Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır.
Plan müvafiq mülki müdafiə qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və mülki müdafiə rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir.
Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidə postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (MLNŞ) müəssisələri cəlb edilir.
Dostları ilə paylaş: |