196
XVI-XVII əsrlər aşıq sənətinin yüksəliş dövrüdür. Aşıqlar
epik və lirik əsərlərin yaradılması işində başlıca simalar
olmuşlar. XVI əsrdə xalq şerinin
ən görkəmli nümayəndələri
Aşıq Qurbani idi. Xalqın həyatı, mübarizə və arzuları Aşıq
Qurbaninin qoşma və dastanlarında öz əksini tapırdı.
XVII əsrin ən görkəmli aşıqlarından biri Təbriz yaxın-
lığındakı Tufarqan kəndində anadan olmuş Tufarqanlı Abbas
idi. Qoşma, təcnis, gəraylı və ustadnamələri dillər əzbəri olan
şair-aşığın həyat yolu sonralar xalq dastanına mövzu olmuşdur.
Bu dövrdə bayatı xalq ədəbiyyatının əsas qollarından biri
idi. XVII əsrdə yaşayıb yaratmış Sarı Aşığın bayatıları geniş
şöhrət qazanmışdı. Onun bayatıları
dövrümüzə qədər gəlib
çatmışdır.
§ 9.3. İncəsənət və memarlıq
XVI əsrin əvvəllərində Azərbaycan incəsənəti yeni inkişaf
mərhələsinə qədəm qoydu. I Şah İsmayıl, I Şah Təhmasib, I
Şah Abbas və II Şah Abbasın dövründə incəsənətin inkişafına
xüsusi diqqət yetirilirdi. Azərbaycan Səfəvi dövlətinin
yaranması ilə Bağdad, Herat, Şiraz, İsfahan rəssamları
Təbrizə
gəlməklə Təbriz miniatür məktəbinin mərkəzinə çevrilmişdi.
Təbrizdə Sultan Məhəmməd, Mirzə Əli kimi görkəmli rəssam-
larla yanaşı Şərqin məşhur rəssamları da yaşayıb yaratmışdılar.
İncəsənətin bu sahəsi XVI əsrdə özünün yüksək inkişaf mərhə-
ləsinə çatmış Təbriz miniatür məktəbinə məxsus sənətkarların
birgə çalışması ilə daha da zənginləşmişdi.
1522-ci il aprelin 26-da I Şah İsmayıl öz fərmanı ilə Herat
miniatur məktəbinin görkəmli nümayəndəsi Kəmaləddin
Behzadı Təbriz saray kitabxanasının rəisi təyin etmişdi. Beh-
zadın Təbriz miniatür məktəbinin inkişafında
böyük rolu
olmuşdur. Təsadüfü deyil ki, 1530-1550-ci illər Təbriz miniatür
məktəbinin ən yüksək inkişaf dövrü hesab edilir. XVI əsrdə
Azərbaycan rəssamları arasında Sadiq bəy Əfşar,
Seyid Əli
197
Təbrizi, Müzəffər Ə li, Yəhya Şirvani, Heydər Əli, Nəbati
Təbrizi və başqaları miniatür sənətinin görkəmli nümayəndələri
olmuşlar.
Təbriz miniatür məktəbinin
nümayəndələri özünəməxsus
bədii ənənələri davam etdirməklə digər məktəblərin nə-
aliyyətlərini də əks etdirməklə yeni ifadə üslubları kəşf edir-
dilər. XVI əsrdə miniatür rəssamlıq poeziya ilə daha sıx bağlı
olmuşdur. Bu dövrdə şərq poeziyasının bütün klassiklərinin
əsərlərinə miniatürlər çəkilmişdir. Firdovsinin
“Şahnamə
”si və
Nizaminin
“Xəmsə
”sinə daha çox müraciət olunmuşdur.
Müxtəlif məktəblərin nümayəndələri onların
əsərlərinə gözəl
rəsmlər çəkirdilər. Bu miniatürlər arasında ən nadiri 1527-
1537-ci illərdə tərtib olunmuş,
“Şahnamə
” əlyazmasıdır. Hər
iki incəsənət əsəri Sultan Məhəmmədin və onun məktəbinə
məxsus xəttatların yaradıcılığının nəticəsidir.
1539-1543-cü ildə I Şah Təhmasib üçün hazırlanmış
Dostları ilə paylaş: