38. Azərbaycan dili haqqında qanun, fərman, sərəncamlar
Respublikamız müstəqillik qazanandan sonra 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi təsbit etdi. Bundan sonra ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli sərəncam və 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun, “Azərbaycan Respublikasının Dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi” haqqında 2 yanvar 2003-cü il tarixli fərmandan sonra milli qürur mənbəyimiz və dövlət atributlarından olan dilimizin tədrisinə qayğı diqqət mərkəzində durdu.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”(24 oktyabr 2013-cü il) sərəncamı imzalaması Azərbaycan dili fənnin tədrisində yeni mərhələ oldu.
Bugünkü qloballaşma, mədəniyətlərarası proseslər dövründə, Azərbaycanın beynəlxalq aləmə sıx inteqrasiyası şəraitində yüksək səviyyəli, savadlı şəxsiyətlərin yetişdirilməsi, diqqət mərkəzində olmalıdır. Şəxsiyətin formalasmasında təhsilin roludanilmazdır. Odur ki, təhsilalanın qazandığı bilik vəbacarıqların keyfiyəti yüksək səviyədə tənzimlənməli, müasir dövrün tələblərinə cavab verməlidir. Yaddan çıxarmaq olmaz ki, “təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımı şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir”. (Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. “Azərbaycan” qəzeti, 25 oktyabr 2013-cü il).
Respublikamızda böyük müvəffəqiyyətlə həyata keçirilən təhsil islahatları məktəblərin qarşısında geniş perspektivlər açır və müəllimlərdən tədris proqramlarına(kurikulumlara), dərsliklərə, dərs vəsaitlərinə, tədris olunan fənlərin bilik istiqaməti və xarakterinə yenidən baxmağı tələb edir. Bu tələb həmçinin “Nitq inkişafı üzrə işin metodikası” adlı seçmə fənninə də aiddir.