923-1925-ci illər – İstanbulda “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” kitablarını çap etdirir.
1925-ci il 6 may – Parisə – Ə.M.Topçubaşova göndərdiyi məktubda yaşayış yerini dəyişib bu ünvanda məskunlaşdığını qeyd edir: “Ayasofya, Yerəbatan küçəsi N 6, Molla Nəcməddinin mülkündə”.
1925-ci il – İstanbulda mühacirətdə yaşayan gənclər qarşısında “İstiqlal məfkurəsi və gənclik” mövzusunda cıxış edir.
1926-cı il 15 iyul – İstanbulda M.Ə.Rəsulzadənin, N.Ramişvilinin
T.Qolubko və Polşanın Türkiyədəki hərbi attaşesi polkovnik T.Şetsellə danışıqları əsasında “Qafqaz İstiqlal Komitəsi” yaradılır.
Dostları ilə paylaş: |