Neytron silahının zədələyici xüsusiyyəti


MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə



Yüklə 152,85 Kb.
səhifə13/33
tarix02.01.2022
ölçüsü152,85 Kb.
#41714
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Mülki müdafiə-MÜHAZİRƏLƏR

MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:

- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bit­ki­çi­lik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddə­lərlə çirk­lən­məsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;

- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epi­zo­tik vəziyyətə müntəzəm nəzarət etmək;

- güclu istehsalat qəzası və ya təbii fəlakət baş vermiş ra­yon­larda yaranan vəziyyətləri aşkar etməkdir.



Müharibə dövründə düşmən basqınından sonra isə kəş­fiy­ya­tın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:

− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya en­di­ril­diyi, nüvə partlayışının gücü və koordinatları;

− radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsen­trasi­ya­sı, zəhərli hava buludunun yayılma istiqaməti;

− zədələnmə ocağının hüdudları;

− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şə­rai­tinin necə dəyişdiyi;

− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, on­la­ra yardım göstərmənin yolları;

− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların və­zi­y­yəti;

− yanğın yerləri, onların yayılma istiqaməti;

− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəla­kətli su­basma və daşqın zonaların yaranıb-yaranmadığı və s.

Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparıl­ma­lı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəş­fiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət labo­ra­to­riyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, on­la­rın fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəş­fiy­yatın müxtəlif novlərindən, üsulların­dan, qüvvə və vasitələrdən is­ti­fadə etmək lazımdır.




Yüklə 152,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin