DİSKUSSİYA MƏDƏNİYYƏTİ
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir.
«Dialoq» termini yunanca «dialoqos» götürülmüş iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ifadə edir. Geniş mənada «dialoq» müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur.
Dostları ilə paylaş: |