Nizami SÜleymanov


§ 6.2. Rusiya dövləti ilə qarşılıqlı əlaqələr



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
DERSL-K-1501-1736

 
§ 6.2. Rusiya dövləti ilə qarşılıqlı əlaqələr 
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin xarici əlaqələrində 
Rusiya mühüm yer tuturdu. Səfəvilərin Rusiya ilə iqtisadi 
əlaqələri Xəzər-Volqa su yolu ilə həyata keçirilirdi. Bu yolun 
üzərində yerləşən Kazan və Həştərxan şəhərləri Səfəvi döv-
lətinin Avropaya və Rusiyaya əsas çıxış məntəqələri rolunu 
oynayırdı. Səfəvi elçisinin 1521-ci ildə Moskvaya gəlməsi və 
Moskva knyazından çoxlu top, ustalar və yaraq-əsləhə alması 
haqqında mənbələrdə məlumat vardır. Rusiya ilə Səfəvilər 
arasında siyasi əlaqələr I Şah Təhmasibin dövründə yaranmışdı. 
XVI əsrin ortalarınadək Rusiya-Səfəvi əlaqələri məhdud 
səciyyə daşımışdır. 
1552-ci ildə Kazan, 1556-ci ildə Həştərxan xanlıqlarının 
Rusiya tərəfindən işğal edilməsi nəticəsində Xəzər-Volqa 
ticarət yolunun böyük bir hissəsi rusların əlinə keçdi. 
Həştərxanın işğalı bu ölkəni Xəzər dənizinə yaxınlaşdırdı və 
Rusiya Şərq ticarətinin açarını əldə etdi. Kazan və Həştərxan 


139 
xanlıqlarının əraziləri Rusiya dövləti tərəfindən ələ keçiril-
dikdən sonra Azərbaycan Səfəvi dövləti ilə Rusiya arasında 
sabit əlaqələr yarandı. Bu əlaqələr Şamaxı və Bakı vasitəsi ilə 
həyata keçirildi. 1553-cü ildə Seyid Hüseynin başçılığı ilə 
Səfəvi nümayəndə heyəti Moskvaya gəlir. 1561-ci ildə Səfəvi 
elçisinin Moskvaya gəlməsi haqqında məlumat vardır. 1563-cü 
ildə Şirvan bəylərbəyi Abdulla xan Ustaclının nümayəndəsi 
Moskvaya göndərildi. 
IV İvanın başı Livoniya müharibəsinə qarışdığına görə 
Səfəvi dövlətinin elçilərinə o qədər də əhəmiyyət verməmişdi. 
Bununla belə IV İvan Xəzərsahili ərazilərlə və Səfəvi dövlə-
tinin digər hissələri ilə əlaqələrini yaxınlaşdırmaq üçün 1569-cu 
ildə Aleksey Xoznikovun başçılığı ilə öz nümayəndələrini I Şah 
Təhmasibin yanına göndərmişdi. Aleksey Xoznikov özü ilə 
Səfəvi sarayına 100 top və 500 tüfəng gətirmişdi. XVI əsrin 80-
ci illərində Rusiya ilə Səfəvi dövləti arasında fasiləsiz səfirlik 
mübadiləsi olmuşdur. 
Səfəvilərlə Rusiya arasında iqtisadi və siyasi əlaqələr I 
Şah Abbasın dövründə və ondan sonra inkişaf etmişdir. Rusiya-
Səfəvi qarşılıqlı münasibətlərin əsas siyasi mövzusunu 
Osmanlılara qarşı birgə mübarizə aparmağın yollarının müza-
kirəsi təşkil etsə də, hər iki dövlət ticarət- iqtisadi əlaqələrin 
inkişaf etdirilməsinə böyük əhəmiyyət verirdi. 
Rus tacirləri Səfəvi dövlətinə xəz (sincab), araq, ev 
quşları gətirir, buradan isə ipək parçalar, xam ipək, yun par-
çalar, aşılanmış dəri, şaqren, tumac, meyvə qurusu və başqa 
mallar alıb aparırdılar. 
Rusiya 1580-cı ildə vaxtilə dağıtmaq məcburiyyətində 
qaldıqları Terek qalasını bərpa edib, bu ərazilərdə Kazakları 
yerləşdirdilər. Bundan sonra Qafqaz uğrunda Osmanlı-Səfəvi-
Rusiya rəqabəti gücləndi. 1587-ci il sentyabrın 28-də rus 
çarının təkidi ilə Kaxet çarlığı Rusiyanın himayəsini qəbul etdi. 
Bu hadisə ilə əlaqədar Səfəvi elçisi Cəmşid xan Zəyəmdə rus 
elçisi ilə görüşdü. Səfəvi dövləti ilə münasibətləri qaydaya 


140 
salmaq üçün çar Fyodrun elçisi 1588-ci ilin sonunda Qəzvinə 
gəldi. Bu səfərdə məqsəd Səfəvi dövləti ilə münasibətləri 
qaydaya salmaq və Osmanlı dövlətinə qarşı hərbi ittifaq 
yaratmaq idi. 
I Şah Abbas Hadi Bəylə Budaç bəyi rus elçisi ilə Mosk-
vaya göndərdi. Səfəvi elçilərinin əsas məqsədi Osmanlı 
dövlətinə qarşı Rusiya ilə hərbi ittifaq bağlamaq haqqında 
danışıqlar aparmaq idi. Rusiyanın üçüncü Livoniya müharibə-
sindəki uğursuzluğu bu istiqamətdə danışıqlarda müsbət nəticə 
vermədi. I Şah Abbas Hadi bəyin başçılığı ilə Osmanlı 
dövlətinə qarşı mübarizədə Rusiyanın hərbi yardımını alamq 
üçün göndərdiyi elçilik də məqsədinə nail ola bilmədi. Bu 
uğursuzluqlara baxmayaraq I Şah Abbas, eyni zamanda Rusiya 
dövləti hər iki dövlət arasında siyasi və iqtisadi əlaqələrə xüsusi 
diqqət yetirirdilər. 
I Şah Abbas 1592-ci ildə Hacı Xosrovun, 1593-cü ildə 
Hacı İsgəndər və Hacı Məhəmmədin başçılığı ilə Moskvaya 
elçilər göndərmişdi. Hər iki nümayəndə heyyətinə Moskvadan 
odlu silah və digər mallar almaq tapşırığı verilmişdi. 1593-cü 
ildə Rusiya Andrey Dmitriyeviç Zevinqorodskinin, 1595-ci ildə 
knyaz Vasili Vasilyeviç Tyufyakinin başçılığı ilə Səfəvi 
sarayına ticarət məqsədi ilə elçilər göndərmişdi. 1598-ci ildə 
Boris Qodunov (1598-1605) hakimiyyətə keçən kimi Aleksandr 
Zasikini Səfəvi sarayına göndərdi. 
İstər I Şah Abbas, istərsə də rus çarları Fyodor İvanoviç 
və Boris Qodunov göndərdikləri elçilərə hər iki dövlət arasında 
zəruri malların gömrüksüz idxal- ixracına icazə verilməsi 
tapşırığını verirdilər. 
I Şah Abbas 1603-cü ilin avqustunda öz elçisi Laçın bəyi 
Moskvaya göndərərək rus çarını Osmanlı dövləti ilə başladığı 
müharibəyə hərbi yardım göndərməsini bildirdi. Rusiya çarı 
Boris Qodunov isə Yaroslavskini Səfəvi sarayına göndərərək I 
Şah Abbasın Osmanlılarla müharibəyə başlayacağı halda 
Osmanlı dövləti ilə sülh bağlamayacağını bildirməklə kifayət-


141 
ləndi. Yalnız Dağıstana rus qoşunu gönd ərərək Qafqazın yerli 
feodallarının Osmanlılara kömək etmələrinin qarşısını almağa 
cəhd etdi. Rusiya hökuməti bununla Dərbənd, Bakı və 
Şamaxını Səfəvilərdən qoparmaq niyyətində idi. 
XVII əsrin əvvəllərində Rusiya dövləti daxilində baş 
vermiş siyasi çəkişmələr Rusiya – Səfəvi münasibətlərinə mənfi 
təsir 
göstərmişdi. 1613-cü ildə Romanovlar sülaləsi 
hakimiyyətə gələndən sonra Mixail Romanov (1613-1645) 
Səfəvi dövlətinə elçilər yola salmağa başladı. 1614-cü ildə 
Səfəvi sarayına gələn İvan Brexov Osmanlı – Səfəvi mühari-
bəsinin nəticələrini öyrənməli və Səfəvi – Rusiya iqtisadi 
əlaqələrini bərpa etməli idi. Brexovun I Şah Abbasa gətirdiyi 
məktub türk dilində yazılmışdı. 
1615-ci ildə Şah Abbasın səfiri Polad bəy 8 nəfər Səfəvi 
taciri ilə Rusiyada olmuş və 1616-ci ildə vətənə dönəndə rus 
çarının səfiri Leontiyev və bir neçə ticarət adamı da onunla 
gəlmişdi. Leontiyev rus çarının Polşa ilə müharibə apardığına 
görə hərbi silah almaq üçün şahdan maliyyə yardımı göstərməsi 
haqqında xahişini I Şah Abbasa çatdırmışdı. 
1618-ci ildə knyaz M.Baryatinskinin başçılığı ilə gələn 
rus elçilərini həmin il noyabrın 14-də Qəzvində I Şah Abbas 
qəbul etdi. Səfəvi şahından maliyyə yardımı almaq məqsədi ilə 
Qəzvinə gəlmiş rus elçiləri məqsədlərinə nail ola bilmədilər və 
1619-cu ilin sentyabr ayında geri qayıtdılar. 
I Şah Abbasın dövründə Rusiya ilə Səfəvi dövləti 
arasında diplomatik əlaqələr daha da yaxşılaşırdı. 1617-ci ildə 
Osmanlı dövlətinin növbəti yürüşü zamanı rus çarı I Şah 
Abbasın müraciətini nəzərə alaraq Şimali Qafqaz yoluna qoşun 
yeridərək nəzarətə götürdü, Osmanlı ordusunun və Krım 
tatarlarının şimaldan Səfəvi dövləti üzərinə hücumuna imkan 
vermədi. Sözsüz ki, Osmanlı dövlətinin Şimali Qafqazda və 
Xəzər dənizi sahillərində möhkəmlənməsi Rusiyanın maraq-
larına zidd idi. Rusiya hökuməti öz təsirini cənub istiqamətində 


142 
genişləndirmək və regionda iqtisadi və siyasi maraqlarını 
həyata keçirmək üçün I Şah Abbasın xahişini yerinə yetirdi. 
Azərbaycan torpaqları Osmanlı işğalından azad edil-
dikdən sonra rusların Şimali Qafqazda qalalarını bərpa etmə-
sinə I Şah Abbas etiraz etmədi. Hətta ruslar II Şah Abbasın 
dövründə (1642-1666) Terek çayı sahilində yeni qalalar inşa 
etdilər. II Şah Abbasın dövründə də Rusiya ilə dostluq mü-
nasibəıtləri davam etmişdi. 1647-ci ildə Don kazaklarının Bakı 
ətrafında Səfəvi tacirlərinin mallarını qarət etməsi və XVII 
əsrin II yarısında Rusiyanın cənub sərhədlərini genişləndirmək 
siyasəti Səfəvi dövlətinin narazılığına səbəb oldu. Ruslar hətta 
Dərbənd ətrafında qalalar tikməyə başladılar. 1653-cü ildə 
Şirvan bəylərbəyi Xosrov xanın başçılığı ilə Şimali Azərbaycan 
xanları və bəzi Dağıstan hakimlərinin birgə qüvvələri ilə 
Dərbənd ətrafında tikilmiş qalalar dağıdıldı. II Şah Abbas 
Rusiya ilə münasibətləri pozmamaq üçün Terek çayı sahilində 
rusların tikdikləri qalalara dəymədi. Gürcü hakimlərinin 
Moskva ilə münasibətlərinin yaxınlaşması da Səfəvi hakimiy-
yətini narahat edirdi. Səfəvi dövləti ilə Rusiya arasında 
qarşıdurma 1662-ci ilə qədər davam etdi. 
Rus səfiri Lobanov – Rostovskinin Şimali Qafqazda ti-
kilən qalaların Səfəvi dövlətinə xələl gətirməyəcəyi fikrini II 
Şah Abbas səmimi qarşılamadı, səfirin Kaxetuya çarı Tey-
murazın geri qayıtmasına və Dağıstanda Rusiya əleyhinə çıxış-
lara son qoyulmasına kömək göstərmək təklifinə şah hakimiy-
yəti əks tələblər qoydu: Don kazaklarının Xəzər sahili əra-
zilərdə qarətlərinə son qoyulması, şahın razılığı olmadan Şimali 
Qafqazda tikilən qalalar dağıdılmamalı və gürcü Şəhzadəsi 
T.İrakli şaha təhvil verilməlidir. Beləliklə, ticarət məqsəd-
lərindən başqa digər təkliflər şah tərəfindən qəbul edilmədi. 
1658-ci ilin yayında Dakul Sultanın başçılığı ilə Mos-
kvaya gələn Səfəvi elçilərinin və 1662-ci ildə Miloslavskinin 
rəhbərliyi ilə İsfahana gələn rus elçiliərinin məqsədləri hər iki 
dövlət arasında dostluq münasibətlərini qaydaya salmaq və 


143 
ticarət əlaqələrini yaxşılaşdırmaq idi. Rusiya, Polşa və İsveç 
dövlətləri ilə müharibədə xəzinəsi boşaldığına görə Səfəvi 
dövləti ilə ticarət əlaqələrinə xüsusi əhəmiyyət verirdi. Ona 
görə də Qafqaz məsələsində fəal siyasət yeritməkdən müvəq-
qəti olaraq çəkinsə də Qafqaz siyasətini dəyişmirdi. 
XVII əsrin ortalarında hər iki dövlət arasında yaranmış 
münaqişə diplomatik və siyasi əlaqələrin inkişafına mənfi təsir 
göstərsə də bu əlaqələri tam aradan qaldırmadı. XVII əsrin 
ikinci yarısında Səfəvi dövləti ilə Rusiya arasında ticarət 
əlaqələri qaydaya salındı. Rus çarı Aleksey Mixayloviç (1645-
1676) Səfəvi dövləti ilə ticarət əlaqələrini genişləndirməyə
iqtisadi əlaqələri gücləndirməyə çalışırdı. II Şah Abbas da bu 
məqsədlə 1664-cü ildə rus tacirlərinə Səfəvi ölkəsində azad 
ticarət etmək imtiyazları vermiş, onları gömrük rüsumundan və 
digər ödəmələrdən azad etmişdi. 1664-cü ildə Rusiyadan Səfəvi 
dövlətinə tərkibində çoxlu tacir gəlmiş böyük elçilik həmin 
imtiyazlara uyğun olaraq gömrük rüsumlarından azad 
edilmişdi. 
1668-ci ildə Stepan Razinin başçılığı altında 40 qayıq dan 
ibarət iki min nəfərlik Don kazakları Azərbaycan ərazisinə 
yürüş etdilər. Onlar Dərbənd sahillərinə çıxaraq cənub istiqa-
mətində hərəkət edib Nyazabadı və Şabranı qarət etdilər. 
Kazaklar Bakı şəhəri və Bakı ətrafı kəndlərdə coyğunçuluq 
etdikdən sonra Xəzərin cənub sahillərinə Gilana, Rəştə doğru 
irəlilədilər. Azərbaycanın bu ərazilərində qarət və talanlar 
törətdikdən sonra Rusiyaya Volqa çayının sahillərinə qayıtdılar. 
Rusiya dövləti üçün də təhlükəyə çevrilmiş kazakların hərəkatı 
Moskva knyazlığı tərəfindən 1671-ci ildə yatırıldı. Azər-
baycanın Xəzər sahili əraziləri kazakların qarətçi və talançı 
basqınlarından azad oldu. Bu hadisə Rusiya-Səfəvi müna-
sibətlərində gərginlik yaratsa da Rusiya hökumətinin kazakları 
cəzalandırması münasibətləri qaydaya saldı. 
1667-ci il may ayının 31-də Rusiya hökuməti Səfəvi 
dövlətində fəaliyyət göstərən Culfa ticarət şirkəti ilə bağladığı 


144 
müqaviləyə görə Səfəvi ipəyini və digər malları Həştərxana 
daşımağı öz üzərinə götürmüşdü. Bu müqavilə Səfəvi ipəyini 
Həştərxan vasitəsi ilə Moskvaya, oradan isə Mərkəzi və Qərbi 
Avropaya çıxarmaq imkanı yaradırdı. Rus dövləti üçün Xəzər-
Volqa yolu ilə həyata keçirilən ipək ticarəti xüsusi imtiyaz 
versə də Culfa ticarət şirkətinin erməni tacirlərinin əlində 
olması (bu üstünlük erməni tacirlərinə I Şah Abbasın haki-
miyyəti dövründə verilmişdi) və erməni tacirlərinin Rusiyadan 
keçən tranzit ticarətdən öz xeyirlərinə istifadə etmələri 
Rusiyanın xəzinəsinə əvvəlki illərlə müqayisədə ziyanla başa 
gəlirdi. Beləki, əvvəllər rus tacirləri Səfəvilərdən malları özləri 
alaraq xarici ölkə tacirlərinə satır və bundan həm özləri, həm də 
dövlət xeyli gəlir əldə edirdi. Erməni tacirləri isə Avropa 
mallarını da Moskvadan yan keçirərək Şərq ölkələrinə 
gətirirdilər. Erməni tacirlərinin bu əməlləri üzə çıxmış, Rusiya 
hökuməti “Culfa” şirkəti ilə 1673-cü ildə yenidən müqavilə 
bağlayaraq müqavilənin şərtlərində dəyişiklik edərək şirkətin 
hüquqlarını azaltmış və Avropa ölkələrinə mal aparmsına icazə 
verməmişdi. Şirkət Səfəvi ipəyini yalnız Rusiya dövlətinə ixrac 
edə bilərdi. 
XVII əsrin sonlarında Rusiya Osmanlı dövləti ilə mü-
haribə aparmaq üçün Səfəvi dövlətini bu münaqişəyə cəlb 
etmək istəyirdi. 1675-ci ildə Səfəvi sarayına gələn rus elçiləri 
Rusiyanın Osmanlı dövləti ilə müharibəyə başlayacağı halda 
Səfəvi dövlətinin bu müharibəyə qoşulmasını israrla təklif 
etdilər. Lakin Səfəvi hökuməti bu müharibədə bitərəf 
qalacağını bildirdi. Bununla yanaşı XVII əsrin sonunda Rusiya 
Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə vasitəsi kimi baxır və 
Qafqazda öz işğalçılıq siyasətini həyata keçirməyə fürsət 
gözləyirdi. I Pyotr da Səfəvi dövlətindən Osmanlıya qarşı 
mübarizədə istifadə etmək istəyirdi. 1697-1698-ci illərdə o, 
Səfəvi sarayında rezident postu yaratmağa çalışırdı. 


145 
Beləliklə, XVII əsr boyu Səfəvi-Rusiya siyasi və iqtisadi 
əlaqələri müəyyən maneə və çətinliklərə baxmayaraq inkişaf 
edərək genişlənmişdi. 
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiya 
dövləti ilə Səfəvi dövləti arasında iqtisadi əlaqələr davam 
etdirilirdi. Müntəzəm olaraq hər il Səfəvi dövlətindən Rusiyaya, 
Rusiyadan isə Səfəvi məmləkətinə tacirlər gəlir, gətirdikləri 
malların satışını həyata keçirirdilər. 1706-cı ilin yayında şahın 
xüsusi məktubu ilə Şəmsi Məhəmməd Kazım bəyin başçılığı ilə 
30 nəfərdən ibarət heyət Moskvaya yola düşmüşdü. Rusiya 
hökuməti Səfəvi şahının gətirilən mallara gömrük rüsumu 
ödənilməməsi haqqında xahişini nəzərə almışdı. Səfəvi tacirləri 
gətirdikləri malları sataraq şah sarayı üçün lazım olan malları 
alıb geri dönmüşdülər. Şah Hüseyn Kazım bəy vasitəsi ilə I 
Pyotra hədiyyələr də göndərmişdi.
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiya döv-
ləti Qərbi Avropa dövlətlərinin İran körfəzində ticarət üstün-
lüyü uğrunda apardıqları mübarizə şəraitində bəzi Avropa 
dövlətləri ilə Şərq ticarət əlaqələrinin qurulmasında vasitəçilik 
edirdi. Rusiya dövləti Avropa mallarının onun ərazisindən 
keçərək Səfəvi dövlətinə aparılmasına icazə verir və bu 
ticarətdən gəlir götürürdü. Səfəvi dövlətindən aparılan mallar 
daha sərfəli və qısa yolla Rusiyadan Avropaya aparılırdı. Lakin 
Rusiya hökuməti Səfəvi və digər Şərq dövlətləri ilə ticarətdə 
verdiyi imtiyazları ləğv edərək yüksək gömrük rüsumu tətbiq 
etdi. Bununla Şərq bazarından onları sıxışdırıb çıxarırdı. 
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiya 
dövlətində baş vermiş iqtisadi tənəzzül Səfəvi – Rusiya ticarət 
əlaqələrinə də mənfi təsir göstərirdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin