Nizami SÜleymanov


§ 8.3. Sənətkarlıq və ticarət



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
DERSL-K-1501-1736

 
§ 8.3. Sənətkarlıq və ticarət 
XVI əsrdə mərkəzləşmiş dövlətin yaranması, daxili ba-
zarın canlanması və xarici dövlətlərlə qarşılıqlı iqtisadi əla-
qələrin artması ölkədə sənətkarlığın inkişafı üçün şərait yarat-
mışdı. Sənətkarlıq dövlət xəzinəsinin əsas gəlir mənbələrindən 
birini təşkil etdiyindən Səfəvi hökmdarları bu sahənin inki-
şafına xüsusi diqqət yetirirdilər. 
Şah Təhmasibin dövründə daxili bazarın formalaşması, 
əmtəə-pul münasibətlərinin inkişafı və xüsusilə sənətkarlığın 
genişlənməsi yolunda əsas maneələri aradan qaldırmaq üçün bir 
sıra islahatlar həyata keçirmişdi. Şah sənətkarların istehsal 
etdikləri məhsula görə dövlət xəzinəsinə ödədikləri mali-
möhtərifəvergisinin və sənətkaralrın malları daxili bazarda 
satarkən ödədikləri tamğa rüsumunun ləğv edilməsi haqqında 
fərman imzalamışdı. Onun 1565-ci il 16 mart tarixli fərmanı isə 
ticarətlə yanaşı sənətkarlığın da inkişafını ləngidən tamğa 
vergisinin ləğvini nəzərdə tuturdu. 
Sənətkarlığın və sənətkarların himayə edilməsi siyasəti I 
Şah Abbas tərəfindən də davam etdirilirdi. I Şah Abbas 1592-ci 
ilin avqust ayında sənətkarlardan məhsul istehsalına görə nağd 
pul ilə alınan mal vergisini ləğv etdi. 
Səfəvi hökmdarlarının ayrı-ayrı sənətkarlıq sahələrinin 
inkişafına yönələn mütərəqqi addımları bütövlükdə şəhər təsər-
rüfatının genişlənməsinə və bir çox şəhərlərdə yeni emalatxana 


177 
və karxanaların açılması hesabına sənətkarlıq istehsalının 
inkişafına təkan verirdi. Sənətkarlığın və ticarətin inkişafı döv-
lət xəzinəsinin və sarayın maliyyə mənbələri ilə təmin olunma-
sında və ölkənin büdcəsinin formalaşmasında çox mühüm rola 
malik idi. Çünki sənətkarların hazırladıqları məhsulun bir 
hissəsi dövlətin xəzinəsinə daxil olurdu, bir hissəsi isə ölkənin 
müdafiə qabiliyyətini təmin etmək üçün hərbi ehtiyaclara sərf 
olunurdu. 
Sənətkarlıq istehsalının əsas hissəsi şəhərlərdə cəmlən-
mişdi. XVI əsrdə Təbriz, Marağa, Qəzvin, Mərənd, Xoy, 
Gəncə, Bakı, Şamaxı, Ərdəbil, Kaşan, Yəzd, Məşhəd şəhərləri 
ölkənin iqtisadi həyatında mühüm rol oynayan sənətkarlıq 
mərkəzləri idi. 
Səfəvi dövlətində 44 sənət və peşə növü var idi. Bu sənət 
növləri içərisində toxuculuq, başmaqçılıq, dərzilik, misgərlik, 
duluzçuluq, dabbaqlıq, bənnalıq və silah istehsalı əsas yer 
tuturdu. Daxili və xarici bazarlarda olan tələbatla bağlı ticarət-
sənətkarlıq birlikləri daha da böyüyür və emalatxana tipli iri 
karxanalar yaranırdı. 
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin iqtisadiyyatında 
toxuculuq istehsalı mühüm yer tuturdu. Toxuculuq sənayesində 
ipək, yun və pambıq parça istehsalı əsas yer tuturdu. Təbriz, 
Mərənd, Marağa, Naxçıvan və Gəncə əsas toxuculuq mərkəzi 
hesab olunurdu. Dərzilik, xalçaçılıq, boyaqçılıq, me talişləmə, 
silah qayırma, misgərlik, dulusçuluq sənətkarlığın mühüm is-
tehsal sahələrindən idi. 
Şah sarayına məxsus toxuculuq karxanalarında və şəhər 
əyanlarının açdıqları emalatxanalarda xalı-xalça, palaz, ipək və 
pambıq parça toxuyanların, zərbaf – parça üzərinə qızıl tellər 
düzənlərin, zərduz-güləbətin tikənlərin, ipək tel əyirənlərin, 
yumaqçıların, çitsazların, çiti müxtəlif rənglərə boyayanların, 
paltar tikənlərin və başqa mahir toxuculuq sənətkarlarının 
istehsal etdikləri keyfiyyətli məhsullar ölkənin daxili bazarında 
tələbatı ödəməklə yanaşı başqa ölkələrə də ixrac edilirdi. 


178 
Səfəvi dövlətində daxili bazarın, şah sarayının və ali 
zümrənin nümayəndələrinin keyfiyyətli ipək parçalara, xalı-
xalçaya tələbatları böyük idi. Səfəvi şahlarının xarici ölkə 
başçılarına göndərdikləri hədiyyələr içərisində xalılar, zərli ipək 
parçalar və başqa toxuculuq malları mühüm yer tuturdu. Ona 
görə toxuculuq sahəsinin inkişafına xüsusi diqqət yetirilirdi. 
Qızılı və gümüşü saplarla parçalar əsasən dövlət karxanalarında 
zərduzluq sənətini yaxşı bilən ustalar tərəfindən toxunurdu. Bu 
cür parçaların ixrac olunmasına dövlət tərəfindən nəzarət 
olunurdu. Qızıl və gümüş saplarla toxunan xalılar və parçalar 
xəzinəyə böyük gəlir gətirirdi. Səfəvilər dövründə sənətkarlıq 
sahəsində çox mahir ustalar var idi. Təsadüfi deyil ki, Evliya 
Çələbi Təbriz şəhərində sənətkarlığın inkişafı haqqında 
danışarkən öz təəccübünü gizlətmədən yazırdı: “Heç bir ölkədə 
buradakı kimi gözəl nəqqaşlar, rəssamlar, zərgərlər və dərzilər 
yoxdur. Burada toxunan pambıq, yun və ipək parçalar, məxmər, 
darai və qətifə xüsusilə şöhrət qazanmışdır.” 
Səfəvi sənətkarları ipək istehsalı və ipək parçaların to-
xunmasında böyük şöhrət qazanmışdılar. Fransa səyyahı Şarden 
yazırdı ki, ipək toxuculuğu, xüsusilə əyiricilik sahəsində elə 
dəzgahlar – çarxlar və cəhrələr ixtira etmişlər ki, bu sənət 
sahəsində hətta bizim işlətdiyimiz maşınlar və dəzgahlarla 
rəqabət apara bilər.
Səfəvi toxucuları tərəfindən kəmxa adlanan birrəngli ipək 
parça, kassab adlı qızılı və gümüşü saplarla işlənmiş sadə və 
bəzəkli parça, zərbaft (zərxara) və məxmər kimi müxtəlif 
çeşidli ipək parçalar istehsal edilirdi. İkienli və astarı olmayan 
zərxara keyfiyyətcə bütün parçalardan seçilir və onun çox 
sayda çeşidi vardı. Bu parçanın bir qulacının (105 sm) qiyməti 
50 tümən idi. Bu dünyada ən bahalı parça hesab olunurdu. 
Səfəvi dövlətində pambıq parça istehsalı da geniş inkişaf 
etmişdi. Bu növ parçalar əsasən geniş əhali kütləsinin tələbatını 
ödəyirdi. 


179 
Azərbaycanda xalçaçılıq qədim zamanlardan mövcud olsa 
da, Səfəvilər dövründə toxuculuğun bu sahəsi kənd sənətkarlığı 
çərçivəsindən çıxmış və ümumölkə miqyaslı istehsal sahəsinə 
çevrilmişdi. Xalçaçılığın bu inkişaf səviyyəsi daxili və xarici 
bazarlarda ona olan tələbatla əlaqədar idi. Ona görə Səfəvi 
şahları sənətkarlığın bu sahəsinin inkişafına diqqət yetirirdilər. I 
Şah Təhmasib və I Şah Abbas xalçaçılıq sənətinin inkişaf 
etdirilməsi ilə bağlı xalça toxuculuğu emalatxanaları açmışdılar 
ki, bu emalatxanalarda şah sarayının sifarişləri yerinə yetirilirdi. 
Səfəvilər dövründə sənətkarlığın daha geniş yayılmış 
sahələrindən biri də metalişləmə sənəti idi. Metalişləmə sənəti 
çoxşaxəli istehsal sahəsi olub, zərgərliyi, silah və əmək alətləri 
hazırlanmasını, məişət əşyaları düzəltdirilməsini əhatə edirdi. 
Metalişləmə sənətkarlığın ən mühüm sahələrindən biri silah 
istehsalı idi. Hələ Ağqoyunlular dövründə Azərbaycanda silah 
növləri istehsal edilirdi. Silah istehsalı Səfəvilər dövründə daha 
da inkişaf edib təkmilləşmişdi. Təbriz yaxınlığında Beşkuy 
adlanan yerdə süvarilər üçün zireh istehsal edilən sənətkarlıq 
mərkəzi var idi. Burada yaşayanlar yalnız zireh isrehsalı ilə 
məşğul olurdular. Bu sənəti öyrənənlər başqa yerə köçüb gedə 
bilməzdilər. Çünki burada istehsal texnikasının sirri gizli 
saxlanılırdı. 
Ölkədə hərbi tələbata uyğun olaraq dəbilqə və qalxan 
istehsalı da geniş yayılmışdı. Hələ I Şah İsmayılın dövründə qı-
zılbaş qoşununda hərbi geyim və sursatların əksəriyyəti yerli 
sənətkarlar tərəfindən hazırlanmışdı. Onlar döyüşdə ox və 
kamanla yanaşı öz sənətkarları tərəfindən hazırlanmış nizə, 
şəmşir və mancanaqdan istifadə edirdilər. Səfəvi dövlətində 
soyuq silahla yanaşı XVI əsrdə odlu silahlardan da istifadə 
edilirdi. Odlu silah metalişləmə sənətinin ən mühüm sahəsinə 
çevrilmişdi. Azərbaycanın ayrı-ayrı şəhərlərində müxtəlif
çaplı tüfənglər istehsal olunurdu. 1571-ci ilin yayında Təbrizdə 
olmuş Venetsiya elçisi Vinçento de Alessandri yazırdı ki, 
Səfəvi süvarilərinin silahları qılınc, nizə və tüfəngdən ibarət idi 


180 
və hər bir süvari döyüşçü tüfəngdən yaxşı istifadə edə bilirdi. 
Onun dediyinə görə Səfəvi dövlətində “arkebuz” (“dayandol-
durum”) tüfənglərinin istehsalı sənətkarlıq cəhətdən çox yüksək 
səviyyəyə çatmışdı. Odlu silah istehsalı və toptökmə sənəti 
ölkədə barıt istehsalının təşkilini də tələb edirdi. Təbriz, İsfahan 
və Qum şəhərlərində odlu silah üçün barıt istehsal edilirdi.
Mənbələrə görə I Şah İsmyılın və I Şah Təhmasibin 
hakimiyyəti dövründə top istehsalı haqqında məlumat var. I Şah 
Abbas, Şah Səfi və II Şah Abbas toptökmə sənətinə xüsusi 
diqqət yetirirdilər. I Şah Abbasın göstərişi ilə 1604-cü il martın 
əvvəllərində 40 batman ağırlığında daş ata bilən “Fəth” adlı top 
tökülmüşdü. 1606-cı ildə Gəncədə, 1607-ci ildə Şamaxıda, 
1635-ci ildə İrəvanda top tökülmüşdü. Bu dövrdə Təbriz, 
Gəncə, İsfahan, Qum və digər şəhərlərdə dövlətin sifarişi ilə top 
tökülmüşdü.
Səfəvi dövlətində çini və saxsı qab istehsalı və kaşı 
bişirmək sənəti çox inkişaf etmişdi. Ölkədə istehsal olunan çini 
və saxsı qabların bir hissəsi qonşu ölkələrə, o cümlədən Hindis-
tana ixrac olunurdu. Səfəvi sənətkarlarının istehsal etdiyi çini 
qablar incəlik, saflıq və cingiltisi cəhətdən bəzən Çində istehsal 
olunan çini qablardan üstün tutulurdu. Bu baxımdan Şardenin 
məlumatları maraqlıdır. O, yazırdı ki, Səfəvi kaşılarından daha 
parlaq, rəngləri daha aydın və dolğun, daha zərif naxışları olan 
kaşı tapmaq mümkün deyildir. 
Şah Təhmasib (1524-1576), I Şah Abbas (1587-1629), 
Şah Səfi (1629-1642) və II Şah Abbas (1642-1666) top tökül-
məsi sənətinə xüsusi diqqət yetirirdilər. 
Səfəvi dövlətində sərbəst (azad) və feodal (sahibkar) 
emalatxanaları ilə yanaşı dövlət tərəfindən açılmış iri emalat-
xanalar da fəaliyyət göstərirdi. Belə dövlət emalatxanaları şah 
karxanaları (biyutat) adlanırdı. Dövlət karxanalarında imtiyazlı 
və peşəkar sənətkarlar işləyirdilər. Onlar dövlətdən maaş alır və 
saray işçiləri hesab olunurdular. Saray karxanalarının ümumi 
baş nəzarətçisi naziri-biyutat adlanan dövlət məmuru idi. 


181 
Ölkədə 33 şah karxanası mövcud idi. Hər bir karxanada 150 
nəfər, hamısında birlikdə isə 5 min nəfərədək imtiyazlı sənətkar 
işləyirdi. Şah karxanaları iqtisadiyyatın dövlət bölməsi kimi 
fəaliyyət göstərirdi. Dövlətə məxsus karxanaların sənətkarları 
üçün başçılar şah tərəfindən təyin edilirdi. Azad sənətkarlar isə 
başçıları öz aralarından təyin edirdilər. 
Sənətkarların bazarlarda, məhəllə və rastabazarlarda pe-
şələrinə uyğun olaraq eyni zümrə halında birləşməsi əsnaf” 
adlanırdı. Əsnaf müəyyən sosial zümrə ilə yanaşı şəhərlərdə 
tacir və sənətkarların peşələr üzrə birləşərək yaratdıqları 
təşkilatlar mənasında işlənirdi. Əsnafların başçısı ustabaşı
yaxud da həmkarbaşıadlanırdı. Şəhərdə sənətkarlıq təşkilat-
larının fəaliyyəti kələntər tərəfindən tənzim edilir, kənddə isə 
sənətkarlıq təşkilatına kəndxudalar nəzarət edirdilər. Sənət-
karlıq təşkilatları təkcə şəhərlərin deyil, bütövlükdə ölkənin 
iqtisadi həyatında çox mühüm rol oynayırdı. 
XVI əsrdə ölkə miqyasında başlanan iqtisadi canlanma 
ilə əlaqədar ictimai əmək bölgüsü və əmtəə istehsalının mey-
dana çıxması şəhərlərdə daxili bazarın inkişafına müsbət təsir 
göstərdi. Daxili tələbatın artmasına uyğun olaraq dövlətin 
həyata keçirdiyi sabit daxili siyasəti də daxili bazarın yaranması 
və ticarət əlaqələrinin genişlənməsində müəyyən rol oynadı. 
Səfəvilər dövründə şəhərlərin çoxu böyük vilayətlərin inzibati 
və iqtisadi mərkəzinə çevrilmiş və ümumölkə miqyasında rolu 
xeyli artmışdı. Belə şəhərlər daxili, xarici və tranzit ticarətdə 
əsas rol oynayaraq sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi. 
İqtisadi inkişaf nəticəsində kiçik inzibati vahidlərin bir hissəsi 
ümumdövlət, bir hissəsi isə vilayət miqyaslı iqtisadi mərkəzlərə 
çevrilmişdi. Bu dövrdə şəhər və qəsəbələrin əsas ticarət 
obyektləri çarşı, Qeysəriyyə və karvansaralar idi. Çarşı (iki 
tərəfində cərgə dükanlar olan üstüörtülü, yaxud açıq bazar), 
Qeysəriyyə (bu Bədistanda belə adlanırdı – üstüörtülü bazar), 
şəhər meydanı (yan tərəfdə cərgə dükanlar yerləşir), ticarət 
cərgəsi (iki tərəfdən cərgə ilə dükanlar yerləşən küçələr), ayrı-


182 
ayrı əyanlara məxsus olan xüsusi bazarlar və karvansaralar, 
şəhərlərdə “həftəbazarlar” və ordunun keçdiyi yerlərdə 
“ordubazarlar” da mövcud idi.
Dövlət ticarət mərkəzlərinə nəzarət etmək üçün xüsusi 
məmurlar təyin edirdi. Bazarlarda qayda-qanuna nəzarət işləri-
nin təşkili, həmçinin tacir və sənətkarların mallarının qorun-
ması ilə şəhər inzibati idarəsinə başçılıq edən darğa “əsəs” adlı 
məmurlar bazara gətirilən mallara qiymət qoyulması, qiymətə 
nəzarət edilməsi, müəyyən olunmuş qiyməti pozanların, çəkidə 
və ölçüdə alıcıları aldadanların cəzalandırılması ilə möhtəsib 
adlanan məmur məşğul olurdu.
Şəhərlərdə ticarətlə məşğul olan karvansaralar da fəaliy-
yət göstərirdi. Karvansaraların əksəriyyəti şahlar tərəfindən 
tikilirdi və belə karvansaralar xassəyə (şah sülaləsinə) məxsus 
idi. Karvansaralar şəhərlərin bazarları və giriş qapıları yaxınlı-
ğında yerləşirdi. Şəhərdaxili karvansaralarla yanaşı, şəhər-
lərarası karvan yolları üzərində də karvansaralar var idi. Karvan 
yolları üzərində yerləşən belə karvansaralar elçi, qasid və 
tacirlər üçün tikilmiş və ölkə daxilində iqtisadi əlaqələrin 
göstəricilərindən biri idi. Ümumiyyətlə karvansaralar ölkənin 
mühüm ticarət mərkəzləri olan şəhərlərdə karvan yollarında 
tacirlərin gecələməsi, mallarının yerləşdirilməsi, saxlanması və 
qorunması üçün nəzərdə tutulmuşdu. Şəhərdəki karvansaralarda 
xarici ölkələrdən gələn tacirlər topdansatış ticarəti ilə məşğul 
olurdular. Belə karvansaralarda tacirlər aylarla, illərlə yaşayır 
və alqı-satqı işləri aparırdılar. “Xoca xanları” (tacir sarayları) 
da topdansatış mərkəzi hesab olunurdu. Şəhərlərdə yerləşən 
karvansaralar və xoca xanlarının bəzilərindən, əsasən böyük 
olanlarından yalnız topdansatış üçün deyil, ticarət mərkəzləri 
kimi də istifadə olunurdu.
Ölkənin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin 
artması, ictimai əmək bölgüsünün genişlənməsi, əmtəə isteh-
salının artması, əmtəə təsərrüfatının təkamülü kimi mühüm 
iqtisadi amillər daxili bazarın formalaşmasına səbəb olurdu. 


183 
Daxili ticarətin əsas hissəsi iqtisadi mərkəzlərə çevrilmiş şə-
hərlərdə cəmləşmişdi. Şəhərlər ölkə daxilində ticarət əlaqə-
lərinin qurulması və inkişafında mühüm rol oynayırdı. 
XV əsrin sonu üçün əvvəlki ticarət əhəmiyyətini itirmiş 
Dərbənd şəhəri XVII əsrdə Xəsər dənizinin şimal-qərb hissə-
sində əsas ticarət mərkəzlərindən birinə çevrilmişdi və ölkənin 
daxili ticarətində rolu artmışdı. Tacirlər Dərbənddən Şamaxı 
şəhərinə Niyazabad-Şabran-Beşbarmaq yolu ilə gedirdilər. 
XVII əsrdə Dərbənd ölkənin açarı və əsas ticarət şəhərlərindən 
biri idi.
Şamaxı şəhəri ölkənin iqtisadi həyatında və daxili tica-
rətində mühüm rol oynayırdı. Şamaxının ölkədaxili ticarət əla-
qələrində xüsusi əhəmiyyətə malik olması, şəhərin həm daxili, 
həm də beynəlxalq karvan yolları üzərində yerləşməsi ilə sıx 
bağlı idi. Şamaxı-Dərbənd, Şamaxı-Hambrun (İran körfəzi) 
daxili karvan yolları və ölkənin iqtisadi əlaqələrində Şamaxı 
şəhəri əhəmiyyətli rol oynayırdı. 
XVI-XVII əsrlərdə xüsusi statusu ilə seçilən Ərdəbil 
şəhəri əsas iqtisadi mərkəzlərdən biri idi. Səfəvi dövlətinin 
güneydən quzeyə, batıdan doğuya bütün iqtisadi mərkəzlərinin 
Ərdəbillə əlaqəsi var idi. Ərdəbil şəhəri ölkənin iqtisadi böl-
gələrini əlaqələndirən ticarət yollarının kəsişdiyi əlverişli 
ərazidə yerləşirdi. Dərbənd-Hörmüz və Gilan-Təbriz karvan 
yollarının da Ərdəbildən keçməsi şəhəri ölkədə ən mühüm 
daxili bazarlardan birinə çevirmişdi. 
Səfəvi dövlətinin yaranmasından sonra Təbriz şəhəri 
ölkənin ən mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri 
idi. Osmanlı-Səfəvi müharibələri Təbriz şəhəri və şəhərətrafı 
bölgələrin iqtisadiyyatına böyük ziyan vursa da Təbriz şəhəri 
yenə də mühüm sənətkarlıq və ticarət mərkəzi kimi öz əhəmiy-
yətini saxlayırdı. Təbriz şəhərinin ölkədaxili ticarət əlaqələrində 
rolu qarşılıqlı iqtisadi tələbatla bağlı idi. Təbrizdə toxunan 
atlas, qumaş, darai, məxmər parçalar daxili tələbatı ödəməklə 
yanaşı xarici ölkələrə də ixrac olunurdu. XVII əsrdə Təbriz 


184 
əhalisinin sayına (550000 nəfər), nüfuzuna, böyüklüyünə, 
ticarətinə və zənginliyinə görə Səfəvi dövlətində ikinci şəhər 
idi.
Qeyd olunan şəhərlərdən başqa Azərbaycanın Gəncə, 
Şəki, Mahmudabad, Ərəş, Ordubad, Culfa, Bakı, Marağa, 
Mərənd, Xoy və digər şəhərləri də ticarət mərkəzinə çevrilmiş 
və bazara çıxardıqları məhsulların bir hissəsini qarşılıqlı şəkildə 
bir-birinin bazarına çıxarırdılar. 
Bu dövrdə iri şəhərlərdə sənətkarlıq və ticarətin inkişafı 
şəhərətrafı kəndlərin iqtisadi tərəqqisinə müsbət təsir göstərirdi. 
Nəticədə həmin kəndlər şəhər bazarları ilə daha sıx bağlanır və 
onlarda kənd təsərrüfatı məhsullarının istehsalına maraq daha 
da artırdı. Şəhərətrafı kəndlərdə oturaq əhali başlıca məhsuldar 
qüvvəyə çevrilir və əmtəə-pul münasibətlərinə cəlb 
olunurdular. Kəndlərlə şəhərlər arasında qarşılıqlı iqtisadi əlaqə 
daxili ticarətin inkişafına və daxili bazarın bir forması kimi 
inkişafına səbəb olurdu. Beləliklə Səfəvi dövlətində XVI-XVII 
əsrlərdə ölkədaxili iqtisadi əlaqələr inkiişaf etmiş, daxili ticarət 
canlanmış, əmtəə-pul münasibətləri genişlənmiş, ölkənin ayri-
ayri bölgələri arasında iqtisadi əlaqələr güclənmişdi. 
Göründüyü kimi Səfəvilər dövründə ticarət ölkə iqtisa-
diyyatının çox mühüm və gəlirli sahələrindən biri olduğundan, 
dövlət daxili ticarət məsələlərinə və xarici iqtisadi əlaqələrin 
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi. I Şah İsmayılın 
5 oktyabr 1509-cu il və 12 yanvar 1514-cü il məhdud miqyaslı 
fərmanları ticarətin inkişafına mane olan maneələri aradan 
qaldırmaq məqsədi ilə verilmişdi. I Şah Təhmasibin 16 mart 
1565-ci ildə verdiyi fərmanla karvan yolları, keçidləri və şəhər 
bazarlarında tacirlərdən alınan tamğa vergisi ləğv edildi. Tamğa 
tacirlər və sənətkarlıq müəssisələrindən pulla toplanan vergi idi. 
I Şah Abbas yerli tacirləri dövlət himayəsinə alaraq 
ticarəti genişləndirib, onu xəzinənin əsas gəlir qaynaqların-dan 
birinə çevirə bilmişdi. I Şah Abbasın ticarət və sənətkarlığın 
inkişafına himayədarlıq siyasəti, karvan yollarının təhlükə-


185 
sizliyinin təmin edilməsinin təşkili və yolların abadlaşdırılması 
işinə qayğı göstərməsi, karvansaralar tikdirməsi, quldurlara 
qarşı amansız mübarizə aparması və yeni yollar çəkdirməsi ilə 
ifadə olunurdu. 
I Şah Səfi tacqoyma günü I Şah Abbasın dövründə ipək 
ticarəti üzərində qoyulan inhisar hüququnu ləğv etməsi, bazar-
larda məhsulun satış qiymətinə nəzarət sisteminin tətbiq edil-
məsi və dövlət səviyyəsində tənzimlənməsi ticarətin inkişafına 
müsbət təsir göstərmişdi. II Şah Abbasın hakimiyyəti dövründə 
də dövlətin yeritdiyi düzgün iqtisadi, ticarət və gömrük siyasəti 
daxili və xarici ticarətin inkişafını təmin etmişdi. Şah Süley-
manın (1664-1694) və Şah Hüseynin (1694-1722) hakimiyyəti 
dövründə isə daxili və xarici ticarət tənəzzülə uğramışdı. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin