Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə45/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   55
DERSL-K-1501-1736

Əfzəl ət-təvarix (“Tarixlərin ən dəyərlisi”) kitabının I və II 
cildləri dövrümüzə qədər gəlib çatmışdır. Şah Abbasın dövrünə 
həsr olunmuş III cildi bu günə qədər tapılmamışdır. 
Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi 
(1560-1633) Məhəmməd Xudabəndənin sarayında divan ka-
tiblərindən biri, şah Abbasın dövründə saray tarixçisi vəzi-


193 
fəsində işləmişdir. Onun yazdığı Tarixi aləmara-yi Abbasi” 
(“Abbasın dünyanı bəzəyən tarixi”) əsəri XVI əsrin sonu XVII 
əsrin əvvəllərində Səfəvilər dövlətinin siyasi, ictimai, iqtisadi 
və mədəni həyatı haqqında məlumat verən ən qiymətli mə-
xəzdir. 
O dövrün Azərbaycan tarixinin öyrənilməsində Xondəmir 
ləqəbli Q iyasəddin Hüseyn (1475-1536) və Mir Yəhya Qəzvini 
(1482-1555) kimi İran tarixçilərinin də əsərləri çox qiymətlidir. 
XVI əsrdə xalqın mədəni-tarixi irsinin öyrənilməsi üçün 
“Təzkirə” adlanan əsərlər yazılırdı. I Şah İsmayılın oğlu Sam 
Mirzə “Töhfeyi-Sami” (“Samın töhfəsi”), Şah İsmayılın nəvəsi 
İbrahim Mirzə “Fərhəngi İbrahimi” (“İbrahimin lüğəti”), I Şah 
Təhmasib “Təzkireyi Şah Təhmasib” adlı əsərlərini yaz-
mışdılar. 
Azərbaycan Səfəvi dövlətinin tarixinin öyrənilməsində 
Xondəmirin (Qiyasəddin Hüseyn (1475-1536)), Mir Yəhya 
Qəzvininin (1481-1555) “Hədid üs-siyər”, “Lübbət-təvarix (Ta-
rixlərin qəlbi) adlı əsərləri, I Şah İsmayıl və I Şah Təhmasib 
dövrünün siyasi tarix məsələlərinə geniş yer verən Hindistanın I 
Təhmasib dövründə Təbrizdə elçisi olmuş Xurşah ibn Qubad 
Əl-Hüseynin “Tarixi elçiye Nizamşah”, XVI əsrdə Osmanlı-
Səfəvi tarixinə və münasibətlərinə geniş yer vermiş Şərəfxan 
Bidlisinin (1543-1598) iki cildlik “Şərəfnamə”, I Şah Təh-
masibin hakimiyyəti dövrünün hadisələrinə həsr olunmuş Xacə 
Zeynəlabdin Əli Əbdi bəyin 1570-ci ildə yazdığı “Təkmilətül 
əxbar” (Xəbərlərin təkmili), I Şah Təhmasib, II Şah İsmayıl, 
Şah Məhəmməd Xudabəndə və Şah Abbasın 1612-ci ilə 
qədərki hakimiyyət dövrünü qələmə almış Cəlaləddin Məhəm-
məd Yəzdinin “Tarix- i Abbasi”, Məhəmməd Yusif Qəzvininin 
Səfəvi şahlarının hakimiyyətinə həsr olunmuş 8 cildlik “Xolde 
bərin” (Daimi cənnət), XVII yüzillikdə yaşamış Seyid Hüseyn 
ibn Murtuza Hüseyni Astrabadinin “Əz Şeyx Səfi ta Şah Səfi” 
əsərləri Səfəvi dövlətinin tarixinin öyrənilməsində əvəzsiz 
mənbələrdir. 


194 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin