171) IV mədəciyin şişlərində ikincili görmə pozğunluqları necə ifadə olunur?
A) Görmə sahəsinin konsentrik daralması
B) Obnubilyasiyalarla
C) Amavrozla
D) Obnubilyasiyalarla və görmə sahəsinin konsentrik daralması
E) Binazal hemianopsiya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
172) Körpü-beyincik bucağının nevrinomalarında ilk klinik simptom hansıdır?
A) Yerişin pozulması
B) Başda küy
C) İkitərəfli karlıq
D) Qulaqda küy
E) Birtərəfli karlıq
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
173) Körpü-beyincik bucağının şişləri əksər hallarda nə vaxt inkişaf edir?
A) Ahıl yaşda
B) Uşaqlıq dövründə
C) İstənilən yaşda
D) Yeniyetmə dövründə
E) Yetkin dövrdə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
174) Körpü-beyincik bucağının şişlərində ümumi beyin simptomları hansıdır?
A) Erkən əlamətdir
B) Gecikmiş əlamətdir, hər bir halda əsaslı fərqlənir
C) Gecikmiş əlamətdir
D) Hər bir halda əsaslı fərqlənir
E) Hər bir halda var
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
175) Körpü-beyincik bucağının şişlərində VII sinirin zədələnməsi necə xarakterizə olunur?
A) Periferik parezlə
B) Bütün sadalananlar
C) Mərkəzi parezlə
D) Dilin arxa 1/3-də dadın azalması
E) Üzün 1/2-nin hipesteziyası
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
Dostları ilə paylaş: |