Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 240,5 Kb.
səhifə24/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

NİTQİN METODİKLİYİ. Nitq zamanı səs gah alçalır, gah da yüksəlir. Səsin müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi emələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsi kimi meydana çıxır. Həyatda temperamentsiz, hisssiz nitq melodiklik baxımından zəif olur. Insanın emosional həssaslığı nə qədər çox olarsa, onun nitqinin melodik ifadəliliyi bir o qədər zəngin olar.


NİTQİN NÖVLƏRİ VƏ FORMALARI

DİL VƏ NİTQ. Nitq - müəyyən kollektivin digər üzvləri ilə əlaqa saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyətidir. Dil və nitq eyni bir hadisənin - nitq fəaliyyətinin bir-biri ilə qarşılıqi əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerina yetirməkdə olan dildir. Nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunmasıdır. Dil ünsiyyət -vasitədirsə, nitq ünsiyyətin özüdür.

Isveçrə dilçisi məşhur Sössürün «Ümum' dilçilik kursu» adlı əsərində dil və nitqin oxşar və fərqi cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. 0, dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, nitq fərdi danışıq və eşitmə faktorlarından ibarətdir. Sonralar onun bu tezisi ilə müxtəlif nəzəriyyələr meydana gəlmiş, fikirlər söylənilmişdir. Bu fikirlər nəticə etibarilə bela ümumiləşdirilmişdir ki, dil və nitq fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik vəhdətdədir. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir.



Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır:

  1. Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir.

  2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır, yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya köçürülmüş forması) nəzərdə tutulur.

Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin əlaqə məqsədilə dildən istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə şəxsin təhsili, həyat təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. Burada danışan və yazanın ifadə etdiyi fikrə və ya başqasının fikrinə münasibəti də dil vasitələrindən istifadənin rəngarəngliyinə, müxtəlifliyinə səbəb olur. Bu münasibətdən asılı olaraq cümlədə sözlərin sırası dəyişilir, müxtəlif xitablar, ara sözləri, ara cümlələr işlədilir, rəngarəng intonasiya çalarlanndan istifadə olunur.

  1. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə fərdlərin nitqi və onun təhlili olan mətn üzrə aparılır. Dilə dair qrammatika kitabları və digər sorğu vəsaitləri bu mətnlər, onların təhlili yolu ilə aparılan araşdırmaların nəticəsi olaraq yazılır, oxuculara təqdim olunur. Nitq daha çox sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir.




Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin