Nitq fasiləsi həm məntiqi. həm də psixoloii funksiya daşıyır. Məntiqi fasilə nitqi məntiqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir. Danışan bu fasilənin köməkliyi ilə ifadə edəcəyi fıkri dinləyicinin diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Fasilə cümlədə əlaqələndirici, yaxud birləşdirici rol oynayır. Məsələn: Çalış, Arif kimi tənbəl olma. Burada bölgü bildirən fasilə (calıs sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir.