39. Srategiyalı oxu Strategiya ilə oxu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəzi mütəxəssislər hesab edirlər ki, strategiya ilə oxu – düşünərək oxudur. Bəziləri düşünürlər ki, strategiya ilə oxu şagirdə daha məharətlə düşünməyi öyrədən oxudur. Üçüncülər isə hesab edirlər ki, strategiya ilə oxu təhsilin məqsədidir, yəni oxu təlimə, tətbiqə və təhlilə aparan əsas yoldur. Bununla oxucu çevik düşünmək, sual vermək, keçmiş biliklərə əsaslanan yeni biliklər əldə etmək, fikir mübadiləsinə nail olmaq, nəticədə fikri dəqiq müəyyənləşdirmək və onlardan həyati problemlərin həllində bəhrələnmək kimi bacarıqlar əldə edir. Bütün bunlardan çıxış edərək mütəxəssislər strategiyalı oxunu üç mərhələdə təsnif etmişlər.
1. Strategiya ilə oxu şagirdlərin öz oxu fəaliyyətini təşkil və idarə etməsidir. Yəni şagirdlər oxu üçün təqdim edilən mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problem həll etmə forması kimi dəyərləndirərək məqsədə nail olmaq üçün fəaliyyətini düşünülmüş şəkildə təşkil edir, –strategiyasını qurur. Oxunun təşkilinə strategiya ilə yanaşma ona xidmət edir ki, şagird gözlənilən nəticəni mətnin oxusuna başlamazdan əvvəl aydın təsəvvür edir. O dəqiq bilir:
• Hansı suallar cavablandırılmalıdır?
• Hansı plana əsasən oxu təşkil edilməlidir?
• Bu haqda artıq nələri bilir?
• Uğura nail olmaq üçün nələr etmək lazımdır?
2. Strategiya ilə oxu şagirdlərə müstəqil olaraq öz oxunəticəsini yoxlamaq imkanı verir. Şagirdlər oxuzamanı gəldikləri qənaətlər üzərində düşünürlər. Bu zaman onların mühüm idraki bacarıqları inkişafetdirilir: əsas məsələnin aşkar edilməsi, onlarınoxudan əvvəl mövcud biliklərlə əlaqələndirilməsi,digər mətn materialları ilə müqayisə edilməsi,mətnin ssenarisinə uyğun xəyalların qurulması. Bu təfəkkürün inkişafının yüksək mərhələsi olaraqtəxəyyülə doğru atılan ilk addım kimi dəyərləndiriləbilər. Bu zaman şagirdlər yalnız mətndəki mənanıdərk etmir, həm də mənanın dərk edilməsi prosesinişüurlu təşkil edir.
3. Strategiya ilə oxu materiallar əsasında oxununtəşkil, idarə edilməsi və nəticənin qiymətləndirilməsimərhələlərindən sonra məzmundan əldə edilənqənaətlərin müxtəlif həyati problem va tapşırıqlarınhəllində istifadə edilməsinə və şagirdindünyagörüşünün zənginləşdirilməsinə xidmət edənvasitə kimi dəyərləndirilə bilər.
Yuxarıda göstərilənlər belə nəticəyə gəlməyə əsasverir ki, strategiyalı oxu “oxu qaydaları”nın praktiktətbiqi ilə düşünmə mühitinin yaradılması kimidəyərləndirilə bilər.
Uğurlu təlim düşünmənin üç mərhələsində baş verir: (təlimdən əvvəl, təlim zamanı və təlimdən sonra:
Mərhələ 1. Planlaşdırma mərhələsində beyin öyrənməyə hazırlanır. Öyrənən tapşırığı təhlil etməyəvə öz səmərəli təlimini planlaşdırmağa sövq edilir. Təlimdən əvvəl şagird nə qədər çox “yüklənirsə”, təlim o qədər keyfiyyətli olur.
Mərhələ 2. Qarşılıqlı fəaliyyət mərhələsində beyin şüurlu şəkildə təlimə sövq edilir. Bu mərhələdə öyrənən düşünmə üzrə metakoqnitiv strategiyalardan daha məqsədli istifadə edir və öz təlimini idarə edir. Bu proses müəllimin müşahidələri ilə müşayiət edilir.
Mərhələ 3. Düsünmə mərhələsində öyrənən təlimdən sonra ideyaları inteqrasiya edir, əlaqələndirir və tətbiq edir. Bu mərhələnin əsas məqsədi öyrənənin əvvəlki mərhələdə apardığı planlaşdırma və qarşılıqlı fəaliyyətinin nəticələrini müqayisə və təhlil etmək,bununla da mətnin ideyası üzrə düşüncələrini genişləndirməkdən ibarətdir.
Strategiya ilə oxuyan oxucu bilməlidir ki:
PLANLAŞDIRMA
• Oxu materialının dərk edilməsi prosesi oxu hayatakeçirilməzdən əvvəl başlanmalıdır;
• Təlim o zaman başlanır ki, öyrənən məqsədinimüəyyən edir, məsələ ilə bağlı ilkin biliklərinifəallaşdırır, məsələ haqqında öncədən fərziyyələrirəli sürür.
QARŞILIQLI FƏALIYYƏT
• Oxu zamanı onun məqsədi mövzu üzrə öncədən irəlisürdüyü fərziyyələri yoxlamaq və bununla da yüksəksəviyyədə anlamaya nail olmaqdan ibarətdir;
• Mətnin dərk edilmədiyi aşkar edildikdə, oxunusaxlamaq, mətni yenidən. aramla, ucadan oxumaq,qeydlər götürmək əhəmiyyətlidir.
• “Nə oxudum” sualına cavab verməklə öyrənmənintənzimlənməsi dəstəklənir;
• Oxu zamanı öyrəndiklərini oxuya qədər bildikləri ilə, eləcə də mövzu üzrə yürütdükləri fərziyyələrləmüqayisə etməklə əsas ideyanı aşkar etməkmümkündür.
DÜŞÜNMƏ
“Biz “nə öyrəndim?” sualı üzərində düşünənzaman öyrənirik”.
• Oxunun sonunda məqsədə çatıb çatmadığı, tapşırığıyerinə yetirib yetirmədiyi haqda duşünməlidir.
• Əldə etdiyi yeni məlumatları bildikləri iləəlaqələndirməlidir.
• Yeni əldə edilmiş biliklərin tətbiqi şəraiti üzərindədüşünməlidir.
• Strategiya ilə oxu sahifəsi nümunəsi ona yardımçı olabilər.