693) Bernqardt-Rota sindromunda boğulmanın mahiyyəti nədir?
A) Oturaq siniri armudaltı dəlikdə
B) Ümumi incik siniri incik sümüyü başı nahiyəsində
C) Cavabların hamısı səhvdir
D) Qasıq bağı nahiyəsində budun xarici dəri siniri
E) Budun bayır dəri siniri ( ön yuxarı qalça tini və dərzi əzələsi vətərinin əmələ gətirdiyi tunneldə), qasıq bağı nahiyəsində budun xarici dəri siniri
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
694) Periferik sinirlərin şişlərinin xaric edilməsində cərrahi taktikaya nə aiddir?
A) Bütün sadalananlar
B) Şişə daxil və xaric olan funksiyaetməyən dəstələrin intraoperasion elektrofizioloji müayinəsi
C) Zədələnmiş sinirin nevrolizi
D) Mikroskop və lupadan istifadə etməklə ətraf toxumaların kəsilməsi
E) Şişin altına fassikulyar saxlayıcının keçirilməsi
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
695) Ənsə siniri boğulmasının (ənsə nevralğiyası) differensial diaqnostikası nə ilə
aparılmalıdır:
A) Miqren baş ağrıları ilə
B) Bütün sadalananlar
C) Gərginlik baş ağrıları ilə
D) Chiari I malformasiyası ağrısı
E) Boyun osteoxondrozu ilə
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |