85
- təşkilatın adı, iclasın keçirilmə tarixi və keçirildiyi
yer, içlasda kimlərin iştirak
etdiyi qeyd olunur;
- konfransı, müşavirəni və yaxud da iclası idarə
etmək
üçün sədr və katib seçilir;
- gündəlik məsələlər bəndlərlə
qeyd olunur;
- blankın ortasında “Eşidildi” sözü yazılır, muza-
kirə ediləcək
məsələ qeyd olunur;
- ”çıxış etdilər” sözü yazılır, edilən çıxışlarların
qısa məzmunu qeyd olunur;
- qərar hissə iclasın məqsədini əhatə etməli, növbəti
hadisənin, işin yerinə yetirilməsi üçün hökm verilməlidir.
Qərar bəndlər üzrə yığcam şəkildə öz əksini tapmalıdır.
- protokolun sonunda sədr və katib imza edir.
Protokol aid olduğu iclas, hadisəni olduğu kimi əks
etdirməlidir. Müzakirə olunan hər bir məsələ üzrə ayrıca
qərar çıxarılır ki, bu da xronoloyi ardıcıllıqla prorokolda
göstərilməlidir. Qəbul edilmiş qərarlar protokol imzalan-
dıqdan sonra hüquqi qüvvəyə malik olur. Aid olduğu
sahələrin terminlərindən istifadə olunmaqla, ədəbi dildə
tərtib olunur.
Protokolların rekvizitləri aşağıdakılardır :
-idarənin və ya təşkilatın adı, sənədin adı, tarixi,
nömrəsi, iclasın keçirildiyi yer, gündəlik məsələlər, qərar
hissə, imza.
Dostları ilə paylaş: