Dialoq, əsasən, iki şəraitdə aparılır:
a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayxanalarda və s.;
b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normaiara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qouşlmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüfata yol verdiyi zaman dinləyən tərəf belə ifadələr işlətsə daha yaxşı olar: icazə verin.
Dialoq Qurani - Kərimdə öz əksini tapmışdır. Orda səmimiyyət dialoqun vacib məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər qarşılıqlı etimad əsasında qurulduqda səmərəli nəticə verə bilər.
Çox təəssüf ki, televiziya ekranında bəzən belə dialoqa tamaşa etməli oluruq. Tamaşaçılar bu cür dailoqdan heç bir şey anlamırlar, yalnız təəssüflənirlər. Bu cür situasiyalarda dialoqa girən tərəflər müsahibinin məqsədsiz, əhəmiyyətsiz hərəkətlərinin, qərəzli, tendensiyalı fikirlərinin, uzun-uzadı danışığının qarşısını ehtiyatla və yüksək təvazökarlıqla almaq bacarığına yiyələnməlidir. Dialoq nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır.
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2. Müzakirədə müdafıə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdiril-məlidir.
3. Diskussiya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaradılacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır.
5. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
6. Opponentini diqqətlə dinləmək, sonra öz fikrini söyləmək mədəniyyətinə əməl olunmalıdır.
7. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunq mərdliklə qəbul etməyi bacarmalıdır. Adamlar deyil, yalnız onların ideyaları tənqid
olunmalıdır.
8. Tənqid zamanı təhqir və istehzaya yol verilməməlidir.
9. Diskussiyaların məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd olunmalıdır.
İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan istifadə olunur.
MƏDƏNİ NİTQİN ETİKETLƏRİ
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette -sözündən olub mənası mərasim, təsrifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s,-də davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafıyasına, milli ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır,
Müxtəlif nitq situasiyalarında (məsələn, müraciət, görüşmə, ayrılma, yolasalma, təbrik, alqış, telefon danışığı və s.) istifadə olunan belə söz, ifadə və cümlələrdən bir neçəsini nümunə göstərək:
Dostları ilə paylaş: |