Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

159
Mən bu sözləri Canellaya söyləyən kimi o, qəfildən donub qaldı. 
O, daş kimi sakit qalmışdı, gözlərini bir nöqtəyə zilləyərək, şüşə 
kimi donuq baxışlarla baxırdı. 
«Onun  belə  hərəkət  etdiyini  heç  görmüsünüzmü?»  —  deyə, 
mən onun pastorundan və nişanlısından soruşdum. 
«Xeyr»  —  deyə,  onlar  gözləri  bərələ  qalaraq  cavab  verdilər. 
Onlar həddindən artıq qorxmuşdular. 
«Düzü, burada narahatçılığa əsas yoxdur. Mən əvvəllər belə şey 
görmüşəm» — dedim. «Biz onun üzərində səlahiyyəti üzərimizə 
götürəcəyik, amma sizin hər ikinizin Allah ilə düzgün mövqedə 
dayanmağınızı təsdiqləmək çox vacibdir.»
Mən pastora duanın sözlərini söylədim ki, o, təkrar etsin. Kör-
tün də bu duanı etməsi üçün ona tərəf çevriləndə o, əsməyə baş-
ladı. 
«Kört, səninlə Allah arasında düzgün olmayan nəsə varmı?» — 
deyə, mən soruşdum. «Mən həmin məsələni indi həll etməyi sənə 
məsləhət görürəm.»
O,  dərhal  Canella  ilə  birlikdə  yatdığını  söyləyərək  həyatında 
olan günahı etiraf etməyə başladı. Mənim məsləhətimə cavab ola-
raq Kört bu işlə bir daha məşğul olmamağa qərar verdi. Bütün bu 
vaxt ərzində Canella hərəkətsiz oturmuşdu. 
Biz Körtün Allahla düzgün ünsiyyəti üçün birlikdə dua edib qur-
tardıqdan sonra mən ona üzərində dua yazılmış bir vərəq uzatdım. 
Kört duanı vərəqdən oxumağa başlayan kimi Canella hədələyici 
səslə bağırdı, sonra cumaraq Körtün əlindən vərəqi alıb hiddətlə 
yerə  çırpdı.  Şeytan  bizi  qorxutmaq  üçün  onun  qəfilliyindən 
istifadə  etməyə  çalışdı  və  bir  anlıq  bizi  diksindirdi.  Bu,  sadəcə, 
diksindirmək üçün taktika idi. Əgər biz şeytandan çox qorxsaydıq, 
onda şeytanı Allahdan yuxarı mövqeyə qaldırardıq. Biz şər olanın 
Rəbb  İsa  Məsihin  adı  ilə  bağlanması  üçün  Allahın  səlahiyyətini 
tətbiq etdik və duada razılığa gəldik. 
Mən şeytanın cəhdinin Allahın səlahiyyəti ilə qarşılaşdığı vaxt 
nə baş verdiyini skeptiklərə göstərmək üçün Canella ilə olan gö-
rüşümü, kaş ki, kasetə yazardım. Sanki Canella kəməndlə tutu-
lub stula bağlanmışdı. O, yerində qıvrılaraq Allahın səlahiyyətinin 

160
Buxovları qıran
kəndirləri ilə stula bağlanmışdı. Onun gözləri Körtə qarşı nifrət 
alovu saçırdı, bu, onu idarə edən şeytani qüvvənin daha bir əlaməti 
idi. Canella Körtə nifrət etmirdi; o, onu sevirdi. Onlar evlənməyə 
hazırlaşırdılar. Lakin şeytan Körtdə və Canellada olan istehkam-
larının dağılmasına görə hirslənmişdi və onun nifrəti Canellanın 
üzünün ifadəsində əks olunurdu.
Canella öz stulunda qıvrılmaqda ikən Kört duanı oxuyub qur-
tardı. Sonra mən dua etdim: «Rəbbim, biz Məsihdən kənarda heç 
bir şey edə bilmədiyimizə görə Səndən asılı olduğumuzu bəyan 
edirik».  İndi  Canellanın  göylərdəki  Atasına  itaət  etməkdə  azad 
olması üçün Rəbb İsa Məsihin adı və səlahiyyəti ilə biz şeytana 
və bütün qüvvələrinə əmr edirik ki, onu tərk etsinlər və bağlı qal-
sınlar». Qəfildən Canella çiyinlərini boşaltdı və donuq vəziyyətdən 
özünə gəldi. 
«Sən bizim burada etdiklərimizdən nəyisə xatırlayırsanmı?» — 
deyə, mən ondan soruşdum. 
«Xeyr, nə baş verib ki?» — deyə, o, çaşqın bir tərzdə cavab 
verdi.
«Narahat olmağa dəyməz» — dedim. «Şeytan hansısa bir yolla 
sənin  həyatında  dayaq  nöqtəsi  əldə  edib  və  biz  sənin  Məsihdə 
azadlıq addımlarından keçməyini istərdik.» Təxminən bir saatdan 
sonra Canella azad idi. 
Canellanı idarə etmək üçün şeytanın hansı hüququ var idi? Yal-
nız  şeytanın  yalanlarına  təslim  olmaqla  və  günahda  yaşamaqla 
Canellanın ona verdiyi hüquq. Şeytan onu inandırmışdı ki, onun 
dəyəri  azdır  və  etdiyi  hər  bir  şey  az  əhəmiyyət  kəsb  edir.  O, 
əxlaqsızlıq  və  okkult  ilə  məşğul  olduğuna  görə  şeytanın  onun 
üzərində hökm sürməsinə imkan vermişdi. Amma Canella güna-
ha və şeytana qoşulduğunu imtina etdikdən sonra şeytanın onun 
üzərindəki səlahiyyəti ləğv edildi və o, çıxıb getməli oldu. 
Əksəriyyətimiz  üçün  şeytanın  aldadıcı  ittihamları  Canellanın 
əhvalatında  təsvir  edilən  əsarətlə  nəticələnməyəcək.  Lakin  o, 
ittihamları  vasitəsilə  Allah  üçün  dəyərinizə  və  ya  Onun  övladı 
kimi yararlılığınıza şübhələnməyə sizi vadar etsə, onda o, Allah 
üçün həyatınızı faydasız edə bilər. Öz hisslərinizi sınayın. Hər bir 

Yalanlar atası tərəfindən ittiham edilmiş 
161
düşüncəni əsir edin. Şeytanın sizin barənizdə dediyi heç bir şeyə 
inanmayın; bu yalandır. Allahın sizin barənizdə dediyi hər bir şeyə 
inanın; bu, sizi azad edəcək həqiqətdir. 
Bağışlanmaz günah
Kəlamda olan bütün əminlik verən ayələrə baxmayaraq, əksinə, 
bir  çox  imanlılar  bağışlanmaz  günah  etdiklərini  düşünərək  qor-
xurlar.  Bu,  həll  edilməli  olan  vacib  məsələdir,  çünki  Allahın 
zirehlərindən biri xilas dəbilqəsidir (Efes. 6:17). Bu qorxudan əzab 
çəkənlər, adətən, sükunətdə əzab çəkirlər. Onlar Müqəddəs Ruha 
küfr  etməklə  bağışlanmaz  günah  etdiklərini  düşünürlər.  Adətən, 
bu qorxu məlumatsızlıqdan irəli gəlir, yaxud bu, düşmənin hücu-
mudur. Mark 3:22-30-a diqqət yetirin: 
Yerusəlimdən  gələn  ilahiyyatçılar  isə  deyirdi:  «O, 
Baal-Zevula tutulub cinlərin başçısının gücü ilə cinləri 
qovur».  İsa  ilahiyyatçıları  yanına  çağırıb  onlarla  bu 
barədə  məsəllərlə  danışdı:  «Şeytan  şeytanı  necə  qova 
bilər?  Əgər  bir  padşahlıq  öz  daxilindən  bölünübsə,  da-
vam gətirməz. Əgər bir ev öz daxilindən bölünübsə, da-
vam  gətirməz.  Şeytan  da  özünə  qarşı  qalxıb  öz-özünə 
bölünübsə, davam gətirməz, yalnız axırı çatar. Heç kim 
güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağla-
madan malını qarət edə bilməz. Gərək o, əvvəlcə ada-
mın  əl-qolunu  bağlasın,  sonra  evini  qarət  etsin.  Sizə 
doğrusunu  deyirəm:  bütün  günahlar  və  nə  qədər  küfr 
söylənərsə,  bəşər  övladlarına  bağışlanacaq.  Lakin  kim 
Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq 
və  günahı  boynunda  əbədi  qalacaq».  İsa  bunu  «Onda 
natəmiz ruh var» dediklərinə görə söylədi. 
Bütün  insanları  Məsihə  cəlb  etmək  Müqəddəs  Ruhun 
özünəməxsus işidir. Əgər siz həmin şahidi rədd etsəniz, onda siz 
heç vaxt Məsihə və xilasa gələ bilməzsiniz. Məsihə gələn hər bir 

162
Buxovları qıran
kəs Allahın övladlarıdır və onların günahları və küfrləri bağışla-
nıb, çünki onlar Məsihdədirlər. Əgər siz Allahın Ruhunun şahidini 
rədd  etmiş  olsaydınız,  onda  Məsihə  heç  vaxt  gələ  bilməzdiniz. 
Ona görə də heç bir məsihçi bağışlanmaz günah edə bilməz. İla-
hiyyatçıların və fariseylərin qarşısında dayanan Məsih, İsa, Allah 
Oğlu idi və onlar İsanın insanları şeytani əsarətdən azad etməsi 
xidmətinin iblisdən olduğunu söyləyirdilər. Onlar hətta İsanın da 
şeytana tutulduğunu deyərək Onu ittiham etdilər! Onlar Ruhun 
şahidliyini tamamilə rədd etdilər. 
Bunlar İsaya nifrət edən elə həmin adamlar idilər ki, ədavətlə 
Onun ələ verilməsini, həbsini, ədalətsiz ittiham olunmasını, qam-
çılanmasını, döyülməsini və çarmıxa çəkilməsini təşkil etmişdilər. 
Onlar  İsaya  nifrət  bəslədilər  və  İsa  çarmıxda  asılanda  Onu 
lənətlədilər, üzünə tüpürdülər və ələ saldılar. Əgər Müqəddəs Ruh 
vicdanınızı narahat edibsə və Məsihə etibar etmisinizsə, onda siz 
bağışlanmaz günahı etməkdən əks bir şey etmisiniz. 
Biz xilaslarına şübhə edən və ağır vicdan əzabı çəkən bir çox 
imanlılarla danışmışıq. Belə imanlıların günahlarına görə Müqəddəs 
Ruhun vicdanlarını narahat etməsi faktı onların məsihçi olmala-
rı və ya Müqəddəs Ruhun günahlı təbiətlərini aşkar edib onları 
xilasa aparması üçün əla sübutdur. Belə vicdan əzabı çəkmək on-
ların bağışlanmaz günah etmədiklərinin daha bir əlamətidir. Əgər 
Müqəddəs Ruh onlarda işləməsəydi, həmin şeylər onları heç na-
rahat etməzdi.
Şeytan  ittihamçıdır.  O,  sanki  şahidi  hörmətdən  salmağı  və 
ruhdan  salmağı  düşünən  məhkəmə  zalındakı  aldadıcı  ittiham-
çı  tərəfdir.  O,  çirkin  barmağını  uzadaraq  deyir:  «Aha!  Sən  düş-
dün  tora!  Artıq  sənin  üçün  ümid  yoxdur.  Sən  Müqəddəs  Ruha 
küfr  etmisən!»  Ola  bilsin  ki,  siz  bir  ruhani  ənama,  məsh  olun-
muş  vəzçiyə  və  ya  fövqəltəbii  təzahürlərə  şübhə  etmisiniz.  Bu, 
Müqəddəs  Ruha  küfr  etməkdirmi?  Əlbəttə  ki,  yox.  Əslində  bu, 
ruhları sınaqdan keçirmək üçün yaxşı bir şey ola bilər. Yəhyanın 
təliminə  qulaq  asın:  «Ey  sevimlilər,  hər  ruha  inanmayın;  ruhla-
rın Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. 
Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb» (1 Yəhya 

Yalanlar atası tərəfindən ittiham edilmiş 
163
4:1). Məsihçi Müqəddəs Ruhu kədərləndirə bilər (Efes. 4:30) və 
hətta Müqəddəs Ruhu söndürə bilər (1 Salonik. 5:19) – amma 
bunların heç biri bağışlanmaz günah deyil. 

11
Aldanma təhlükəsi  
Mən bazar günü axşam toplantıda nitqimi yenicə qurtarmışdım 
ki,  dostum  mənə  bir  məktub  verdi:  «Mən  bu  gün  məbədə  bir 
ailə gətirmişəm. Zəhmət olmazsa, çıxıb getməzdən əvvəl onlarla 
görüşə bilərsinizmi?» Mən həftə boyu nitq söyləməkdən həddən 
artıq yorğun bir halda idim və toplantıdan sonra mənimlə danış-
maq istəyənlər üçün ən azı bir saatım var idi. Buna baxmayaraq, 
«əgər mən qurtarana qədər gözləyə bilərlərsə, onlarla görüşərəm» 
— deyə, mən razılaşdım. 
Məndən  xəbərsiz,  dostum  26  yaşlı  Əlisi  və  ailəsini  könülsüz 
olaraq toplantıya gəlməyə bir növ məcbur etmişdi. Onlar məsihçi 
idilər, amma onlarla oturub söhbət edən kimi problemlərinin ol-
duğu  mənə  məlum  oldu.  Əlis  mənim  həyatda  bu  vaxta  qədər 
gördüyüm ən acınacaqlı vəziyyətdə olan cavan bir qadın idi. O, 
təhlükəli dərəcədə arıq idi. O, üç gün əvvəl işini itirmişdi və onun 
ifadəli baxışları həyatı üçün olan bütün ümidlərini itirdiyini ifadə 
edirdi. 
Əlisin atası mənə dedi ki, qızı yeniyetmə dövrlərində aybaşıdan 
qabaq baş verən hormonal dəyişikliklər nəticəsində bir qrup simp-
tomlardan  əzab  çəkib  və  reseptlə  verilən  ağrıkəsici  dərmanlara 
öyrəşib. O, çox istedadlı qız idi və bir çox sahələrdə sadiq məsihçi 
idi,  lakin  o,  eləcə  də  reseptlə  verilən  dərmanların  qanunsuz 
mənimsənilməsinə görə bir dəfə həbs edilmişdi. Onun atası qızı-
nın kədərli hekayəsini danışdıqca Əlis başı ilə işarə edərək, sanki: 
«Bəli, bu mənəm və həyat mənasızdır» — deyirdi. 

Aldanma təhlükəsi  
165
Nəhayət,  mən  Əlisə  tərəf  döndüm,  əllərindən  tutub  dedim: 
«Mən istəyirəm ki, sən öz fikrincə kim olduğunu söyləyəsən».
«Mənim, sadəcə olaraq, bəxtim yoxdur» — deyə, o ağladı. 
«Sən  bəxtsiz  deyilsən»  —  deyə,  mən  cavab  verdim.  «Sən 
Allahın övladısan.» O özü haqqında mənfi fikirlərini yağdırmaqda 
davam etdi və mən də mənfi düşüncələrini onun Məsihdə kimliyi 
barəsindəki xoş xəbərlə qarşılaşdırmaqda davam etdim. Çox vaxt 
itirdik və mən yoruldum, amma mən danışdıqca Əlisə xidmət edən 
Məsihin hüzurunu hiss edirdim. Mən onu ruhlandırdım ki, bütün 
mənfi  düşüncələrinin  həqiqi  təbiətini  və  mənbəyini  göstərməyi 
Rəbdən xahiş etsin. 
Dua  edib  qurtardıqdan  sonra  o  dedi:  «Siz  demək  istəyirsiniz 
ki, özüm barəsində olan bu mənfi düşüncələr şeytanın yalanından 
başqa bir şey deyil?»
«Əlis, bu doğrudur» — deyə, mən razılıqla başımı yırğaladım. 
«Sən  aldadıcı  ruhlara  qulaq  asırsan.  Sən  həmin  yalanlara  inan-
maya  bilərsən.  Sən  Məsihdə  kimliyini  aşkar  edəndə  və  hər  bir 
düşüncəni əsir edərək Məsihə itaət etdirməyi öyrənəndə şeytanın 
yalanlarının əsarətindən azad olacaqsan.»
İki  həftədən  sonra  Əlis  San  Dieqonun  yaxınlığındakı  Culian 
Mərkəzində keçirilən 12 həftəlik ruhani artım haqqında olan geniş 
kursa yazıldı. Kursun sonuna qədər Əlis yalanlar atası tərəfindən 
aldanmağın əvəzinə, həqiqətə inanmaqda təşəbbüsü öz əlinə alma-
ğı öyrənmişdi. O, yeni işə daxil oldu və 12 kiloya yaxın çəkisini 
artırdı. Bu gün o azaddır. 
Ş
eytanın ən çox istifadə etdiyi strategiyası 
Əgər mən sizi nəyəsə sövq etsəm, siz bunu biləcəksiniz. Əgər 
sizi ittiham etsəm, siz bunu biləcəksiniz. Amma sizi aldatsam, siz 
bunu bilməyəcəksiniz. Əgər aldandığınızı bilsəniz, onda siz artıq 
aldanmayacaqsınız.  Həvva  aldandı  və  yalana  inandı.  Başlanğıc-
dan bəri yalan şeytanın ilkin strategiyası olub. Bu səbəbdən də 
həqiqət bizi azad edir və İsa bizim üçün belə dua edir: «Onları 

166
Buxovları qıran
həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir» (Yəhya 17:17). «Biz 
belimizə həqiqəti kəmər kimi bağlamaqla» (Efes. 6:14) özümüzü 
müdafiənin birinci vasitələri ilə təmin edirik. 
Sizi Allahın həqiqətindən yayındırmağa cəhd göstərən və öz ya-
lanlarına inandırmaqla aldadan şeytanın üç ilkin vasitəsi var: özü-
nü aldatma, yalançı peyğəmbərlər, müəllimlər və aldadıcı ruhlar. 
Əgər biz hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirməsək, 
onda biz şeytanın yalanlarına məruz qalacağıq (2 Kor. 10:5). 
Ö
zünü aldatmadan ehtiyatlı olun 
Bizim özümüzü aldada bildiyimiz bir neçə yollar var: 
Biz  Kəlamı  eşidib  ona  əməl  etməyəndə  özümüzü  aldadırıq 
(Yaqub  1:22;  1  Peter  1:13).  Mən  dəfələrlə  özlərinin  etdikləri 
günahlara  qarşı  vəz  edən  və  öyrədən  pastorlar,  müjdəçilər  və 
Müqəddəs Kitab müəllimləri ilə qarşılaşmışam. Allahın Kəlamını 
öyrətməyə  və  ya  vəz  etməyə  çağırılmış  bizlər  əvvəlcə  həmin 
Kəlamı  birinci  özümüzə  tətbiq  etməliyik.  Biz  Allah  qarşısında 
dizlərimizi  qatlamalıyıq  və:  «Rəbbim,  öyrətmək  istədiyim  şeyi 
mən  həyatımda  edirəmmi?»  —  deyə,  soruşmalıyıq.  Əgər  belə 
deyilsə,  bizi  dinləyənlərə  səmimi  olaraq  belə  deməliyik:  «Mən 
arzu edərdim ki, bu hissə üçün daha yaxşı nümunə olum, amma 
belə  olmadığıma  baxmayaraq,  Allah  Kəlamının  bu  hissəsini  də 
vəz etməliyəm. Hər birimizin həqiqətə uyğun yaşaya bilməyimiz 
üçün  sizin  üçün  dua  etdiyim  kimi  siz  də  mənim  üçün  dua  edə 
bilərsinizmi?» Allah Kəlamını həyatımızda icra etmədiyimiz halda, 
onu icra etdiyimizi bəyan ediriksə, onda özümüzü aldadırıq. 
Əgər Kəlamı qəbul edən bizlər onu tətbiq etməsək, özünü al-
datmanın  təhlükəsinə  məruz  qalarıq.  Biz  vəzə  və  ya  dərsə  qu-
laq  asırıq  və:  «Əla!  Necə  böyük  həqiqətdir!»  —  deyirik  və  onu 
ətraflı düşünmədən və həyatlarımıza tətbiq etmədən başqa adamla 
bölüşürük. Yaqub deyir ki, Kəlamı eşidib onu tətbiq etməyənlər 
özlərini aldadırlar (1:22). 

Aldanma təhlükəsi  
167
Həyatlarımız  Kəlamla  mükəmməl  şəkildə  uyğunlaşmayanda 
niyə onu etiraf etməyə qorxuruq? Biz bağışlandığımızı və Allahın 
bizi necə varıqsa, elə qəbul etdiyini bilmirikmi? Onun şərtsiz sev-
gisi və qəbul etməsi necə varıqsa, elə olmağımız üçün bizi azad 
edir.  Allahın  məhəbbətini  və  qəbul  etməsini  əməllə  qazanmağa 
sürüklənənlər  tələbkar  olmağa  meyl  göstərəcək  və  uğursuzluğu 
etiraf edə bilməyəcəklər. Amma biz həyatımızda kamilliyi göstərə 
bilmərik; biz yalnız artımı göstərə bilərik. Ətrafımızdakı insanlar 
bilməlidirlər ki, biz Məsihə bənzəmək prosesində olan adi insanla-
rıq. Onlar həm bizim uğuru necə qarşıladığımızı, həm də uğursuz-
luğu necə qarşıladığımızı görməlidirlər. Biz məsihçi cəmiyyətində 
səmimiyyətin  belə  bir  nümunəsini  yaradarkən  aldadanın  dayaq 
nöqtəsini əldə etmə ehtimalını olduqca azaldırıq. 
Biz  günahımızın  olmadığını  deyəndə  özümüzü  aldadırıq 
(1 Yəhya 1:8). Kəlam bizim günah olduğumuzu söyləmir; o, bizim 
günah edə bildiyimizin və fani bədənlərimizdə günahın yaşamasının 
mümkün olduğunu deyir (Roma. 6:12). Biz günahsız müqəddəslər 
deyilik; biz günah edən müqəddəslərik. Uğursuzluğumuzu səmimi 
şəkildə etiraf etmək və gündəlik çarmıxımızı götürmək vacibdir. Biz 
Məsihdə olan kimliyimiz ilə davranışımız arasında fərqdən xəbərdar 
olanda onu etiraf etməliyik və onu yoluna qoymalıyıq. Belə günahlı 
fərqləri inkar etməklə və onların yığılmasına icazə verməklə özünü 
aldadan insan yıxılmağa doğru gedir.
Zəlzələyə  meyilli  olan  Kaliforniyanın  cənubunda  yaşayan  in-
sanlar qaçılmaz «böyük zəlzələ» haqqında tez-tez eşidirlər. Kiçik 
zəlzələlər həmin ərazinin sakinlərini narahat edə bilər, amma on-
lar çox az ziyan vururlar. Bu kiçik təkanlar yeraltı qatların yerini 
dəyişdiyini və təzyiqi azaltdığını bildirdiyi üçün cənubi kaliforniya-
lılar onları xoşlayırlar, çünki tez-tez baş verən xırda dəyişikliklər 
daha yaxşıdır. Əgər onlar baş verməkdə davam edərsə, ola bilsin 
ki, «böyük zəlzələ» heç vaxt baş verməz. 
Bu  şey  bizim  üçün  də  eynidir.  Əgər  biz  «mənim  heç  bir  gü-
nahım  yoxdur»  deməkdə  davam  etsək,  çatışmazlıqlarımızı  etiraf 
etməsək,  insanlar  və  Allah  ilə  ünsiyyətlərimizi  bərpa  etməsək, 

168
Buxovları qıran
onda «böyük zəlzələ» olacaq. Biz özümüzü alçaltmağı seçə bilərik; 
amma biz bunu etməsək, onda Allah edəcək. «Allah məğrurlara 
qarşıdır,  itaətkarlara  isə  lütf  göstərər»  (Yaqub  4:6).  Öz  sağlam-
lığını,  ailəsini,  işini  və  dostluğunu  itirənədək  problemi  olduğunu 
etiraf  etməyən  içki  içən  insanı  müşahidə  edin.  Etiraf  edilməmiş 
günah xərçəng hüceyrələri kimidir. Əgər bu hüceyrələr müntəzəm 
müayinə vasitəsilə inkişafın erkən mərhələsində aşkar edilsə, proq-
noz  yaxşı  olacaq;  amma  onlar  gizli  qalsa,  proqnoz  pis  olacaq. 
Gündəlik həyatda nurda yaşamaq və tez-tez hərəkətlərimiz haq-
qında Allaha hesabat vermək əsas ruhani böhranların qarşısını alır. 
Biz bir şey olmadığımız halda nəsə olduğumuzu düşünəndə 
özümüzü aldadırıq (Roma. 12:3; Qalat. 6:3). Kəlam bizə öyrədir 
ki, özümüz barəsində lüzumundan artıq fikirləşməyək. Siz: «Amma 
mən kim olduğumu bilirəm» –deyirsiniz — «Mən Allahın övladı-
yam, mən Məsihlə göylərdə oturmuşam və Onun vasitəsilə hər bir 
şeyi etməyə qadirəm.» Bu, məni çox xüsusi edir. Bəli, siz Allahın 
gözündə çox xüsusisiniz. Amma siz hər nəsinizsə, Allahın lütfünə 
görə  eləsiniz  (1  Kor.  15:10).  Yaşadığınız  həyat,  məxsus  olduğu-
nuz istedadlar və əldə etdiyiniz ənamlar şəxsi nailiyyətlər deyil; 
onlar Allahın lütfüdür. Allahın verdiyi şeyləri öz adınıza yazmayın; 
əksinə, Rəbbi izzətləndirən layiqli işləri görməkdən həzz alın. 
Biz bu dövrdə müdrik olduğumuzu düşünəndə özümüzü al-
dadırıq  (1  Kor.  3:18,  19).  Allahın  açıqlaması  olmadan  özünü 
müdrik  saymaq  ziyalı  qürurunun  ən  yüksək  dərəcəsidir.  «Müd-
rik olduqlarını iddia etdikləri halda ağılsız oldular» (Roma. 1:22). 
Bəzən dərrakə və bilik sahəsində bu dünyanın allahı ilə yarışa bil-
diyimizi düşünməklə sövq olunuruq. Amma biz cismani təbiətdə 
onunla yarışa bilmərik. Biz öz gücümüzdə şeytandan daha ağıllı 
olduğumuzu düşünən vaxt onun hiyləgərliyi vasitəsilə yolumuz-
dan azmaq üçün əsas namizədlərik. Amma şeytan Allah ilə yarışa 
bilmir. Bizim öz idrakımıza etibar etməməyimiz, Məsihin ağlını 
tətbiq etməyimiz və bütün yollarımızda Onu tanımağımız vacibdir 
(Sül. Məs. 3:5, 6; 1 Kor. 2:16). 

Aldanma təhlükəsi  
169
Biz  mömin  olduğumuzu  düşünəndə,  amma  dilimizi 
yüyənləməyəndə özümüzü aldadırıq (Yaqub 1:26). Biz insanları 
inkişaf etdirmək əvəzinə onları hörmətdən salanda Allahı bundan 
çox kədərləndirən heç bir şey olmur. Biz heç vaxt dilimizdən baş-
qalarını alçaltmaq üçün istifadə etməməliyik. Əksinə, «eşidənlərə 
xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan 
sözlər»  deməliyik  (Efes.  4:29,  30).  Əgər  siz  dilinizi  idarə  edə 
bilmirsinizsə,  amma  ruhani  həyatınızın  yaxşı  olduğuna  inanırsı-
nızsa, onda özünüzü aldadırsınız. 
Biz əkdiyimizi biçməyəcəyimizi fikirləşəndə özümüzü alda-
dırıq (Qalat. 6:7). Bir məsihçi kimi bəzən biz bu prinsipdən azad 
olduğumuzu düşünürük, amma biz bu prinsipdən azad deyilik. Biz 
düşüncələrimizin, sözlərimizin və hərəkətlərimizin yaxşı və ya pis 
nəticələri ilə yaşamalı olacağıq.
Biz haqsızlıq edənlərin Allahın padşahlığını irs olaraq ala-
cağını düşünəndə özümüzü aldadırıq (1 Kor. 6:9, 10). Bir gün 
məbəd xidmətçilərindən biri olan Keyt adlı cavan qadın ofisə çox 
ruhdan  düşmüş  bir  halda  gəldi.  O,  yenicə  xəbər  tutmuşdu  ki, 
onu Məsihə gətirən böyük bacısı Allahdan uzaqlaşıb və lesbian 
həyat tərzi yaşayır. «Mənim həyat tərzim Allahla ünsiyyətimə 
heç bir təsir etmir»- deyə, Keytin bacısı mübahisə edib. «Allah 
məni sevir və mən bağışlanmışam.» Keyt həyəcan və çaşqınlıq 
içərisində idi. 
Mən 1 Kor. 6:9, 10-cu ayələri ona söylədim: «Aldanmayın, çünki 
əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər…
Allahın Padşahlığını irs olaraq almayacaq». Keytin bacısı və onun 
kimi  başqaları  bu  həqiqəti  başa  düşməyərək  aldanıblar:  abırsız 
günahlı həyat tərzi yaşamaq Allah qarşısında saleh sayılmamağın 
güclü  əlamətidir.  Mən  demirəm  ki,  əməllərlə  xilas  olmaq  olar, 
sadəcə, belə həqiqi şagirdləri bəhrələrindən tanımaq olar. Əgər siz 
həyat tərzinizin bəyan etdiyiniz iman ilə uyğunlaşmasının vacib 
olmadığına inanırsınızsa, onda siz aldanmısınız. 

170
Buxovları qıran
Biz  pis  insanlar  ilə  daim  ünsiyyətdə  olub  əxlaqımızın  po-
zulmamağını  düşünəndə  özümüzü  aldadırıq  (1  Kor.  15:33). 
Mən yeni məsihçi olanda Nyu Orlins şəhərində yaşayan «Borbon 
küçəsinin  vaizi»  adlanan  bir  müjdəçinin  audio  yazılarına  qulaq 
asardım. O iddia edirdi ki, həmin insanlara xidmət edir. Bu kişi 
fahişələrin və başqa əxlaqsız həyat sürənlərin yerləşdiyi rayonda 
yaşayırdı. Amma 1 Kor. 15:33-ə əsasən, həmin mühitdə həddən 
artıq çox qalan hər bir kəs başına iş açacaq. Bu müjdəçi ilə də belə 
oldu. O, Borbon küçəsinin əxlaqsız tərəfində o qədər dolaşıb qaldı 
ki, axırda öz xidmətini itirdi. 
Bu, o deməkdir ki, biz pis əxlaqı olanlara xidmət etməməliyik? 
Xeyr, biz onlarla Məsihi bölüşməliyik. Amma biz onların mühitində 
itib  batsaq,  xidmətimiz  əvvəl-axır  zəifləyəcək  və  əxlaqımız 
pisləşəcək. 
Y
alançı peyğəmbərlərdən və müəllimlərdən ehtiyatlı olun 
Bu yaxınlarda otuz yaşlarında olan bir kişi mənin yanıma gəldi. 
Alvin ruhdan düşmüşdü və məğlub olmuşdu. O, neçə illər özündə 
Allahın  xüsusi  peyğəmbərlik  ənamının  olduğuna  inanmışdı.  O, 
özünəməxsus yolla peyğəmbərlik etməklə Allahın natiqi kimi da-
nışmaq üçün bir məbəddən o biri məbədə dəvət alırdı. Amma bir 
neçə ay ərzində onun həyatı dağılmağa başladı. Nəhayət, Alvin 
cəmiyyətdə  artıq  fəaliyyət  göstərə  bilmədiyi  bir  məqama  gəlib 
çatdı və o, insanlardan tamamilə təcrid olmağa başladı. O, mənim 
yanıma gəlməzdən qabaq iki il müddətində işsiz qalmışdı, atası 
ona qulluq edirdi və o, reseptlə verilən dərmanların qulu idi. 
Alvinlə mən 1 Salonik. 5:19-21-i oxuduq: «Ruhu söndürməyin. 
Peyğəmbərlik sözlərinə xor baxmayın. Hər şeyi sınaqdan keçirin 
və yaxşı olandan möhkəm tutun». Mən dedim: «Alvin, Müqəddəs 
Kitab  peyğəmbərlik  ənamının  olduğunu  söyləyir.  Amma  şeytan 
ruhani ənamları saxtalaşdıra bilər və onların Allahdan olduğuna 
inandırmaqla bizi aldada bilər. Ona görə də Kəlam bizə öyrədir ki, 
hər bir şeyi sınaqdan keçirək». 

Aldanma təhlükəsi  
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin