Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakterləri və miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tətbiq cdildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi hey'ətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz ınəntəqəyə qədər olan yola deyilir.
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci.
Birinci bıılud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə tə'sir fəaliyyəti az olur.
İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsinde əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində zədələnmə verir.