164
tayfalarından olan qeyri-nizami qoşunu (çəriyi) zəiflətsə də
onları tam sıradan çıxara bilmədi.
Qulamlar adı ilə göstərilən hərbi alay elmi ədəbiyyatda
həm də
“qullar
” adı ilə qeyd olunur. O nlar azadlıqlarının məh-
dud olması mənasında qul adlandırılmırlar. Onlar süvari döyüş-
çüsü olub, silahları qılınc, nizə, ox-yaydan ibarət idi. Onlar
şahın nəzarəti altında təlim keçir və birbaşa şaha tabe idilər.
Onlar hərbi xidmətə ömürlük qəbul edilirdilər. Qulamlar
xristian əhalidən, xüsusilə Gürcüstan və Şimali Qafqaz əha-
lisindən götürülmüş kiçik yaşlı uşaqlara müsəlmançılığı qəbul
etdirərək xüsusi təlim- tərbiyədən keçirilərək götürülürdülər. Bu
alayın başçısı qullarağası adlanırdı.
Azərbaycan Səfəvi dövlətinin ordusu I Şah Abbasın
həyata keçirdiyi hərbi islahatlar nəticəsində təkmilləşdirilib,
möhkəmləndirilmişdi. I Şah Abbasın varisləri dövründə ordu
getdikcə zəifləmişdi.
Ordunun sayı haqqında məlumatlar müqayisəli şəkildə
ümumiləşdirilsə belə nəticəyə gəlmək olar ki, Azərbaycan
Səfəvi dövlətində müharibə dövründə səfərbəyliyə alınan
ordunun sayı 120-150 min nəfər arasında olmuşdur.
Orduda qoşun növləri üzrə başçılar əmiri-əzəm rütbəsi
daşıyır və qorçubaşı qorçuların, qullarağası qulamların, tüfəng-
çibaşı tüfəngçilərin, topçubaşı topçuların, bəylərbəyi isə vila-
yətdəki qoşunun başçısı idi. Ordunun baş komandanı Azər-
baycan bəylərbəyi, ya da qorçubaşı təyin olunurdu. Lakin bu
hərbi vəzifə müharibə dövrü üçün nəzərdə tutulurdu, müharibə
qurtardıqda o, vəzifədən dərhal istefa verirdi.
Dostları ilə paylaş: