Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə41/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   37   38   39   40   41   42   43   44   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

ИCTИMAИ-MƏИŞƏT NATИQLИYИ. Bu, nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, niiq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digəıiəri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söyiənilir, obrəziı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstüniük veriiir.

Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur. Yubileylər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli - adamların - eлm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və müharibə veteranları və başqalarının, həmçinin яlamətdar, tarixi günlərin qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostiarla, yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti fərqli olduğu kimi, orada söylənilən nitqlər, çıxışların ifadə tərzi də müxtəlif oiur.

Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin (müəssisənin rəhbəri və ya orada çalışan mötəbər adamlardan biri) giriş nitqi dinlənilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmış çıxışlar olur, xatirələr söylənilir. Danışanlar daha çox yubilyaрын işindən, əmək fəaliyyətindən söhbət açırlar. Burada söylənilən nitq, işlədilən söz və ifadələr, cümlələr bir qədər nizamlı - düzümlü olur, atmacalara, replikalara, zarafata yol verilmir.

Ailədə, kollektivdə dostlar arasında keçirilən yubiley şənliklərində danışanlar yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə, ailədə mövqeyi və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir. Orada söylənilən xatirələr bir növ ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır.

Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində tamada - masabəylərin nitiqidir. Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis əhli maraqla dinləyir, ondan eşitdikləriндян musiqi qədər həzz alırлар. Lakin həmişə belə oлmur. Toy natiqlərinin bir qismi öz çıxışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə etməkdə çətinlik çəkir. Onlar şablon ifadələr işlədir, əhvalatları danışır, uzunçuluq edir, eşidənləri yorurlar. Halbuki müasir zövqlə bəzədilmiş toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.

Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən vida nitqidir. Bu nitq həcmcə qısa və yığcam oiur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində bir qayda olaraq ən məşhur natiqlər, söz ustalaры nitq söyləmiş, mərhumun məziyyətlərindən danışыр, onu yüksək qiymətləndirирlər. Son illərdə erməni işğalçılaрына qarşı vuruşlarda şəhid olanların hər birinin dəfn mərasimində vida nıtqlərı söylənilmiş, onların vətən qarşısında xidmətləri qeyd edilmişdir. Belə nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında təsiri böyükdür.

Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin, ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada mərhumun fəaliyyətini qiymətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz söyləmək, yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından əhəmiy-yətlidir.

Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən olan adamlar iştirak edirlər. Belə məclisləri aparanlar söhbət açdıqları mövzular, ifadə tərzi, шərh üsulu, nitqi və s. ilə adamları cəlb etməyi bacarmalıdır. Burada insanları düşündürən problemlərdən, qəm və kədəri unutduran məsələlərdən, həyatın doğurduğu problemlərdən, tərbiyə məsələlərindən və ya ölümə səbəb olan xəstəliklərdən, ondan qorunma yollarından söhbətlər aparmaq lazımdır»




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin